Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BT Sport
BT Sport — 2013-cü ilin yayında efirə buraxılan, Böyük Britaniya və İrlandiyada bir qrup idman kanallarıdır. BT Sport İngiltərə Premyer Liqası, Bundesliqa, İtaliya A Seriyası və Liqa 1-i yayımlamaq hüququna malikdir. 2015/16 mövsümündən etibarən, "BT Sport" Çempionlar Liqası və UEFA Avropa Liqasının yayımlanmasında müstəsna hüquqlara malikdir. == Kanallar == BT Sport 1 BT Sport 2 BT Sport ESPN — 9 iyun 2015-ci ildə efirə buraxılıb. Keçmiş ESPN UK kanalının bazasında yaradılıb. BT Sport Europe — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Efir vaxtının böyük hissəsini idman xəbərləri təşkil edir, lakin futbol yayımları üçün də istifadə edilir. BT Sport Ultra HD — 1 avqust 2015-ci ildə efirə buraxılıb. Yayım formatı növü 4K-dır. BT Sport Showcase — 1 avqust 2015-ci ildə efirə buraxılıb.
CBC Sport
CBC Sport — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış idman kanalı. == Tarixçə == 2015-ci ildə Azərbaycan Premyer Liqasının yayım hüquqları AzTV və İdman Azərbaycan telekanallarına verilmədi. Əvəzində liqanın yayım hüququ üçün müsabiqə elan olundu. CBC kanalı bu müsabiqədən qalib çıxaraq növbəti 3 il ərzində Azərbaycan Premyer Liqasının yayım hüquqlarını əldə etdi. Lakin "CBC" telekanalı əsasən əcnəbi dildə fəaliyyət göstərdiyinə görə yeni idman kanalının açılması zərurəti yarandı. Beləliklə, CBC Sport kanalı 9 avqust 2015-ci ildə internet yayımına başladı. 1 oktyabr 2015-ci ildə isə test yayımına keçdi. 2 noyabr 2015-ci il tarixində əsas yayıma keçid edən telekanal İdman TV-dən sonra ölkənin 2-ci idman kanalı oldu. Həmçinin, Azərbaycanda 10-cu ümumrespublika telekanalıdır. 8 sentyabr 2015-ci il tarixində Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilmişdir.
Jake Short
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Koton Sport
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002. Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014.
Rai Sport
«Rai Sport» — «RAİ» şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 1 fevral 1999-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin «IPTV» və «Sky Italia» telekanalında da yayım olmuşdur. 18 may 2010-cu ildə qardaş telekanal «Rai Sport 2» bağlanmışdır. == Verilişləri == Telekanal «Rai Sport» telekanalında yayımlanan proqramları bir saat tez yayımlayırdı. Tg Sport gündəlik nəşrində 3 dəfə təkrarı göstərilir. Birinci hər gün saat 09:00-da, ikincisi bazar ertəsindən şənbə gününə qədər 14:30-da, sonuncusu isə bazar ertəsindən cümə gününə qədər 23:30-da yayımlanır.
Sliedrext Sport
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Duqlas Nort
Duqlas Nort (ing. Douglass Cecil North; 5 noyabr 1920[…], Kembric, Massaçusets – 23 noyabr 2015[…]) — amerikalı iqtisadçı. 1993-cü ildə Robert Fogellə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". == Əsərləri == The Economic Growth of the United States, 1790–1860, Prentice Hall, 1961. Institutional Change and American Economic Growth, Cambridge University Press, 1971 (Lens Devislə birlikdə). The Rise of the Western World: A New Economic History, 1973 (Robert Tomasla birlikdə). Growth and Welfare in the American Past, Prentice-Hall, 1974. Structure and Change in Economic History, Norton, 1981. Institutions, Institutional Change and Economic Performance, Cambridge University Press, 1990.
Nolan Nort
Nolan Nort (ing. Nolan North; 31 oktyabr 1970, Nyu-Heyven[d], Konnektikut) — ABŞ film və səs aktyoru. == Həyatı == Nyu-Heyvendə anadan olmuşdur. Şimali Karolina Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Təxminən bir il Nyu-Cersidə jurnalist kimi çalışmışdır. O, sonra Nyu-Yorka köçmüş və burada aktyorluq karyerasına başlamışdır. O, "Gözəl kiçik yalançılar" serialında Piter Hastinqs rolunu oynayaraq şöhrət qazanmışdır. 1999-cu ildən Cill Morrey ilə evlidir və iki oğlu var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Nolan Nort ilə əlaqəli mediafayllar var.
