Tüklüayaq xarabaçıl
Tüklüayaq xarabaçıl (lat. Aegolius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Xarabaçılların əsas yayıldığı yerlər Avropa, Asiya və Şimali Amerikanın dağlıq və düzənlik iynəyarpaqlı meşələridir.
Xüsusilə onlar Karpatda, Qafqazda, Orta Asiya dağlarında, Alp dağlarında, Pireney dağları, Balkan yarımadası, Monqolustanın şimalında, Qərbi Çində, Şimali Amerikada - Britaniya Kolumbiyasında, Kanadada və ABŞ-nin şimal rayonlarında, Rusiyanın Kola yarımadası və Kalininqrad vilayətindən Anadır, Kamçatka, Kuril adaları, Saxalinədək yayılmışlar.