Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Subordinasiya
Subordinasiya (lat. Subordinatio) — rütbəsi (vəzifəsi) aşağı olan vəzifəli şəxsin özündən yuxarı şəxsin qərarlarının (sərəncamlarının) və tələblərinin icrasına, habelə vəzifə intizamı, etika və məsuliyyət qaydalarına riayət edilməsinə tabe olmasını nəzərdə tutan rəsmi münasibət növü. Əvvəllər Rusiyada subordinasiya hərbi tabeçilik (hərbi intizamla eyni) və itaət kimi müəyyən edilirdi. Tabeçilik hərbçinin şəxsi iradəsinin öz rəisinin (komandirinin) iradəsinə tabe olmasından ibarət olub, onun əmrlərinin dəqiq və dönməz icrasında ifadə olunurdu. Rus feldmarşalı Aleksandr Suvorov subordinasiyanı əsas hərbi fəzilətlər sırasına daxil etmişdir. Subordinasiyanın məzmunu cəmiyyətin müxtəlif iyerarxik səviyyələrində olan insanlar arasında müəyyən edilmiş münasibətlər qaydalarına riayət etməkdir. Subordinasiyaya riayət etmək böyük-kiçik münasibətləri üçün məcburidir. Mühafizə, ordu, donanma, aviasiya, polis və digər hərbiləşdirilmiş müəssisələrdə subordinasiya qaydaları müəyyən norma və ənənələrə riayət edilməsi qaydasını müəyyən edir. А. Д. Михельсон, Объяснение 25000 иностранных слов, вошедших в употребление в русский язык, с означением их корней., 1865. Субординация // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.