Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Smerch
9K58 “Smerç” (BM-30) – Katyuşa nəslindən olan reaktiv yaylım atəşi sistemidir. Bu sistem 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan Splav (Tula) silah hazırlama zavodunda yaradılmışdır. 1987-ci ildə SSRİ Silahlı Qüvvələrində tətbiq edilir. NATO bu sistemi ilk dəfə olaraq 1983-cü ildə müşahidə etdiyindən ona M1983 adı verilmişdir. Smerç qısa məsafəli ballistik raket sistemi olan FROG-7-ni əvəz etmişdir. == Xüsusiyyətləri == Maksimum atış məsafəsi: 90–124 km Maksimum məsafə: 850 km Lülə sayı: 12 Yenidən doldurulma: 16-20 dəqiqə Yer dəyişmə: 3 dəqiqə Salvo atış müddəti: 38 saniyə Əsas silahı: 9M55 və ya 9M528 raketi Motoru: V-12 dizel mühərriki Gücü: 525 at gücü İstehsalçı ölkə: SSRİ/Rusiya İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu Tip: Reaktiv yaylım atəş sistemi İstehsal tarixi: 1987 – davam edir Xidmətə giriş ili: 1987 – günümüzə Lülə diametri (Kalibr): 300 mm Yerdəyişmə vaxtı: 3 dəqiqə Qalxma bucağı: 0º... +55º Üfüqi tuşlama bucağı: 30º... +60º Məhvetmə radiusu: 672.000 m² Hədəfi vurma dəqiqliyi 0.3% m Minimal atəş məsafəsi: 20 km Şassi: MAZ-543M Uzunluğu: 12.1 m Eni: 3.05 m Hündürlüyü: 3.05 m Təkər formulası: 8x8 Mühərrik: D12A-525A V12 dizel Maksimal sürət: 60 km/s Mənzili: 900 km Heyət üzvü: 4 nəfər BM-30 “Smerç” reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur. == Texniki quruluşu == Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Speed Metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
Wedding Peach
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. == Personajlar == == Xarici keçidlər == Wedding Peach — Internet Movie Database saytında.
Björn "Speed" Strid
Björn "Speed" Strid — Soilwork qrupunun vokalisti Byörn Ove Ingemar Strid. == Həyatı == 10 sentyabr 1978-ci ildə İsveçdə anadan olmuşdur. 1995-ci ildə Soilwork qrpunun əsasını qoymuşdur.
Order of the Leech
Order of the Leech — britaniyalı Napalm Death qrupunun albomu. 2002-ci ildə çıxıb.
Spec Ops (seriya)
Spec Ops — taktiki atıcı videooyunlar seriyası. İlk iki oyun "Zombie Studios" tərəfindən istehsal edilmiş, "Runecraft" növbəti üç oyunda istehsal prosesinə təhfə vermiş, altıncı oyun isə 2002-ci ildə "Big Grub" tərəfindən istehsal olunmuşdur. İlk iki oyunu "Ripcord Games" sonrakı üç oyunu "Take-Two Interactive", altıncı oyunu isə 2002-ci ildə "Gotham Games" tərəfindən yayımlanmışdır. Seriya 2012-ci ildə "Yager Development"ın istehsal etdiyi və "2K Games"in yayımladığı "Spec Ops: The Line" epizodunda üçüncü şəxs atıcı kimi yenidən canlandırılmışdır. == Tarixi == İlk oyun, "Spec Ops: Rangers Lead the Way" hələ istehsal mərhələsində olduğu dövrdə "Spec Ops"u davam edən bir franşizə çevirmək qərarı alınmışdır. İcraçı prodüser Mayk Suares belə əsaslandırmışdı ki, simulyasiya pərəstişkarları üçün auditoriya "çox sadiqdir; onlar hər il altı ilə on iki arası məhsul satın alırlar. Simulyasiyalar kateqoriyasında uğurlu franşiz işə sala bilsəniz, bu, əsl həmişəyaşıl biznes olar".
