Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
CWTS Leiden Ranking
CWTS Leiden Ranking — Niderlandda yerləşən Leyden Universitetinin Elm və Texnoloji Tədqiqatlar Mərkəzi tərəfindən illik təqdim olunan dünyanın nüfuzlu ali təhsil müəssisələrinin reytinqlərindən biri. Müxtəlif sahələr üzrə dünyanın ən nüfuzlu bibliometrik reytinq göstəricilərindən biri olan "CWTS Leiden Ranking" çoxsaylı ali təhsil müəssisələri, biznes subyektləri o cümlədən ictimai sferada fəaliyyət göstərən qurumlar tərəfindən mötəbər mənbə kimi qəbul olunur. == Metodologiya == Hesabatların hazırlanmasında Klarivayt Analitiks şirkətinin və "Web of Science" saytının məlumat bazasından istifadə olunur. Burada ölçülən meyarlar sırasına hər bir elmi subyekt üzrə dərc edilən məqalə sayı, dərc olunan jurnalların göstəriciləri (milli sıralaması, istinad sayı, təsir faktoru və s.) və sıralamaya daxil edilən institutların tədqiqat potensialı daxildir.
Round Univercity Ranking
RUR reytinqi (ing. RUR Ranking - ing. Round University Ranking) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. Mərkəzi Rusiyanın Moskva şəhərində yerləşir. == Tarixi == Bu qlobal reytinq cədvəli ilk dəfə 2010-cu ildə dərc edilmişdir. == Parametrlər == Hər bir ali məktəb 20 ayrı parametr üzrə, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları üzrə qiymətləndirilir. == 2019 == 2019-cu ildə RUR reytinqinin dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlinə 74 ölkədən 820 ali təhsil müəssisəsinin adı düşüb. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik ediblər. Siyahıda ölkələr arasında ikinci yeri isə 74 ali məktəblə Rusiya tutmuşdur.
"Stankin" Moskva Dövlət Texnologiya Universiteti
"Stankin" Moskva Dövlət Texnologiya Universiteti (rus. Московский государственный технологический университет «Станкин») — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1930-cu ildə əsası qoyulan Moskva Maşın Alət İnstitutu sənaye sahələrini kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. İnstitut 1992-ci ildən etibarən universitet statusu əldə edərək rəsmi olaraq "Stankin" Moskva Dövlət Texnologiya Universiteti adı ilə fəaliyyətini davam etdirir. Bununla da universitetdə istənilən ölkənin texnologiya mühitinin əsas elementlərindən birini təşkil edən tədris prosesinin kompüterləşdirilməsi üzrə araşdırmalar həyata keçirilməyə başlanılır. Hazırda ali məktəbdə yeni təhsil texnologiyaları işlənir və tətbiq olunur. Bu texnologiyalar əsas beynəlxalq və milli standartların tələbləri nəzərə alınmaqla, maarifləndirici fəaliyyəti, idarə etmə metodları və tədrisin yüksək keyfiyyəti ilə ən müasir dünya tendensiyalarını əks etdirir. Universitet bu gün yalnız bakalaviatura və magistratura təhsil pillələri üzrə deyil, həmçinin aspirantura və doktorantura elmə dərəcələri üzrə yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirir. 150-dən artıq Rusiya, eləcə də yaxın və uzaq xarici ölkə universitetlərin məzunları bu ali məktəbin aspiranturasında təhsil alıblar. Yüksək ixtisaslı professor-müəllim heyəti müasir elmi-metodiki əsaslarla universitetdə tədris prosesinin keçirilməsini təmin edir.
Academic Ranking of World Universities
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Webometrics Ranking of World Universities
Webometrics Ranking of World Universities (azərb. Dünya universitetlərinin vebometriks reytinqi‎) — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. == Tarixi == 2004-cü ildən keçirilir. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri olan İspaniyanın Dövlət Elmi Tədqiqat Mərkəzi aparır. == Qiymətləndirmə == Ali məktəblərin qiymətləndirməsi 4 nominasiya üzrə aparılır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.
