Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlona Staller
İlona Staller və ya Çiççolina (ing. Ilona Staller) — İtaliya pornoaktrisası, müğənnisi və siyayasətçisidir. == Həyatı == Anna İlona Staller 26 noyabr 1951-ci il tarixində Macarıstanın paytaxtı Budapeştdə doğulub. 1964-cü ildə model agentliyində işləməyə başlayıb. İtalyan vətəndaşı ilə ailə qurduqdan sonra İtaliyaya köçmüş və buranın vətəndaşlığını almışdır. 1970-ci illərdə rejissor Rikardo Skikki ilə tanış olaraq, bir sıra porno janrlı filmlərdə iştirak etmişdir. Populyarlıq qazandıqdan sonra özünə Çiççolina ləqəbini götürmüşdür. 1992-ci ildə sonuncu pornoqrafik filmə çəkilir və 1996-cı ilə qədər digər janrlı filmə iştirak edir. 1979-cu ildən Çiççolina Yaşıllar partiyasına qoşulur. İtaliyanın siyasi arenasında aktivliyi ilə seçilir.
Stryker
IAV Stryker, ABŞ ordusunda istifadə olunan General Dynamics Land Systems tərəfindən istehsal olunan Kanada istehsalı olan 8 təkərli LAW III-dən hazırlanmış ilk 8x8 konstruksiyalı zirehli döyüş vasitəsidir. Stryker, ABŞ ordusunun 1980-ci ildə istifadə etməyə başladığı M2/M3 Bradleydən sonra istifadə etdiyi ilk yeni zirehli döyüş maşınıdır. ABŞ hərbçiləri tərəfindən 2002-ci ildən bəri həm personal daşıyıcısı, həm də tank məhv edən ACV rolunda istifadə olunur. Əməliyyat mənzili 500 km, maksimum sürəti 100 km/s təşkil edir. == Versiyaları == M1126 Zirehli personal daşıyan M1127 Zirehli maşın M1128 Mobil silah sistemi.105 mm M68A1 topa malikdir M1129 120 mm haubitsa M1130 Komanda maşını M1131 Dəstək maşını M1132 Mühəndis maşını M1133 yaralıları daşımaq üçün maşın olub silah sistemləri yoxdur M1134 Anti-tank maşını.
Ben Stiller
Benjamin Edvard "Ben" Stiller (30 noyabr 1965) — Amerikalı aktyor, rejissor, prodüser, komediya ustası və ssenarist.
Fred Stoller
Frederick "Fred" Stoller (ing. Fred Stoller; 19 mart 1958, Brooklyn, New York) — ABŞ aktyoru.
Kurtis Strayker
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
Statler qardaşları
The Statler Brothers - Amerikan musiqi qrupudur. Kvartet 1955-ci ildə yerli səhnədə çıxış edərkən yaradılıb. 1964-72-ci illərdə onlar Conni Keş üçün əsas və ehtiyat ifaçılar kimi oxuyublar. Əvvəlcə yerli kilsələrdə "Cənubi müjdə" musiqisini ifa edən qrup özlərini "Dörd Ulduzlu Kvartet", daha sonra isə "Krallar" kimi təqdim edirdi. 1963-cü ildə "The Kingsmen" adlı qaraj rok qrupunun "Louie, Louie" mahnısı məşhurlaşdıqda qrup özlərini "[he Statler Brothers" adlandırmaq qərarını verdi. Adına baxmayaraq, qrupun yalnız iki üzvü (Don və Harold Reid) əsl qardaş idi və heç bir üzvdə Statler soyadı yox idi. Qrup əslində özlərini otel otağında gördükləri üz toxumasının markasına görə adlandırdılar (daha sonra özlərini asanlıqla "Kleenex Brothers" adlandırılaraq lağ edilə bilinəcəyindən xəbərdar idilər). Don Reid aparıcı ifaçı, Harold Reid - Donun böyük qardaşı, bass oxudu; Phil Balsley bariton çaldı və Lew DeWitt tenor oxudu. O həm də 1982-ci ildə Cimmi Fortune tərəfindən səhhətindəki problemə görə dəyişdirilməzdən əvvəl gitaraçı idi. Qrupun üslubu onların tarixi kökləri ilə sıx bağlı idi.
Steller qarabatdağı
Steller qarabatdağı, və ya Eynəkli qarabatdaq (lat. Phalacrocorax perspicillatus) — Qarabatdaqlar fəsiləsinə daxil olan, nəsli kəsilmiş quş növü. Bu canlılar əsasən Berinq dənizinin Berinq və Ariy Kamen adalarında yayılmışdırlar. Bu canlı Qeorq Vilhelm Stellerin şərəfinə adlandırılmışdır (1709—1746). == Xariçi görünüş == Dünyanın ən iri qarabatdaqlarından biri olmuşdur. Uzunluğu 96 sm, çəkidi 6 kq təşkil edirdi. Qara təngdə olub üzərindən bürünc xətt keçir. Erkəklərin gözləri ətrafında sanki eynək vardır. == Həyat tərzi == Əsasən qayalıqlı ada sahillərində yerləşirdilər. Olduqca ləng idilər.