Nort York
Nort York — keçmiş qəsəbə və şəhər, hal-hazırda isə Kanadanın Ontario əyalətinin Toronto şəhərinin altı inzibati rayonundan biridir. O, Torontonun şimal bölgəsində, mərkəzi Yanq-strit ətrafında, Ontario şossesi 401-in şimalında yerləşir. Şimaldan Stils prospektində York bölgəsi ilə, qərbdə Hamber çayı ilə, şərqdə isə Viktoriya Park prospekti ilə həmsərhəddir. Onun cənub sərhədi keçmiş Toronto bələdiyyələrinin şimal sərhədlərinə uyğundur: York, Qədim Toronto və Şərqi York. 2016-cı il siyahıyaalınmasına görə rayonun 644,685 nəfər əhalisi var. Nort York, 1922-ci ildə köhnə York qəsəbəsinin şimal hissəsindən, Qədim Torontonun qərb sərhədi boyunca yerləşən bir qəsəbə olaraq yaradılmışdır.
Koton Sport FK
Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir. == Tarixi == Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar. == Uğurları == === Milli çempionat === Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002. Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014.
Rai Sport 2
"Rai Sport 2" — "RAİ" şirkətinin sahibləndiyi və idman verilişlərini yayımlamış İtaliya dövlət telekanalı. Telekanal yayıma 18 may 2010-cu ildə başlamışdır. Telekanal İtaliya və beynəlxalq idman tədbirlərini Mux Rai 2-də DTT kanal 58 vasitəsilə yayımlamışdır. Həmçinin "IPTV" və "Sky Italia" telekanalında da yayım olmuşdur. == Verilişləri == Telekanal "Rai Sport 1" telekanalında yayımlanan proqramları bir saat gecikdirməklə yayımlayırdı. Tg Sport gündəlik nəşrində də verilişlərin təkrarı göstərilir.
Renault Sport F1
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. == Tarixi == Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Sliedrext Sport QVK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
My Short Stories
How Crazy Your Love — Yui mügənninin ilk b-tərəf yığma albomu.
Polsat Sport News
«Polsat Sport News» — «Cyfrowy Polsat» şirkətinin sahibləndiyi Polşa idman telekanalı. Telekanal Polşada yayımlanan ilk idman kanalıdır. Telekanal 30 may 2011-ci ildə saat 07:00-da yayıma başlamışdır. == Tarixi == 25 oktyabr 2010-cu ildə 146-cı Cyfrowy Polsat kanalında telekanalın test yayımı baş tutmuşdur. 25 may 2011-ci ildə stansiya ikinci multipleksdə yerli rəqəmsal televiziya üçün test yayıma başlamışdır. 30 may 2011-ci ildə müntəzəm yayım saatı olan 07:00-da telekanal əsas yayıma başladı. Lakin rəqəmsal peyk platforması istifadəçiləri telekanalı izləyə bilmirdi. 11 avqust 2011-ci ildə telekanal Cyfrowy Polsat istifadəçilərinə təqdim edilmişdir. 4 noyabr 2011-ci ildə telekanal rəsmi olaraq, Telewizji na Kartę və n platformasına əlavə edilmişdir. 1 noyabr 2012-ci ildə «Polsat Sport News» ilk reklamını yayımlamışdır.
Sliedrext Sport VK
"Sliedrext"(nid. Sliedrecht) Sport — 1956-cı ildə yaradılmış qadın voleybol klubudur. Komandanın həmçinin kişi voleybol komandası da fəaliyyət göstərir.
Sport Express (qəzet)
Sport-Express (rus. Спорт-Экспресс) — Vladimir Kuçmi tərəfindən əsası qoyulmuş gündəlik idman qəzetidir. Rusiyanın 31 şəhəri də daxil olmaqla, həmçinin Latviya, Belarus, Ukrayna, Qazaxıstan və Amerika Birləşmiş Ştatlarında dərc edilir. Bu, Rusiyada ən çox satışı həyata keçən və gündəlik olaraq, təxminən 700,000 oxucu tərəfindən oxunan idman qəzetidir. Sport-Express 1991-ci ildən etibarən çap edilir. Həmçinin qəzet Avropa İdman Jurnalları birliyinin üzvüdür.
Short Message Service
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Ferbanks-Nort-Star
Ferbanks-Nort-Star Amerika Birləşmiş Ştatlarına bağlı olan Alyaska əyalətinin Daxili Alyaska bölgəsində Alyaska atabasklarının məskunlaşdığı boro (inzibati ərazi vahidi). == Coğrafiyası == Ümumi ərazisi 19.280 km² olub, 19.078 km² quru və 201 km² isə sudan ibarətdir. == Əhalisi == ABŞ Siyahıyaalma Bürosunun 2016-cı ildə açıqladığı məlumata əsasən əhlinin sayı 100,605 nəfər təşkil edir.
