Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sufiyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sufiyan (Urmiya)
Sufiyan (fars. صوفيان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 732 nəfər yaşayır (112 ailə).
Sufiyan (dəqiqləşdirmə)
Sufiyan — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər.
Sufiyan (Üşnəviyyə)
Sufiyan (fars. صوفيان‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 975 nəfər yaşayır (159 ailə).
Sufiyan Povarisov
Sufiyan Şəmsətdin oğlu Povarisov (rus. Суфиян Шамсутдинович Поварисов, başq. Суфиян Шәмсетдин улы Поварисов; 29 avqust 1924, İleş rayonu – 3 iyul 2016, Ufa) — sovet və rus tatar yazıçısı, filologiya elmləri doktoru, professor, Başqırdıstan xalq yazıçısı (2011). Başqırdıstan Respublikası (1992) və Tatarıstan Respublikası (2004) əməkdar elm xadimi, Rusiya ali təhsili fəxri işçisi (1997). Böyük Vətən Müharibəsi iştirakçısı. Başqırdıstan və Rusiya Yazıçılar birliklərinin üzvü. == Həyatı == O, İleş rayonunun Tupeyevo kəndində anadan olmuşdur. Məktəbdə yeddi sinfi bitirdikdən sonra kolxozda işləməyə başlamışdır. 1942-ci ilin avqust ayında Qırmızı Ordu sıralarına çağrılaraq 469-cu minaatan alayının hesablama komandiri kimi xidmət etmişdir. Alay ilə Ukrayna, Belarusiya, Rumıniya, Macarıstan, Çexoslovakiya, Almaniya ərazilərində döyüşlər aparmışdır.
Sufiyan döyüşü
Sufiyan döyüşü — Səfəvilər və Osmanlılar arasında Dekabrın 1605-ci ildə Təbriz Ətrafında Sufiyan Adlı Yerdə baş verən döyüş. == Zəmin == I Abbas taxta çıxdıqdan sonra fəaliyyətinin əsas planını Osmanlı ilə müharibəyə həsr etmişdi. Orduda və dövlətin digər yerlərində islahaltarı etdikdən, özbəkləri məğlubiyyətə uğratdıqdan sonra o, Osmanlı ilə müharibəyə başladı. Müharibənin başlamasında Osmanlı sarayındakı qarışıqlıqlar, üsyanla və birbaşa Cənubi Azəraycan bölgəsindəki Osmanlı ordusu daxilindəki qarışıqlıqlar mühüm rol oynamışdı. Bu müharibənin birinci mərhələsinin həlledici döyüşü isə Sufiyan döyüşü oldu. == Döyüş == Güclü formada dəstək aldıqdan sonra Sinan paşa yenidən hücuma keçdi və Azərbaycana yürüş etdi. Nəhayət iki ordu Təbriz yaxınlığında Sufiyan adlı yerdə üz-üzə gəldilər. Osmanlı ordusunun sayı 100 min nəfər, qızılbaş ordusunun sayı isə 60 mindən bir az artıq idi. Bu say fərqini nəzərə alan məğlub olacağı halda qazandığı hər şeyi itirəcəyini bilirdi və buna görə döyüşə girməkdən çəkinir, Təbrizə çəkilmək istəyirdi. O, özünün ən yaxın sərkərdələri ilə birlikdə Osmanlı əsgərlərinin həqiqi sayını müəyyənləşdirmək üçün təpəyə çıxdı və bəlli oldu ki, kəşfiyyatçıların dediyi rəqəm doğrudur.
II Sufiyan döyüşü

Sofiyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Suriyan
Suriyan- İranın Fars ostanının şəhərlərindən və Bəvanat şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,645 nəfər və 2,638 ailədən ibarət idi.
