XARRAT

I
сущ. stolər (рабочий по обработке дерева – более тонкой и тщательной, чем при плотничьих работах). Xarrat işləmək работать столяром
II
прил. столярный. Xarrat yapışqanı столярный клей
XARLIQ
XARRATXANA
OBASTAN VİKİ
Xarrat Qulu
Kərbəlayı Qulu Kərbəlayı Məhəmmədəli oğlu Pəri Nazzadə (Yusifi) və ya Xarrat Qulu (1823, Şuşa – 1883, Şuşa) — musiqişünas, şair, Şuşada musiqi məktəbinin yaradıcısı. Şuşada musiqi məktəbinin yaradıcısı musiqişünas Kərbəlayı Qulu Məhəmməd oğlu 1823-cü ildə anadan olmuşdur. Əsl sənəti xarratlıq olmuşdur. Xarrat Qulu Şuşada muğam məclisləri üçün uyğun səsi olan gəncləri cəlb edərək onlara muğamatı və onları oxumaq qaydalarını öyrədirdi. Məhərrəmlik mərasimləri zamanı təşkil etdiyi məclisə gəncləri cəlb edir, Səkinə, Zeynəb, Əli Əkbər və başqa şəbih rollarında oynamağı öyrədirdi. O, klassik Şərq musiqisini bilir, həm də şeirlər yazırdı. Din xadimlərinin təsiri altında olduğuna görə xalq məclislərində çıxış etmirdi. Xarrat Qulunun XIX əsrin ortalarında fəaliyyət göstərmiş musiqi məktəbi, əsasən, dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra musiqiçilərin yetişməsinə səbəb olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbaqi Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan bu məktəbin yetirmələridir. Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur.
Xarratlı
Xarratlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə qədər (14 yanvar 1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim sənət bildirən xaratlı türk tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. I.1978-ci il fərmanı ilə adı dəyişdirilib Arevabuyr qoyulmuşdur. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Xaratlu kimidir.

Digər lüğətlərdə