TÖVSİYƏ

is. [ ər. ]
1. Necə hərəkət etmək, bir işi necə görmək haqqında təklif, məsləhət, tapşırıq.
[Mehriban] keçən gün [Səlimin] tövsiyələrini diqqətlə dinləmiş, onu vağzaladək müşayiət belə etmişdi. S.Hüseyn.
[Mələk xanım Mehmana:] Mənim sənə analıq tövsiyəm vardır. S.Rəhimov.

2. Yaxşı rəy.
◊ Tövsiyə etmək (eləmək)1) məsləhət vermək, məsləhət görmək, arzu etmək, təklif etmək.
[Şahin:] Müəllim and verdi, [saatı] əbədi saxlamağımı tövsiyə elədi. B.Bayramov;

2) bir işə yaxşı rəy vermək.
TÖVSİF
TÖVŞÜK
OBASTAN VİKİ
Tövsiyə məktubları
Tövsiyə məktubu — akademik və ya iş fəaliyyətini əks etdirən, müvafiq şəxslər tərəfindən yazılmış məktub. Gələcək akademik və ya iş karyerası üçün tələb olunan sənədlərdən biridir. Tövsiyə məktubu nümunəsi: Sizə (tələbənin adı, soyadı) Universitetinizdə müvafiq proqrama cəlb olunması istəyini dəstəklədiyim üçün yazıram. Universitet rəhbəri qismində sözügedən gəncin dörd il ərzində akademik və şəxsi keyfiyyətlərini inkişaf etdirməsini, gələcək fəaliyyət və araşdırmalara hər bir şəkildə yetkin bir fərd kimi hazır olduğunu müşahidə etmişəm. O, tərifəlayiq tələbə və universitetimizin fəalı olmuşdur. (tələbənin adı, soyadı) mənim tədris etdiyim (fənlərin adları) fənni üzrə dərslərdə iştirak etmişdir. Bundan əlavə, ona diplom müdafiəsi üzrə məsləhətlər vermişəm. Mən onun təhsilində uğurlar əldə edəcəyinə dair əminlik hissi duyuram. (tələbənin adı) xüsusi bir tələbə olmuş və təhsilinə dair hər zaman nümunəvi olduğunu nümayiş etdirmişdir. Dərslər zamanı planlarını uğurla həyata keçirə bilən məsuliyyətli tələbə olduğunu isbat etmişdir.
Tövsiyə məktubu

Digər lüğətlərdə

идеа́льно иллюмини́рование насыща́ть обшто́пать се́веро-восто́к эбе́н именова́ться наме́ренный отколо́ться райко́м сволочь су́толочный ной articulate gogglebox illusory leeboard mantel-board Osiris Pippa provenience выругать диссертация отхлёбывать фарада