Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tovsif Məmmədov
Məmmədov Tovsif Muxtar oğlu (22 mart 1929, Astara – 21 oktyabr 2013, Bakı) — texnika elmləri doktoru, professor. Məmmədov Tovsif Muxtar oğlu 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1952-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1962-ci ilə qədər "Buzovnaneft" NQÇİ-də neft hasilatı üzrə usta köməkçisindən mədən rəhbərinə qədər vəzifələrdə işləmişdir. 1962-1972-ci illərdə "Azneft" İB-nin Quyuların sınağı və əsaslı təmiri idarəsində baş mühəndis olmuşdur. 1967-ci ildə "Köpük reagentlərinin tətbiqi ilə neft quyularının məhsuldarlığının artırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1983-cü illərdə "Suraxanıneft" NQÇİ-də baş mühəndis, 1983-1992-ci illərdə isə "Binəqədineft" NQÇİ-də rəis işləmişdir. 1981-ci ildə "Karbohidrogen məhlullarının və onların emulsiya sistemlərinin neft laylarına təsir üçün tətbiqinin nəzəriyyə və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə neft və qaz sənayesi işçilərinin Elmi texniki cəmiyyətinin İdarə heyətinin sədri olmuşdur. 1983-1994-cü illərdə AzNKİ-da "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru idi. 1992-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi vəzifəsində işləmişdir.
Tosif Abdullayev
Tövsiyə məktubları
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Tövsiyə məktubu
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Qövsi Təbrizi
Əlican İsmayıl oğlu Qövsi Təbrizi (1568, Təbriz – 1640, Təbriz) — XVII əsrin əvvəllərində yaşamış Azərbaycan şairi. O, Təbrizdə anadan olmuş, ilk təhsilini atasından almış, İsfahanda oxumuş, sonradan Təbrizə qayıdaraq burada din xadimi kimi həyatını davam etdirmişdir. Şair Füzuli ədəbi məktəbinin görkəmli davamçılarından hesab olunur. Qövsi Təbrizi həm köhnə Azərbaycan dilinin klassik şeir dili mərhələsini (XV əsr), həm də yeni Azərbaycan dilinin xəlqiləşməsi dövrünü (XVII əsr) öz yaradıcılığında inikas etdirə bilmişdir. Əlican İsmayıl oğlu Qövsi Təbrizi XVII əsrin ikinci rübündə, o dövrdə Səfəvilər dövlətinin bir hissəsi olan Təbriz şəhərində sənətkar və şair ailəsində anadan olmuşdur. Onun dəqiq doğum və ölüm tarixi məlum deyil. Qövsi Təbrizinin ailəsi haqqında ətraflı məlumatı Hind təzkirələrini tədqiq etmiş professor Həmid Araslı vermişdir. Azərbaycan ədəbiyyatı tarixində Qövsi təxəllüslü üç yazıçı vardır ki, akademik Həmid Araslı onların hamısının eyni ailədən olduğunu irəli sürmüşdür. Tarixçinin fikrincə, Qövsi təxəllüsü ilə yazıb-yaratmış bu müəlliflər baba, ata və nəvə idilər. Araslı “Rəvzətül-Cahan” əsərinin müəllifi Dərviş Hüseynin Qövsi təxəllüslü iki Təbrizli şairdən bəhs etdiyini bildirir və əlavə edir ki, onlar oğul Əlican Qövsi və ata İsmayıl Qövsidir.
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, Konstantinopol – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Toksin
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır. Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.
Tovhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır. Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həmdə layiq olan sadəcə odur." Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır.
Toşio
Toşio — ad.
İosif
İosif — ad. I Frans İosif İosif Stalin İosif Yesman — Hidravlika sahəsində görkəmli sovet alimi.
Tövil (Val-d'Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tövil (Val-d’Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Toksik maddə
Toksiklik — maddənin və ya orqanizmin digər orqanizmə zərərli təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su toksikologiyasında 2 toksiklik ayırd edilir. Su mühitinin təbii proseslərlə (mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni toksiklik – insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
Tovhid surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452]. Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268]. Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Muhamməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
II İosif
II İosif (alm. Joseph II.‎; 13 mart 1741[…] və ya 1741, Hitsinq[d] və ya Vyana – 20 fevral 1790[…] və ya 1790, Vyana) — alman kralı, 27 mart 1764-cü ildə Müqəddəs Roma İmperiyasının imperatoru seçilmişdir. Mariya Terezanın böyük oğludur. == Maarifçi mütləqiyyət dövrü == Mariya Tereza və oğlu II İosifin dövrünü Avstriya imperiyasında maarifçi mütləqiyyət dövrü adlandırırlar. XVIII əsrdəki müharibələr dövlət xərclərini artırmışdı. Müharibə dövrundə kəsilən pullar inflyasiyanı artırmışdı. Çünki qızılın azalması pulun dəyərdən düşməsinə səbəb olmuşdu. Bu dövrdə Avstriyaya öz xammalı kifayət etmirdi və əlavə xammala ehtiyac vardı. Nəticədə bu dövrdə Avstriyada ixrac artmış, idxal isə məhdudlaşmışdı. Qaydaya görə heç bir halda gətirilən malın qarşılığını qızıl və ya pulla ödəmək olmazdı, gətirilən mal yerli mala dəyişdirilməli idi.
