Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Survival horror
Survival horror (hərfi tərcüməsi survival – sağ qalmaq, horror – qorxu, dəhşət) — 1990-cı illərin sonlarında meydana gəlmiş kompüter oyunu janrı. Bu janrda olan oyunların əsas xüsusiyyətləri mistik personajlar, qorxu, düşündürücü tapşırıqlar, gözlənilməzliklər və s. ola bilər. Oyunun baş qəhrəmanları daim ölümlə üz-üzə qalır və digər oyunlardakı kimi kimisə öldürmək və ya xilas etmək yox, düşdüyü çətin vəziyyətdən (məkandan) sağ qurtula bilməkdir.
Soul Survivor
Soul Survivor (azərb. Ruhun xilaskarı‎) – C. C. Catch tərəfindən 1987-ci ildə ifa edilmiş mahnıdır.
Survivor Türkiyə
Survivor Türkiyə ümumi adıyla Survivor — məşhur realiti yarışma proqramı olan Survivor-ın yayımının 9-cu ilində, yəni 2005-ci ildə Türkiyədə ilk dəfə Kanal D-də Pelin Akadın təqdimatı ilə yayımlanan yarışma proqramı. Proqram adı əvvəlcə Survivor Türkiyə: Böyük Macəra olmuş, buradakı rəqib komandalar Quzey ve Güney adlandırılmışdır. Fərqli keyfiyyətləri ilə ayrılmayan qarışıq rəqiblər, Quzey və Güney komandalarına bölündü və müxtəlif yarışlarda bir-birlərinə qarşı mübarizə apardılar. Uzun müddətdir davam edən detektiv janrında rol alan Qız Qalasındakı 'emosional' Survivor Uğur Pəktaşın müvəffəqiyyəti Arxa Küçələr lirə və yalnız sağ qalanların mükafatları ilə nəticələndi. 2014-cü ildə istehsal olunan Survivor Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Gökhan Kəsər ikinci, Turabi Çamkıran çempion olmuşdu. 2015-ci ildə istehsal olunan Survivor All Star yarışmasında finalda olan Mərvə Aydın ikinci Turabi Çamkıran isə 2-ci dəfə Könüllülərin çempionu olmuşdu. Sonrakı ildə isə Survivor 2016 Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Sərkay Tütüncü ikinci, Çağan Atakan Arslan isə çempion olmuşdu. 2017 ilində finala qalan Adəm Kılıççı ikinci, Ogeday Girişkən çempion olmuşdu. 2018-ci ilə gələndə isə Survivor All Star-Könüllülər konsepsiyası olmuş, daha sonra ise bu konsepsiya dəyişdirilərək Survivor Məşhurlar-Könüllülər konsepsiyası olmuş, və bu ildə Damla Can altıncı, Turabi Çamkıran beşinci, Hilmi Cem İntəpə dördüncü, Anıl Bərk Baki üçüncü, və son finala qalan Nagihan Karadere ikinci, Adəm Kılıççı çempion olmuşdur. 2019-cu ildə yarışma Türkiyə-Yunanıstan olaraq başlasa da sonradan Siyah Taqım-Bəyaz Taqım halında qarışıq komandalarla olmuşdur.
İvonka Survilla
Survilla İvonka (belar. Івонна Уладзіміраўна Шыманец; 11 aprel 1936, Stolbtsı[d], Polşa Respublikası) — belaruslu ictimai və siyasi fəal, mühacir, dilçi, rəssam. Hazırda Kanadada yaşayır. 1997-ci ildən bəri Belarus Xalq Respublikasında (BXR) Rada sədri kimi fəaliyyət göstərir. 1936-cı ildə Polşaın Stolbtsı ərazisində anadan olmuşdur. Atası Vladimir Şimaneç, V.Zaxarkinin rəhbərliyi altında BXR hökumətində Maliyyə naziri olmuşdu. 1944-cü ildə bütün ailə Belarusdan Şərqi Prussiya, sonra Danimarka qaçqın düşərgəsində bir neçə il yaşamış, daha sonra Fransa və İspaniyaya qaçmışdır. O, Sorbonnada (filologiya) təhsil almışdı. 1969-cu ildən etibarən Kanadada məskunlaşmış, tərcüməçi vəzifəsində çalışmışdı. 1974-cü ildə Kanadada Belarus Elm və İncəsənət İnstitutunun sədri seçilib.