Need for Speed (oyun seriyası)
Need for Speed (azərb. Sürət həzzi‎, abreviaturası: NFS) — ilk olaraq "Electronic Arts", daha sonra isə "Ghost Games" tərəfindən hazırlanan videooyun seriyası. İlk oyun 1994-cü ildə "The Need for Speed" adı ilə çıxmışdır. "Need for Speed: High Stakes" oyunundan başlayaraq isə oyunçuların öz maşınlarında istədiyi dəyişikliyi edə bilməsi xüsusiyyəti əlavə edildi. "Need for Speed" oyunları ilk çıxışından oyunçular tərəfindən sevilməyə başlandı. Oyunun bu günə qədər 150 milyon nüsxəsi satılmışdır. Oyunun uğurlu olması nəticəsində ona uyğun film (Sürət həzzi) çəkildi və "Hot Wheels" oyuncaq maşınları satışa çıxarıldı. == Geympley == Demək olar ki, bütün "Need For Speed" oyunları eyni geympley formasına malikdir. Oyunçu yarış zamanı seçdiyi maşını idarə edir və yarışda birinci olmağa çalışır. Karyera modu və çempionatda alınan qalibiyyətlər ilə qıfıllı maşınlar və yollar açılır.
Spec Ops: The Line
Spec Ops: The Line (azərb. Xüsusi əməliyyatlar: Xətt‎) — "Yager Development" tərəfindən hazırlanmış və "2k Games" tərəfindən yayımlanmış 2012-ci il üçüncü şəxs atıcı videooyunu. Bu, "Spec Ops" videooyun seriyasındakı onuncu epizoddur və rebutdur. Oyunda oyunçular müxtəlif qadcetlərdan istifadə edə, müxtəlif müdafiə vasitələrinin arxasında gizlənə, maneələrin üzərindən tullana və düşmənlərə atəş aça bilərlər. Oyuna "Darkside Game Studios" tərəfindən ayrı hazırlanmış onlayn çoxnəfərli rejimi daxildir. Burada oyunçulara həm əməkdaşlıq, həm də rəqabətli oyunda iştirak etməyə imkan yaradır. Oyunçu kəşfiyyat missiyasını icra etmək üçün elit "Delta" xüsusi təyinatlı dəstəsi ilə birlikdə fəlakətdən əziyyət çəkmiş Dubaya göndərilən kapitan Martin Volkeri idarə edir. Süjet xətti irəlilədikcə Volkerin ruhi sağlamlığı ağlı pisləşir, hallüsinasiyalar görməyə başlayır və yavaş-yavaş müharibənin dəhşətini dərk edir. "Yager" oyunun istehsalına 2007-ci ildə başlamış, oyunun quruluş və hekayə çərçivəsinin formalaşdırılması zamanı Cozef Konradın 1899-cu ildə yazdığı "Qaranlığın ürəyi" romanı və 1979-cu ildə buraxılmış "Apokalipsis indi" filmi də daxil olmaqla müxtəlif mediadan ilham almışdır. Oyun "fiziki cəhətdən ziddiyyətli" olmaq və oyunçuların videooyunlarda müharibəyə əyləncə mənbəyi kimi baxmaq ilə bağlı düşüncələrini şübhə altına almaq, onlara müxtəlif mənəvi cəhətdən qeyri-müəyyən olan qərarlar vermək üçün nəzərdə tutulmuşdur.
Albert Şpeer
Albert Şpeer (alm. Albert Speer‎; 19 mart 1905[…], Manhaym, Almaniya imperiyası – 1 sentyabr 1981[…], London)) — Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri. Nürnberq prosesində mühakimə olunmuşlardan biri. == Həyatı == Albert Şpeer 19 mart 1905-ci ildə Almaniya İmperiyasının Mannhaym şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının istəyi ilə Karlsruhe şəhərində memar kimi təhsil alıb. 1924-cü ildə Münhen şəhərinin texniki univertsitetinə daxil olur. 1925-ci ildə təhsilini Berlində davam etdirir. 1928-ci ildə diplom aldıqdan sonra universitetdə assistent kimi çalışmağa başlayır. 1930-cu ildə ilk dəfə universitetdə Adolf Hitlerin nitqini eşidir. Bu nitq daha öncələr siyasətlə heç məşğul olmayan Şpeerə çox güclü təsir edir.