Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stoiklər
Stoaçılıq (yun. Στοά) — ellinizm dövründə Afinada təxminən m. ö. 300-cü ildə Kitiyalı Zenon tərəfindən yaranmış fəlsəfi məktəb olmuşdur. Antik dünyanın ən tanınmış məktəblərindən biri idi. Stoaçılıq fəlsəfəsi bir çox hallarda Heraklitin, Platonun, Aristotelin, kiniklərin təlimlərinə çox yaxınlaşmış və onlardan qaynaqlanmışdır. == Tarixi mərhələləri == Məktəbin tarixini şərti olaraq üç dövrə bölürlər: 1. Erkən (m. ö. IV – II yüzilliklər).
Supiklər
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Unaliq-Pastuliq yupikləri : Norton Sound bölgəsində Əsl Alyaska yupikləri : Yukon və Kuskokvim bölgələrində Egegik yupikləri : Bristol Bay bölgəsində Çupiklər : Hooper Bay və Chevak bölgələrində Nunivak çupikləri : Nunivak adasında Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Adlandırma == Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar. Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bu günki Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini" sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.
Etiklər
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Ben Stiller
Benjamin Edvard "Ben" Stiller (30 noyabr 1965) — Amerikalı aktyor, rejissor, prodüser, komediya ustası və ssenarist.
Corc Stiqler
Corc Stiqler (ing. George Joseph Stigler) (17 yanvar 1911[…], Sietl, Vaşinqton – 1 dekabr 1991[…], Çikaqo) — amerikalı iqtisadçı. 1982-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Corc Stiqler ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində anadan olub. Corc Stiqler ali təhsil almağa Vaşinqton Universitetində başlamış, sonra isə Şimal-Qərb Universitetində təhsilini davam etdirmişdir. 1939-cu ildə Çikaqo Universitetində Frenk Naytın elmi rəhbərliyində doktorluq dərəcəsinə yüksəlmişdir. Corc Stiqler II Dünya müharibəsi illərində Kolumbiya Universitetində gizli atom bombası istehsalı layihəsi olan Manhetten layihəsi üçün riyazi və statistik tədqiqatlar aparmışdır. Sonra 1947–1958-ci illərdə Kolumbiya Universitetinin iqtisadiyyat bölməsində müəllim işləmişdir. Corc Stiqler Çikaqo məktəbinin klassik liberalizm və azad bazar prinsiplərini qəbul edib yaymış, bu məqsədlə qurulan və hələ də böyük nüfuzu olan Mount Pelerin Cəmiyyətinin qurucu üzvü olmuşdur. Corc Stiqler 1991-ci ildə vəfat etmişdir.
Fred Stoller
Frederick "Fred" Stoller (ing. Fred Stoller; 19 mart 1958, Brooklyn, New York) — ABŞ aktyoru.
Bram Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Brem Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.
Stokle sarayı
Stoclet Sarayı (Fransızca: Palais Stoclet), Belçikanın Sint-Pieters-Woluwe bələdiyəsinin Tervurenlaan küçəsində bir villadır. Villanın çertiyoju Avstraliyalı memar Josef Hoffmann tərəfindən 1911-də çəkilmişdir.
Stoker (film, 2013)
«Stoker» və ya «Əxlaqsız oyunlar» (ing. Stoker) — müəllif Uentuort Millerin ssenarisi əsasında cənubi koreyalı rejissor Pak Çxan Uk və prodüsserlər Toni Skott, Ridli Skott və Maykl Kostiqan tərəfindən 2013-cü ildə dram janrında ekranlaşdırılan film. Baş rolda Mia Vasikovska, Nikol Kidman və Mettyu Qud oynamışdırlar. Filmin təqdimatı ilk dəfə 20 yanvar 2013-cü ildə «Sandens» kino festivalında baş tutmuşdu. == Məzmun == Özünün 18-ci ad gününü qeyd edən İndia Stoker (Mia Vasikovska) sevimli atası Riçardın dəhşətli avtomobil qəzasında həlak olduğunu öyrənir və bundan sonra onun həyatı alt-üst olur. Bu hadisədən sonra İndia qeyri-sabit xarakterə malik anası Evelin (Nikol Kidman) ilə birgə yaşamağa məcbur olur. Dəfn zamanı Evelin və İndiya öz həyatını səyahətə sərf etmiş Riçardın cazibədar və xarizmatik qardaşı Çarli ilə tanış olurlar. Daha sonra Çarli ana və qıza dəstək və kömək etmək məqsədilə qeyri-müəyyən müddətə onlarla birlikdə yaşayacağını elan edir. Bu xəbərdən İndia pərt olmasına baxmayaraq, Evelin böyük sevinc hissi yaşayır. Az sonra bu haqqda evin sahibi xanım MakQarrik xəbər tutur və tez-tələsik Stokerlərə qonaq gəlir.
Söz sizindir, şəriklər (film, 1983)
== Məzmun == Filmdə şəriklərin kooperasiyası və onların fəaliyyəti haqqında söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Vladimir Sinitsın Operator: Köçəri Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Bakı. Portretə yeni ştrixlər (film, 1979)
Bakı. Portretə yeni ştrixlər qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə günü-gündən gözəlləşən müasir Bakıdan, şəhərdə aparılan böyük tikinti işlərindən, respublika paytaxtının qayğılarından söhbət gedir. == Məzmun == Kinolentdə günü-gündən gözəlləşən müasir Bakıdan, şəhərdə aparılan böyük tikinti işlərindən, respublika paytaxtının qayğılarından söhbət gedir.