Nival subnival landşaft
Nival subnival landşaft — Bu landşaft tipi Böyük Qafqazın cənub yamacında 3200-4400 m-lik mütləq yüksəklik diapazonunda olan uca dağların suayrıcı xətti boyu dar zolaq şəklində uzanan əraziləri əhatə edir. Əsasən mütləq yüksəkliyi 3500 m-dən çox olan Bazardüzü (4466 m), Tufandağ (4106), Çorundağ (4079 m), Məlkəmud (3879 m), Quton (3608 m), Çuxadurmaz (3572 m) kimi dağ zirvələrində formalaşan bu landşaft kompleksinin ümumi sahəsi 390 kvadrat kilometr olub,Azərbaycan daxilində Böyük Qafqazın cənub yamacının 11,1%-ni təşkil edir. Relyefin böyük nisbi və mütləq yüksəkliyi və sərt iqlim şəraiti nival-subnival qurşaqdakı landşaftların formalaşması və inkişafında əsaslı rol oynayır. Fiziki aşınma, şaxta aşınması,qravitasiya, eroziya-denudasiya, soliflükasiya kimi müxtəlif proseslərin böyük potensial enerji ehtiyatları burada landşaftların daha çox dinamikliyinə şərait yaradır. Bundan başqa sərt relyefə və davamiyyətli qar örtüyünə malik olan bu landşaftlar bəzi yerlərdə buzlaq sahələrinə çox yaxın olduğundan burada kimyəvi elementlərin hipergen miqrasiyasını öyrənmək hələlik mümkün deyildir. Lakin əldə etdiyimiz faktiki göstəricilər bu landşaftlarda ekoloji-geokimyəvi şəraitin ümumi cəhətləri haqqında müəyyən təsəvvürlər yaratmağa imkan verir. Yüksək dağlığın nival-subnival landşaft qurşağı Böyük Qafqazın cənub yamacı ərazisindəki dik və uçurumlu-qayalı dağ yamaclarını, düzəlmə səthlərini, aşınma prosesləri nəticəsində formalaşan ufantı konuslarını və s. bu kimi bir sıra elementar landşaftları əhatə edir. Dağ yamaclarında tez-tez ufantı konuslarına, uçqunlara, qaya çıxıntılarına təsadüf edilir.Dik və uçurumlu yüksək dağ yamaclarında yayılmış ufantı konusları, buzlaq və qar örtüyünün yaratdığı relyef formaları (karlar, sirklər, morenlər) və yarğanvari çay dərələri geniş əraziləri əhatə edir. Digər landşaftlardan (alp çəmənliyi və meşə landşaftlarından) fərqli olaraq nival-subnival landşaftlarda dağ süxurlarının maddi tərkibi və geokimyəvi xüsusiyyətləri kimyəvi elementlərin hipergen miqrasiyasına daha çox təsir göstərir.
Only Love Survives
Only Love Survives — (Azərbaycanca: Yalnız Sevgi Xilas Edir) İrlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Soul Survivor '98
Soul Survivor '98 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır.
Zombie Frontier 2:Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Zombie Frontier 2: Survive
Zombie Frontier 2:Survive (ing. Zombie Frontier 2:Survive, azərb. Zombi Sərhəddi 2:Sağ qalmaq‎) — FT Games tərəfindən yaradılan, Android proqram təminatlı mobil telefon və planşet kompyuterlər üçün nəzərdə tutulan, hərbi-fantastik janrda olan oyun. Zombie Frontier oyunlar seriasının ikincisidir. 17 sentyabr 2012-ci ildə çıxmış Zombie Frontier oyunun davamı olaraq buraxılmışdır. Oyun Zombie Frontier oyunlar seriasının ikinci oyunudur. 8 iyun 2013-cü ildə 1.3 versiyası çıxmışdır. Oyunun tutumu 26 mb-dir. Oyun məzmun baxımından da Zombie Frontier oyunun davamı missiyasını daşıyır. Hadisələr 2020-ci ildə naməlum bir ölkədə müxtəlif şəhərlərin quduzlaşmış insanlar-zombilər tərəfindən basılmasından bəhs edir.
Böyük Qafqazın qayalıq subnival kompleksləri
Böyük Qafqazın qayalıq subnival kompleksləri — Bu tip komplekslər tədqiq olunan ərazinin əsasən 3100–3200 m-dən yüksək olan suayrıcı qurşaq zonasında, konkret olaraq Baş Qafqaz silsiləsinin Babadağ-Salavat hissəsini əhatə edir. Burada yamacların dikliyi 30-400 olub, əsasən qayalıqlardan, iri sal daş çıxıntılarından ibarətdir. == İqlim. == Subnival komplekslərin formalaşmasında relyefin hündürlüyü və iqlim şəraiti mühüm rolo oynayır. Çılpaq qayalıqlar torpaq örtüyündən məhrumdur, yalnız çökəkliklərin dibində bəsit formada nazik torpaq örtüyü yaranmışdır. Ərazi üçün qədim buzlaqların izi olan təknəvari dərələr, morenlər, karlar, sirklər səciyyəvidir. Subnival qurşağın iqlim şəraiti çox sərtdir. Ortaillik temperatur 00-dən artıq olur. Orta yanvar temperatur -140, orta iyul +2+40C təşkil edir. Ortaillik yağıntıların miqdarı 600-900 mm olub onun əksəriyyəti ilin isti dövründə düşür.