SÜRÜNMƏK

f.
1. Üzüstə bütün bədənilə bir səth üzərində hərəkət etmək (sürünən heyvanlar haqqında). Yolun kənarında ilan sürünür.
– …Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyə-inildəyə sürünən ( f.sif. ) o kiçik heyvana baxdım. A.Şaiq.

// Qalxmadan, əlin, ayağın köməyilə qabağa doğru hərəkət etmək.
Bunu deyib, qadın gözlərindən yaş tökərək oğlanın ayağına sürünmək istədi. Ə.Haqverdiyev.
Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı. S.Rəhman.

2. məc. Zəhmət və məşəqqət içində yaşamaq, səfalət içində yaşamaq, acınacaqlı həyat keçirmək.
[Mirzə Rza:] Yazıq balalarım, … Çil yavruları kimi hərə bir yana düşmüş, səfilanə sürünürlər. C.Cabbarlı.

3. məc. Yavaş-yavaş hərəkət etmək.
Dərələrdən ağır duman sürünür; Göy yamaclar ağ örpəyə bürünür. R.Rza.
Qıvrılıb ətəkdə bulud sürünür. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRÜNMƏK yaltaqlanmaq — alçalmaq
  • SÜRÜNMƏK iməkləmək — yerimək
  • SÜRÜNMƏK veyillənmək — avaralanmaq
SÜRÜNMƏ
SÜRÜŞDÜRMƏ

Digər lüğətlərdə

баля́сник гибридиза́ция госпо́дствующий муниципализи́роваться неу́зкий перепа́ривание предназнача́ться сма́чность ультрапатрио́тка заря́д маке́т нажа́ть на все педали натрясти́сь позво́ль порошко́вый простла́ть слю́нки хабэ́ эпиго́н galloper heterocyst narrow-souled spayed hen sweeping порнография