Politico
Politico — mərkəzi Virciniya ştatının Arlinqton şəhərində yerləşən ABŞ siyasi jurnalistika mediası şirkəti. Şirkətin məzmunu Amerika Birləşmiş Ştatlarında və beynəlxalq miqyasda siyasət və idarəetmə mövzularını əhatə edir. Şirkətin yaratdığı məzmun televiziya, internet, "The Politico" və radio vasitəsilə yayımlanır. Mövzulara ABŞ Konqresi, lobbiçilik, KİV-lər və prezident administrasiyası də daxil olmaqla Vaşinqtonu əhatə edir.
Con F. Harris və Cim Vandehey "The Washington Post" qəzetindən ayrılaraq müvafiq olaraq "The Politico" qəzetinin baş redaktoru və icraçı redaktoru vəzifələrini daşımağa başladılar. Şirkət 23 yanvar 2007-ci il tarixində fəaliyyətə başlamıdır. Frederik C Rayan (kiçik) şirkətin birinci prezidenti və icraçı direktoru idi. Robert L. Albrayton şirkətin qurucusu və yayımçısıdır. 2013-cü ilin oktyabrında "The Politico"nun uzun müddətdir redaktoru olan Cim Vandehey şirkəti icraçı direktoru və prezidenti olmuşdur.
2015-ci ildə "Politico" Belkiçanın Brüssel şəhərində "Politico Europe" adlı bir Avropa bürosu açmışdır.