Səfiyan
Səfiyan — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 9 noyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur. == Toponimikası == Yaşayış məntəqəsi keçən əsrin əvvəllərində Şuşa qəzasına daxil olmuş və Səfyanlı adı ilə qeydə alınmışdır. Səfyan bəzi türk dillərində "çəyirtkə" mənasında işlənir. Tədqiqatçıların bir qismi oykonimi Səfi şəxs adından düzəlmiş səfilər nəslinin adı ilə əlaqələndirir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Sufyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sufikani (Urmiya)
Sufikani (fars. صوفي كاني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (22 ailə).
Sofiyan Diop
Sofiyan Diop (9 iyun 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === 5 iyul 2018-ci ildə Diop Renn klubunun əvəzedici komandası ilə debüt mövsümündən sonra Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Diop peşəkar karyerasında debütünü 4 avqust 2018-ci ildə Pari Sen-Jermen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Peleni əvəz etmişdir. 2018 Fransa Superkuboku görüşündə Monako rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Diop Fransada anadan olmuşdur. Valideynləri isə Seneqal vətəndaşlarıdır. O, hal-hazırda Fransa U-18 millisində çıxış edir.
Əbu Süfyan
Əbu Sufyan ibn Hərb (təq. 565, Məkkə – 640, 653 və ya 650, Mədinə, Rəşidi xilafəti) — Məkkənin köhnə kafirlərindəndir (561 - 652) əsl adı Səhrdir. Məkkənin fəthindən sonra müsəlman olub.
Muaviyə ibn Əbu Süfyan
I Müaviyə və ya Muaviyə ibn Əbu Sufyan — 661-ci ildən Əməvilər sülaləsinin banisi və ilk xəlifəsi. Xəlifəliyi zamanı paytaxtı Şama köçürmüşdür. Əbu Süfyanın oğlu, I Yezidin atasıdır. == Hakimiyyəti == Müaviyə ikinci xəlifə Ömər tərəfindən Şama vali təyin edilmişdi. Üçüncü xəlifə Osman ibn Əffanla qohumluğu onun bütün Suriyanı öz hakimliyi altına almasına və güclənməsinə səbəb oldu. Müaviyə gənclikdən bəri ən üstdə olmaq, yəni xəlifə olmaq arzusunda idi. Müaviyə Üçüncü xəlifə Osmanın öldürülməsindən, dördüncü xəlifə Resullahın əmisi oğlu və haqq canişini İmam Əlini günahkar elan edərək üsyan elədi. Üsyan eləməyinin bir başqa səbəbi isə öldürülən üçüncü xəlifənin qohumu olması idi.(amma Osman onu köməyə çağıranda gəlmədi) Xəlifə Əli, 657-ci ildə paytaxt Kufədən 30 000 nəfərlik ordu ilə Suriyaya yönəldi. Üsyançılara rəhbərlik edən Müaviyə isə ordusunu qurub savaşa hazırdı. Bunun nəticəsində Xilafət və Suriya qoşunları "Siffeyn" adlı çöldə üz-üzə gəldilər.
Rəmlə binti Əbu Süfyan
Rəmlə binti Əbu Süfyan (ərəb. أم حبيبة بنت رملة أبي سفيان‎; təq. 594, Məkkə – təq. 666, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Onun tam adı Ummu Həbib Rəmlə bint Əbu Süfyan Sərh ibn Hərb ibn Üməyyə ibn Əbd Şəmsdir. O, Qüreyşin nüfuzlu lideri Əbu Süfyan ibn Hərbin qızı idi. Rəmlə İslamı qəbul etməzdən əvvəl əcdadlarının bütpərəst inancından ayrılır və həniflərin inancını qəbul edir. O, İslamdan əvvəl xristian olan əri Ubeydullah ibn Cəhş ilə birlikdə İslamı qəbul etmişdir. Onlar Qüreyşin zülmündən qaçaraq Efiopiyaya hicrət edirlər və burada Ubeydullah birdən-birə azğınlıq (riddə) edir və yenidən xristianlığı qəbul edir. Rəmləni xristianlığı qəbul etmək üçün israrlı cəhdlərinə baxmayaraq, o, İslama sadiq qalər və ondan boşanır.