Yosip Stadler
Yosip Stadler (xorv. Josip Stadler və ya Yozef Ştadler, alm. Josef Stadler‎; 24 yanvar 1843, Slаvоnski-Brоd – 8 dekabr 1918, Sarayevo) — katolik prelat, 29 sentyabr 1881-dən 8 dekabr 1918-ci ilədək Vrhbosna arxiyepiskopu, "Körpə İsanın xidmətçiləri" qadın monastik icmasının qurucusu. == Həyatı == Zaqreb seminariyasını bitirdikdən sonra Yosip Stadler Pontifik Qreqorian Universitetində oxudu və orada ilahiyyat doktoru dərəcəsini aldı. 17 may 1868-ci ildə Romada diakon, 24 may 1868-ci ildə isə rahib təyin edildi. Vətəninə qayıdan Yosip Stadler Zaqrebdə yerli seminariyada işləməyə başladı. Sonra Zaqreb Universitetinin ilahiyyat fakültəsində professor vəzifəsində çalışmışdır. 29 sentyabr 1881-ci ildə Papa XIII Lev Yosip Stadleri Vrhbosnanın yepiskopu təyin etdi. 1882–1884-cü illərdə Banya Luka Roma-Katolik yeparxiyasının apostol idarəçisi idi. 1884-cü ildə Sarayevoda İsanın Müqəddəs Qəlbi Katedralıni qurmağa başladı.
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Brem Stoker

Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Stater dövrü
Stater — (yun. σταθερός (statherós) — sabit, möhkəm) və ya Stater dövrü — Paleoproterozoy erasında son geoloji dövrdür və 1800–1600 milyon il əvvəlləri əhatə edir. Bu tarixlər stratiqrafiyaya deyil, xronometriyaya əsaslanır.Dövr müvafiq qitələrdə yeni platformaların yaranması ilə səciyyələnir. Oksigen səviyyəsi indiki dəyərinin 10–20%-i qədər idi.Straterin əvvəllərində, superqitə Kolumbiya yaranmışdır.
Uill Çalker
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur. == Karyera == Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı. Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı. O vaxtdan bəri o J.Crew, YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır. === Maraqlı faktlar === Vill Çalkerin anketi: Boyu : 185 sm Çəkisi : 75 kq Sinə ətrafı : 102 cm Beli : 83 cm Omba genişliyi : 98 cm. Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Yaşıl Ayaqqabı ölçüsü : 45 Paltar ölçüsü : == Fiziki xarakteristikalar == Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı. == Şəxsi həyatı == Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil.
Vill Çalker

Zərdüşt (tanker)
Zoroastr — dünyada ilk neft tankeri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 1994-cü ilin iyun ayının 10-da Bakı şəhərində "Azərmarka" şirkəti tərəfindən Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 25 manat, tirajı isə 50000 ədəd olan həmin markalardan biri "Zoroastr" gəmisinə həsr olunmuşdur.
Strayker (Mortal Kombat)
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
The Statler Brothers
The Statler Brothers - Amerikan musiqi qrupudur. Kvartet 1955-ci ildə yerli səhnədə çıxış edərkən yaradılıb. 1964-72-ci illərdə onlar Conni Keş üçün əsas və ehtiyat ifaçılar kimi oxuyublar. Əvvəlcə yerli kilsələrdə "Cənubi müjdə" musiqisini ifa edən qrup özlərini "Dörd Ulduzlu Kvartet", daha sonra isə "Krallar" kimi təqdim edirdi. 1963-cü ildə "The Kingsmen" adlı qaraj rok qrupunun "Louie, Louie" mahnısı məşhurlaşdıqda qrup özlərini "[he Statler Brothers" adlandırmaq qərarını verdi. Adına baxmayaraq, qrupun yalnız iki üzvü (Don və Harold Reid) əsl qardaş idi və heç bir üzvdə Statler soyadı yox idi. Qrup əslində özlərini otel otağında gördükləri üz toxumasının markasına görə adlandırdılar (daha sonra özlərini asanlıqla "Kleenex Brothers" adlandırılaraq lağ edilə bilinəcəyindən xəbərdar idilər). Don Reid aparıcı ifaçı, Harold Reid - Donun böyük qardaşı, bass oxudu; Phil Balsley bariton çaldı və Lew DeWitt tenor oxudu. O həm də 1982-ci ildə Cimmi Fortune tərəfindən səhhətindəki problemə görə dəyişdirilməzdən əvvəl gitaraçı idi. Qrupun üslubu onların tarixi kökləri ilə sıx bağlı idi.