“Stankin” Moskva Dövlət Texnologiya Universiteti
"Stankin" Moskva Dövlət Texnologiya Universiteti (rus. Московский государственный технологический университет «Станкин») — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1930-cu ildə əsası qoyulan Moskva Maşın Alət İnstitutu sənaye sahələrini kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. İnstitut 1992-ci ildən etibarən universitet statusu əldə edərək rəsmi olaraq "Stankin" Moskva Dövlət Texnologiya Universiteti adı ilə fəaliyyətini davam etdirir. Bununla da universitetdə istənilən ölkənin texnologiya mühitinin əsas elementlərindən birini təşkil edən tədris prosesinin kompüterləşdirilməsi üzrə araşdırmalar həyata keçirilməyə başlanılır. Hazırda ali məktəbdə yeni təhsil texnologiyaları işlənir və tətbiq olunur. Bu texnologiyalar əsas beynəlxalq və milli standartların tələbləri nəzərə alınmaqla, maarifləndirici fəaliyyəti, idarə etmə metodları və tədrisin yüksək keyfiyyəti ilə ən müasir dünya tendensiyalarını əks etdirir. Universitet bu gün yalnız bakalaviatura və magistratura təhsil pillələri üzrə deyil, həmçinin aspirantura və doktorantura elmə dərəcələri üzrə yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirir. 150-dən artıq Rusiya, eləcə də yaxın və uzaq xarici ölkə universitetlərin məzunları bu ali məktəbin aspiranturasında təhsil alıblar. Yüksək ixtisaslı professor-müəllim heyəti müasir elmi-metodiki əsaslarla universitetdə tədris prosesinin keçirilməsini təmin edir.
Stanislav Şpanin
Stanislav Şpanin (16 may 1990, Bakı) — "Ginnesin rekordlar kitabı"na düşmüş şəxs. == Ümumi məlumat == Stanislav Şpanin "Ginnesin rekordlar kitabı"na planetin ilk gənc peşəkar rəssamı kimi düşmüşdür. Bakı şəhərində anadan olan Stanislav bir çox beynəlxalq mükafatların sahibdir.
Spaldinq Müharibə Memorialı
Spaldinq Müharibə Memorialı — İngiltərənin şərqində yerləşən Linkolnşir, Spaldinqdəki Ayskofi Zalında Birinci Dünya Müharibəsi memorialıdır. Memar Ser Edvin Lütyens tərəfindən dizayn edilmişdir. Spaldinqdən müharibədə ölənlərin xatirəsinə memorial ucaldılması təklifini 1918-ci ilin yanvarında Barbara Maklaren etmişdir. Onun bölgə parlamentinin üzvü olan həyat yoldaşı da müharibə zamanı hava qəzasında öldürülmüşdü. Barbara mövcud ailə əlaqələri vasitəsiylə Lütyenslə təmas qurdu və memar ortasında xaç olacaq, dairəvi hovuzla əhatələnən memorial monastır üçün layihə hazırladı. Memorial yerli bölgə şurasının sahib olduğu rəsmi Akskofi bağçalarında inşa edilməli idi. Barbara bu təklifi şuraya bildirdiyi zaman icma daxilində ciddi müzakirələrə səbəb oldu və çoxlu sayda müxtəlif planlar təklid edildi. 1919-cu ildə reallaşan ictimai yığıncaqdan sonra Barbaranın təklifinin kiçildilmiş versiyası qəsəbənin taxıl mübadilə binasında bir saatla birlikdə üstün tutulan seçim kimi formalaşdı. Memorialın hazırlanmasına ümumi 3.500£ lazım idi. Barbara və qayınatası bu məbləğın 1.000£-u qarşıladı, onun qayını isə bir cüt rənglənmiş daş bayraqlar bağışladı.
Takvakor: İslami pankın doğuluşu
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.
Takvakor: İslami pankın doğuluşu (film, 2009)
Takvakor: İslami punkın doğuluşu (ing. Taqwacore: The Birth of Punk Islam) — 2009-cu ildə ABŞ-də istehsal olunmuş sənədli film. == İstinadlar == == Mənbə == İslamçı punklar.