Nort-Kent adası
Nort-Kent ing. Lougheed Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Ada Devon adasının şimal-qərbindəki Kolin Arçer yarımadası ilə Elsmir adasının cənub-qərbindəki Simmons yarımadası arasında yerləşir. Şimali Kent Elsmir adasından 6 kilometrlik Xell-Qeyt boğazı (ingilis dilindən tərcümədə - "Cəhənnəm Qapıları"), Devon adasından 7,5 km eni olan Kardiqan boğazı ilə ayrılır. Nort-Kent adasının sahəsi 590 km², sahil xəttinin uzunluğu 122 km-dir. Adanın demək olar ki, üçbucaqlı forması var, uzunluğu 41 km, eni şimalda 22 km-dən cənubda 10,5 km-ə qədərdir. Adanın sahilləri əsasən dənizə sıldırım şəkildə kəsilir. Sahil qayalarının hündürlüyü 50-100 metrdir. Relyefi şimalda hündürlüyü təqribən 400 metr, cənubda isə dəniz səviyyəsindən 600 metrdən yuxarı olan daxili dağlıq əraziyə bölünür.
Nort-Minç boğazı
Nort-Minç boğazı (ing. The Minch) — Şotlandiyanın şimal-qərbində Haylend, Ayois və Harris adalarını ayırır (Daxili Hebrid adaları). Litl-Minç boğazı isə cənubda Skay adasını digər Herbrid adalarından ayırır. Bu adalar qrupuna Nort-Mist, Benbekyula, Sout-Uist, Barra daxildir. Cənubda Hebrid dənizi yerləşir. Eni 30–70 km, uzunluğu 110 km, Litl-Minc boğazının eni 25 km, dərinliyi 129 m təşkil edir. Boğazın ekologiyası gərgindir. Belə ki, yarım millyon ton dəniz yükü boğazdan daşınır.
Nort Texas FK
Nort Texas FK — Amerika futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış edən peşəkar ABŞ futbol klubu. Klub MLS təmsilçilərindən olan "Dallas" klubunun ehtiyat komandası kimi fəaliyyət göstərir. Əsas komanda Texas ştatının Frisko şəhərində oynasa da, bu klub 2020-ci ildən etibarən Arlinqton şəhərində öz oyunlarını keçirir. Klub ev oyunlarını bir zamanlar "Texas Reyncers" beyzbol klubunun ev sahibliyi etdiyi Qloub Layf Park in Arlinqton stadionunda keçirir. Klub 2 noyabr 2018-ci ildə Birincli Liqanın qurucu üzvlərindən biri olaraq yaradılmışdır. == Tarixi == 2 noyabr 2018-ci ildə "Dallas" klubu 2019-cu ildə yeni yaradılacaq futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış etmək üçün bu klubu yaratdıqlarını açıqlamışdır. 6 dekabr 2018-ci ildə klub öz adının Nort Texas olacağını açıqlamış və klubun loqosunu təqdim etmişdir. Klub ilk mövsümündə heyətində "Dallas" klubunun gənc akademiya futbolçularının oynamasına baxmayaraq, liqanı çempion olaraq başa vurmuşdur. Həmçinin klub oktyabr ayında növbəti mövsümdə artıq "Dallas" klubunun ev oyunlarını keçirtdiyi Toyota stadionunda oynamayacaqlarını açıqlamışdır. Hal-hazırda klub amerikan futbolu komandası olan "Dallas Reneceyds" komandasının stadionu olan Qloub Layf Park in Arlinqton stadionunda ev oyunlarını keçirir.
Nort Vest Keyp
Nort Vest Keyp yarımadası (ing. North West Cape) — Avstraliyanın qərbində yerləşən yarımada. == Coğrafiyası == Yarımada şərq hissədən Eksmut körfəzi, digər iki hissədən isə Hind okeanı ilə əhatələnir. yarımadadan şimaı-qərbdə Myuron adası qərarlaşır. İqlimi istidir. Yarımsəhradır. İllik yağıntının miqdarı illərdən asılı olaraq dəyişir:2007-ci ildə 259 mm, 2003-cü ildə 51 mm. Minimal yağıntı sentyabr-deklabr ayları arası düşür. Maksimal temperatur: yanvar — 38 °C, iyul — 24,1 °C. Ağır iqlim şərtlərinə baxmayaraq burada 630 növdən artıq flora nümuməsi aşkarlanmışdır. Sahil sularında mərcan rifi yayılmışdır.