Müqəddəs İosif
İosif (e.ə. 30, Nazaret, İudeya – ən tezi 12 və ən geci 29, Nazaret, İudeya[d], Roma imperiyası) — Əhdi-Cədidə görə Müqəddəs Məryəmin həyat yoldaşı. İosif Roma-Katolik kilsəsi, Şərqi pravoslav kilsəsi, Antixalkidon kilsə, Anqlikanlıq və Lüteranlıqda Müqəddəs İosif olaraq qəbul edilir.
Tovin (Miyanə)
Tovin (fars. طوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (27 ailə).
Toşio Hirabayaşi
Toşio Hirabayaşi — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Toşio Matsuura
Toşio Matsuura (d. 20 noyabr 1955) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 6 qol vurub.
Toşio Miyaci
Toşio Miyaci — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Toşio Suzuki
Toşio Suzuki (鈴木 利男, 19 avqust 1948, Naqoya) — Studio Ghibli studiyasının baş prodüseri və prezidenti. Ghiblinin bir çox filminin uğurundan sonra Yaponiyanın ən uğurlu produserlərindən biri sayılır . Hayao Miyazaki "Suzuki-san olmasaydı, Studio Ghiblidə olmazdı.".
Toşio Takabayaşi
Toşio Takabayaşi (d. 15 noyabr 1953) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 2 qol vurub.
Toşio Tasaki
Toşio Tasaki (田崎俊雄, Tasaki Toşio, 1 noyabr 1974) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Toşio Tasaki Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Toşio Tasaki Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Toşio Tasaki Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
İosif Orbeli
İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887[…], Kutaisi, Rusiya imperiyası – 2 fevral 1961[…], Leninqrad) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru. İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur. Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir.
İosif Bezpalko
İosif İvanoviç Bezpalko (ukr. Йосип Іванович Безпалко; 13 may 1881, Çernovtsı, Sisleytaniya – 1950, QULAQ[d]) — Ukrayna ictimai-siyasi, dövlət xadimi və həmkarlar ittifaqı rəhbəri. İosif İvanoviç Bezpalko 13 may 1881-ci ildə Avstriya-Macarıstanda, Çernovtsı şəhərində kasıb burjua ailəsində anadan olmuşdur. Siyasi fəaliyyətdə iştirakına görə gimnaziyadan xaric edilmişdir. O, 1899-cu ildə gimnaziya və tələbə gənclərin gizli dərnəyini yaratmışdır. 1901–1902-ci illərdə Ukraynada milli təşkilatın çap orqanı olan "Bukovyna" qəzetinə redaktorluq etmişdir. 1903-cü ildə müəllimlik etməyə başlamışdır. Bukovinada ilk cəmiyyətlərdən biri olan "Siç"in təsisçisi, 1903-cü ildən "Promin" müəllim qəzetinin redaktoru kimi fəaliyyət göstərmişdir. 1907–1908-ci illərdə Bukovina həmkarlar ittifaqlarının regional katibi olmuşdur. 1907–1914-cü illərdə Ukrayna Sosial Demokrat Partiyasının Bukovina vilayət təşkilatının yaradıcısı və sədri olmuşdur.
Umberto Totsi
Umberto Totsi (it. Umberto Tozzi; 4 mart 1952, Turin) — İtaliya müğənnisi. Karyerası ərzində artist beynəlxalq miqyasda müxtəlif dillərdə 70 milyondan çox albom satmışdır. Onun ən böyük beynəlxalq hitləri arasında "Stella Stai", "Gloria", "Tu" və "Ti Amo" var. Totsi Raf ilə birlikdə İtaliyanı 1987 Avroviziya Mahnı Müsabiqəsində "Gente di mare" mahnısı ilə təmsil edərək 3-cü yerin sahibləri olmuşlar. 1976 – Donna amante mia 1977 – È nell'aria...ti amo 1978 – Tu 1979 – Gloria 1980 – Tozzi 1981 – Notte rosa 1982 – Eva 1984 – Hurrah!
İosif Karakis
İosif Yuliyeviç Karakis (ukr. Йосип Юлійович Каракіс, rus. Иосиф Юльевич Каракис; 16 (29) may 1902, Balta[d], Balta qəzası[d], Podolsk quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1988, Kiyev) — ən məhsuldar sovet memarlarından biri kimi tanınan sovet memarı, rəssam və pedaqoq. Keçmiş Sovet İttifaqında və onun hüdudlarından kənarda Ukrayna konstruktivizminin qısa dövrünün ustası və tarixi abidələrin qorunması uğrunda fəal mübariz kimi tanınan dünya səviyyəli memar. Mütəxəssislərin fikrincə, müəllifin 1930-cu illərin yaşayış və ictimai binalar üçün bir çox innovativ ideyaları hələ də yeni və aktualdır, memarın planları öz dövrünü xeyli qabaqlayırdı. İosif Karakis SSRİ-nin bir çox şəhərlərində sonradan memarlıq abidəsinə çevrilmiş onlarla binanın və bir sıra standart layihələrin müəllifidir. Ümumilikdə onun layihələri üzrə 4500-dən çox məktəb binası tikilmişdir (inşaatlar bu gün də davam edir). İosif Karakis 29 may 1902-ci ildə Balta şəhərində Turbov qəsəbəsindəki şəkər zavodunun işçisi və şəriki Yuliy Borisoviç Karakis (1879–1943) və Frida Yakovlevna Karakisin (qızlıq soyadı Qeybtman) ailəsində anadan olub. İosif ailənin böyük oğlu idi. Onun kiçik qardaşı David Yulieviç Karakis hərbi həkim peşəsini seçmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş, Böyük Vətən Müharibəsi illərində ordu epidemioloqu (sanitar-epidemioloji dəstənin rəisi) olmuşdur.