İohann Rudolf Stadler
İohann Rudolf Stadler (1605, Sürix – 1637, İsfahan) — isveçrəli protestant saatsaz. O, daha çox Səfəvi imperiyasında yaşaması ilə tanınır. O, burada saat düzəltməklə məşğul olmuşdur. Sonda o, onun mülkünə icazəsəz giriş etmiş şəxsi öldürməsi ilə bağlı intriqaya qurban getmiş və buna görə edam edilmişdir. == Həyatı == O, Sürix şəhərində soba satıcısı olan Erhardın ailəsində anadan olmuşdur. 1627-ci ildə o, tapşırıq ilə Osmanlı imperiyasının paytaxtı olan İstanbula getmişdir. O, buraya dayısı İohann Rudolf Şmitd fon Şvarzenhornun yanına getmişdi. İohann burada fransız səyyah Jan Batist Tavernye ilə tanış olmuş və sonda onlar birlikdə İsfahana — Səfəvi imperiyasının paytaxtına səyahət etmişdirlər.Stadler 1631-ci ildə Səfəvi imperiyasına çatmış və qısa müddət ərzində özünün saat düzəltmə qabiliyyətinə görə məşhurlaşmışdır. Səfəvi şahı I Səfi (1629–1642) İsfahanda ikən Stadlerin onun üçün düzəltdiyi saatdan çox məmnun qaldı və onu saraya işə götürdü. Növbəti 3 il ərzində Stadler şahın xarab olmuş bütün saatlarını təmir etdi.
Kris Taker
Kris Taker (ing. Christopher Tucker, 31 avqust 1971, Atlanta) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib. == Həyatı == Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
Riçard Taler
Richard H. Thaler (/ˈθeɪlər/ ; 12 sentyabr 1945) – Amerikalı iqtisadiyyatçıdır. 2017-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
George Walker Bush
Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[…], Nyu-Heyven[d]) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. == Həyatı == Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
Stoker (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüsserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. == Məzmun == Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Suraxanı tanker-muzeyi
Suraxanı gəmi-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey.Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. == Tarixi == 2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.
Feliks Ştayner
Feliks Ştayner (Tam adı: Feliks Martin Julius Steiner, (23 may 1896, Nesterov – 12 may 1966 və ya 17 may 1966, Münhen), Birinci Dünya Müharibəsi dövründə piyada zabiti olmuşdur. İkinci Dünya Müharibəsində isə Vaffen-SS generalı olmuşdur. 1914-cü ilin martında Quru Qoşunlarına daxil olaraq 41-ci Piyada Ordusu olan "von Boyen" piyada alayına (4-cü Şərqi Prussiya Piyada alayı) namizəd zabit olaraq verilmişdir. I Dünya Müharibəsinin gedişi dövründə – 1914-cü ilin noyabrında ağır yaralanmış, sonra 1915-ci ilin yanvarında leytenant, 1918-ci ilin oktyabrında isə baş leytenant rütbələrinə layiq görülmüşdür. Müharibə dövründə birinci və ikinci dərəcəli Dəmir Xaç medallarını əldə etmişdir. Müharibə başa çatdıqdan sonra o, 1919-cu ildə Şərqi Prussiyadakı Freykorpların sırasına daxil olmuş və 1921-ci ildə Reyxsverə işə götürülmüşdür. 1933-cü ildə mayor rütbəsinə layiq görülmüşdür, lakin Adolf Hitler hakimiyyətə gəldikdən sonra, 1933-cü ildə mayor rütbəsində ikən ordudan ayrılaraq Nasist Partiyasının üzvü olmuş və burada SA-ya qoşularaq bu orqanın təlim və tədris işlərindən məsul olmuşdur. 1935-ci ildə isə SS-ə göndərilmiş və 1 iyul 1936-cı ildə "Deutschland" alayının komandiri təyin edilmişdir. 1936-cı ilin oktyabrında Bad Tölzdəki SS Zabitlər Məktəbinin (SS-Junkerschule) taktika müəllimi olmuşdur. İkinci Dünya müharibəsi dövründə tabeliyində olan alayları ilə Polşa yürüşündə və Fransa yürüşündə iştirak etmişdir.
George Arnott Walker-Arnott
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
Şalkar (şəhər)
Şalkar (qaz. Шалқар, keç. Çelkar) — şəhər (1928-ci ildən ), Qazaxıstanın Aqtöbe vilayətinin Şalkar rayonunun mərkəzi. Orenburq-Daşkənd xəttindəki (Kandıaqaş-Arıs hissəsi) dəmiryolu stansiyası, Aqtöbedən 363 km cənub-şərqdə. Magistral yol: Şalkar - İrgiz (asfaltlanmış, qismən qırılmış), Şalkar - Duz, Şalkar - Akkayitim (çınqıl). == Tarixi == === İnqilabdan əvvəlki dövr === Tarixi məlumatlara görə, Şalkar gölü yaxınlığında müasir şəhərin ərazisinə ilk məskunlaşanlar 1870-ci ildə meydana gəlmişdir. Maldarlıqla məşğul olmuş və ilk bəndləri tikmişlər. 1901–1903-cü illərdə Daşkənd dəmir yolu çəkildi və Çelkarda ilk sənaye müəssisəsi — Çelkar lokomotiv deposu meydana çıxdı. 1905-ci ildə bir dəmir yolu məktəbi açıldı. Dəmir yolunun inkişafı nəticədə şəhər sakinlərinin əksəriyyətinin (80%) dəmiryol işçiləri olmasına gətirib çıxardı.