Uaythed Alfred Nort
Vaythed Alfred Nort (15 fevral 1861[…], Ramsheyt, Kent qraflığı – 30 dekabr 1947[…], Kembric, Massaçusets) — ingilis-amerikan riyaziyyatçısı, məntiqçisi və filosofu O, ekologiya, ilahiyyat, təhsil, fizika, biologiya, iqtisadiyyat və psixologiya kimi müxtəlif sahələrdə öz tətbiqini tapan proses fəlsəfəsi olaraq bilinən fəlsəfi məktəbin müəyyənedici siması kimi tanınır. == Həyat və yaradıcılığı == Keşiş ailəsində doğulan Vaythed 1880-cı ildə Kembric universitetinin Triniti kollecini bitirmiş, 1884-cü ildən bu kollecin riyaziyyat müəllimi, 1911-ci ildən 1923-cü illərədək isə Universitet kollecində və elm və texnologiya İmperial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində fəaliyyət göstərmişdir. 1924-cü ildə Vaythed Harvard Universitetinə fəlsəfə professoru vəzifəsinə dəvət almış, bu vəzifəni 1937-ci ilə qədər tutmuşdu. Vaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə ayırmaq olar. İngiltərədə Vaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məşğul olmuşdu. Öz şagirdi Bertran Rassel ilə birlikdə o, riyaziyyatın fundamental anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən “Principia Mathematica” adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi məntiqin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın Vaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fiziki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. “Təbiətin dərki prinsipləri” və “Təbiət anlayışı” əsərlərində o, sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti “təbiətin ikiqat artırılması”, yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi.
Vaythed Alfred Nort
Vaythed Alfred Nort (15 fevral 1861[…], Ramsheyt, Kent qraflığı – 30 dekabr 1947[…], Kembric, Massaçusets) — ingilis-amerikan riyaziyyatçısı, məntiqçisi və filosofu O, ekologiya, ilahiyyat, təhsil, fizika, biologiya, iqtisadiyyat və psixologiya kimi müxtəlif sahələrdə öz tətbiqini tapan proses fəlsəfəsi olaraq bilinən fəlsəfi məktəbin müəyyənedici siması kimi tanınır. == Həyat və yaradıcılığı == Keşiş ailəsində doğulan Vaythed 1880-cı ildə Kembric universitetinin Triniti kollecini bitirmiş, 1884-cü ildən bu kollecin riyaziyyat müəllimi, 1911-ci ildən 1923-cü illərədək isə Universitet kollecində və elm və texnologiya İmperial kollecində (London) tətbiqi riyaziyyat professoru vəzifəsində fəaliyyət göstərmişdir. 1924-cü ildə Vaythed Harvard Universitetinə fəlsəfə professoru vəzifəsinə dəvət almış, bu vəzifəni 1937-ci ilə qədər tutmuşdu. Vaythedin keçdiyi fəlsəfi yolu iki dövrə – ingilis və amerikan dövrlərinə ayırmaq olar. İngiltərədə Vaythed əsasən riyaziyyat, məntiq, fizika ilə məşğul olmuşdu. Öz şagirdi Bertran Rassel ilə birlikdə o, riyaziyyatın fundamental anlayış və prinsiplərinin formal məntiqdən çıxarılmasından bəhs edən “Principia Mathematica” adlı əsəri hazırlamışdır. Bu əsər XX əsrdə riyazi məntiqin inkişafına güclü təkan vermişdir. I dünya müharibəsinin sonuna yaxın Vaythed özü üçün yeni olan bir sahəyə – təbiət fəlsəfəsinə və dünyanın fiziki mənzərəsinin işlənib-hazırlanması məsələlərinə üz tutdu. “Təbiətin dərki prinsipləri” və “Təbiət anlayışı” əsərlərində o, sadiq qalaraq heç bir metafizik mühakimələri qəbul etmədən təbiəti hissi təcrübədə müşahidə olunan hadisələr kimi şərh edirdi. Onun tənqid obyekti “təbiətin ikiqat artırılması”, yəni bilavasitə təcrübədə (rəngdə, səslərdə və s.) verilən təbiətlə kauzal, yəni elmin mücərrəd anlayışlarla (atomlar, hərəkətdə olan hissəciklər və s.) təsvir olunan təbiətin bir-birindən fərqləndirilməsi idi.
