Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stablitron
Stabiitron- (zeyner(zener) diod) p-n diodun xüsusi bir tipidir. Stabilitronun xüsusiyyətləri: -Düz qoşulma halında normal bir diod kimi çalışır -Əks qoşulma halında, müəyyən gərginlikdən sonra keçirici olur. Bu gərginlik stabilitronun diapazon gərginliyi, və ya daha qısa olaraq stabilitron gərginliyi adlanır. — Əksinə gərginlik aradan qalxanda, stabilitron normal halına dönür. -Dövrələrdə, əks istiqamətdə işləyəcək şəkildə istifadə edilir. -Bir stabilitron stabilitron gərginliyi ilə başa düşülür. Məsələn: "30v luq stabilitron" dedikdə,30v luq əks gərginlikdə işləməyə başlayan stabilitron anlamına gəlir. -Silisium tərkiblidir. Stabilitron, əks istiqamətdə işləməsi zamanı yarana bilən hədsiz cərəyana görə sıradan çıxa bilər. Bu vəziyyətin qarşısını almaq üçün dövrəsinə daim ardıcıl bir qoruyucu müqavimət bağlanılır.