Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sitramon
Sitramon — dərman. Tərkibi aspirin, fenasetin, kofein, kakao, limon turşusu və şəkərdən ibarətdir. Başağrıları, nevralgiya və s. xəstəliklərdə tablet halında işlədilir.
Strabon
Strabon (yun. Στράβων; təq. e.ə. 63, Amasiya[d] – ən tezi 21 və ən geci 24, Amasiya[d]) — yunan tarixçisi və coğrafiyaçısı. "Tarix" kitabının (saxlanılmayıb) və 17 kitabda çap edilmiş "Coğrafiya" müəllifi. Onun kitabı qədim dövrün coğrafiyasının öyrənilməsi üçün ciddi mənbə sayılır. Eyni Zamanda Qafqaz Albaniyası və Atropotena haqqında qiymətli məlumatlar vardır. Strabonun "Coğrafiya əsəri bir növ onun itmiş "Tarixi qeydlər" əsərinin davamıdır. Müəllif "Coğrafiya" əsərinin 11-ci kitabında Azərbaycan haqqında məlumat vermişdir. Strabonun atasının nənəsinin adı Jalə olmuşdur.
Siamon
I Siamon və ya Nekexeperra Setepenamon Siamon — e.ə. 977–958-ci illərdə hakimiyyətdə olmuş, XXI sülalədən olan Misir fironu. O, filistinlilərin Qəzza qalasını ələ keçirmiş, İsrail kralı Süleyman ilə əlaqələr qurmuşdur. Buna baxmayaraq, Misir yeni padşahlıq dövrü ilə müqayisədə son dərəcə zəif olaraq qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Древний Восток и античность. // Правители Мира. Хронологическо-генеалогические таблицы по всемирной истории в 4 тт. / Автор-составитель В. В. Эрлихман. — Т. 1. Von Beckerath J. Handbuch der ägyptischen Königsnamen.
Sitron
Sitron (lat. Citrus medica) == Təbii yayılması == Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Straton (Lampsakuslu)
Lampsakuslu Straton (yun. Στράτων, m. ö. 340 – 268) — Teofrastusun ən tanınmış öyrəncisi olmuşdur. O, 18 il peripatetik məktəbə başçılıq etmişdir. Ondan öncə isə o, məşhur Misir kralı II Ptolemeus Filadelfin müəllimi idi. Misirdə olarkən Straton Falerli Demetriusla birlikdə Museyonun yaradıcılarından biri olmuşdur. O da metafizika problemləri ilə məşğul olmuş, Demokritin atomlar nəzəriyyəsini tənqid etmişdi. == Fəlsəfəsi == Straton peripatetizmdə materialist ənənəsini davam etdirənlərdən idi. O, ilk növbədə metafizikanı, dərk olunmaz şeyləri inkar etmiş, təbiətin özünə istinad edərək onu izah etməyə çalışırdı.
Migel Miramon
Migel Qreqorio de la Lus Atenogenes Miramon i Tarelo (isp. Miguel Gregorio de la Luz Atenógenes Miramón y Tarelo; 29 sentyabr 1832, Mexiko – 19 iyun 1867, Santyaqo-de-Keretaro[d]) — Meksika hərbi və siyasi xadimi, 2 fevral 1859-cu ildən 12 avqust 1860-cı ilə qədər Meksika Prezidenti. == Həyatı == Hərbi məktəbdə təhsil almış, ABŞ ilə müharibədə iştirak etmiş, 1855-ci ildə polkovnik rütbəsi almışdır. Liberallarla qarşıdurmada iştirak etmişdir. 1860-cı ilin dekabrında liberal qoşunlar Mexiko şəhərini işğal edəndə Miramon Kubaya, oradan da Avropaya qaçmışdır. Orada o, III Napoleon ilə Meksikada monarxiya qurmaq məqsədi ilə danışıqlara başlamışdır. Miramon 1863-cü ildə İmperator I Maksimilianın marşalı kimi Meksikaya gəlmişdir. O, 1864–1866-cı illərdə Almaniyada Meksika nümayəndəsi kimi xidmət etmiş, lakin Maksimilian taxtdan əl çəkməyə hazır görünəndə geri qayıtmışdır. Miramon imperatoru döyüşü davam etdirməyə inandırmış və imperator ordusunun komandirlərindən biri təyin edilmişdir. Keretaronu ələ keçirildikdən sonra Miramon Maksimilianla birlikdə tutulmuş və güllələnmişdir.
Şiramin (Azərşəhr)
Şiramin (fars. شيرامين‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,280 nəfər yaşayır (909 ailə).