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. == Təsnifatı == Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədər Qeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Cek Şort
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Martin Şort
Martin Şort (ing. Martin Hayter Short) — Kanada aktyorudur. Emmi mükafatına və Toni mükafatına layiq görülmüşdür. 3 ölkə vətəndaşlığına sahibdir: Kanada, ABŞ, Böyük Britaniya. == Şəxsi həyatı == Şort 1980-cı ildə Nensi Dolman ilə ailə həyatı qurmuşdur. Onların 3 uşaqları vardır. İlk uşağı 1983-cü ildə doğulmuşdur. 2010-cu ildə Şortun həyat yoldaşı vəfat edir.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Eskort
Eskort (fr. eskorte – müşayiәt) — Mühafizə və ehtiram göstərmək məqsədi ilə fəxri qoruma üsulu və təhlükəsizliyi təmin etmək üçün müşayiət edən bir qrup hərbi gəmi, təyyarə, hərbçilər və ya döyüşçülər qrupunun həyata keçirdiyi müşayiət..
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ofort
Ofort (fr. eau-forte — azot turşusu, hərfən – “dayanaqlı su”), həmçinin akvafort (it. acquaforte) — müxtəlif metal oyma, səthin turşularla qarışdığı görüntü yaratmaq zamanı çap formalarından ("lövhələr") izlər almağa imkan verən dəzgah qravür çap üsulu. XVI əsrin əvvəllərindən bəri məlumdur. Albrext Dürer, Jak Kallo, Rembrandt və başqaları ofort texnikasından istifadə ediblər. == Tarixi == Texnikanın uzaq XVI əsrdə populyar olmasına baxmayaraq, günümüzdə rəssamlar bu sənətdən özünü ifadə etmə üsulu kimi istifadə edirlər. Ofort – dərin çapın klişesinin hazırlanması və ya qravür variantlarından biridir. Eyni zamanda rəssamların emalatxanalarında ən çox istifadə olunan çap formalarındandır. Bu cür şəkillərin yaradılma texnologiyası olduqca çətindir. Əsas məsələ gələcək (istifadə olunacaq) lövhə üçün əsasın düzgün yaradılmasıdır.
Siirt
Siirt — Türkiyənin Siirt ilinin inzibati mərkəzi.
Smart
Smart — 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır. Hələ Mercedes qrupu bünyəsindədir. Bu an çıxarılan modeli yalnız Fortwo-dur.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Spork
Spork ("çəngəl-qaşıq") — çəngəl və qaşıq elementlərini özündə birləşdirən mətbəx ləvazimatı. 1870-ci ildə ABŞ-də ixtira edilib. Yemək hazırlanarkən istifadə edilir. Metaldan, plastikdən və taxtadan hazırlanır. İngilis sözü olan sporkdan əmələ gəlmişdir — spoon (qaşıq) və fork (çəngəl).
Ubort
Ubort (ukr. Уборть; belar. Убарць) ― Ukraynanın Jitomir vilayəti və Belarusun Qomel vilayətindən axan çay. Ubort Dnepr çayı hövzəsinə daxil olan Pripyatın sağ qoludur. Çay 292 kilometr (181 mil) uzunluğuna və 5820 km² drenaj hövzəsinə malikdir. == Su rejimi == Ubort daha çox yazda dağlardakı qarın əriməsi (~70%) və buzlaqlar ilə qidalanır. Buna görə çayın bolsulu dövrü əsasən martın ortalarından mayın əvvələrinə qədərdir. Ubort noyabrın ortalarında və ya yanvarın sonlarında dona bilir və buz fevralın və ya aprelin ortalarında əriyir. == Hövzəsi == Ubort Jitomir vilayətindəki Andreyeviçi kəndinin cənubundakı təpələrdən başlayır. Çay 222 metr yüksəkliyindəki Simoni təpələrindən qərbə və 225 metr yüksəkliyindəki Marinivka təpələrindən şimal-şərqə doğru axan bir neçə kiçik çaydan başlanğıc götürür.
Sonet
Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır. İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar. Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir. == Sonetlər çələngi == sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur.
Saori
Saori — Yapon adı. Saori Yoşida — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Naqamine — Yaponiyalı oxatan. Saori Arimaçi — Yaponiya qadın futbolçusu. Saori Ariyoşi — Yaponiya qadın futbolçusu.
Saorj
Saorj (fr. Saorge) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Brey-syur-Ruaya kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 86,78 km², əhalisi — 431 nəfərdir (2006) artım tendensiyası ilə: 444 nəfər (2012), əhalinin sıxlığı 5,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 446 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 444 nəfər.
Şiori
Şiori — ad. Şiori Kutsuna — yapon aktrisa və model. Şiori Miyake — Yaponiya qadın futbolçusu.