Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banqladeş tüfəngçilər qiyamı (2009)
Banqladeş sərhədçilərinin qiyam qaldıraraq sərhəd qoşunlarının paytaxt Dəkkədəki mərkəzi qərargahını tutması nəticəsində ən azı 20 nəfər həlak olub. Bu barədə polisə istinadən yerli telekanallar məlumat yayıblar. Qərb informasiya agentlikləri isə yalnız bir nəfərin həlak olduğunu xəbər veriblər. Verilən məlumata görə, hadisə baş verən zaman milli sərhəd xidmətinin rəhbərliyi paytaxt Dəkkədəki mərkəzi qərargahda konfrans keçirirmiş. Qiyamda 300–400 arası sərhədçinin iştirak etdiyi bildirilib. Qiyamçılar əmək haqqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Sərhədçilər həmçinin yaxınlıqdakı ticarət mərkəzini də ələ keçiriblər. Artıq ordu onların ələ keçirdikləri binalar kompleksini mühasirəyə alıb və qiyamçılardan silahı yerə qoymağı tələb edir. Ərazidə intensiv atəş və partlayış səsləri eşidilir, milli sərhəd xidmətinin binasından tüstü qalxır. Güman edilir ki, ölənlər arasında çarpaz atəş altına düşmüş çoxlu sayda dinc sakin var.