Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Süpürgə
Süpürgə qədim zamanlardan vardır.Onunla daha cox evi təmizləyirlər.Yalnız evi yox həyətidə təmizləmək üçün həyət süpügəsidə vardır.İndi müasir dövrdə tozsorandan istifadə olunur.
Tüpürcək
Tüpürcək və ya ağız suyu ― tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı sekret. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzilərindən ifraz edilir. Tüpürcəyin 98,5—99,5%-ni su, qalanını duzlar və bərk maddələr təşkil edir. Tüpürcək zəif qələvi (pH—5,6—7,6) reaksiyaya malikdir; yenidoğulmuşlarda (ilk illər) böyüklərə nisbətən turş reaksiyalıdır. Tüpürcəyin tərkibindəki fermentlər polisaxaridləri monosaxaridlərə qədər parçalayır. == Tüpürcək vəziləri == İnsanda dörd ədəd iri və minlərlə xırda tüpürcək vəzisi vardır. Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız suyu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin.
Türmə işarəsi
"#" simvolu, diyez işarəsi (octothorpe) — kompüter klaviaturasında olan bu simvoldan müxtəlif məqsədlər üçün istifadə olunur: UNIX-mühitdə: komanda sətrinin çağırışında (PROMPT) supervizor (ROOT (2)) səlahiyyətinin olmasını göstərir; UNIX-proqramlarının bir çoxunun konfiqurasiya fayllarında, Windows sisteminin konfiqurasiya fayllarının bir hissəsində, bir sıra proqramlaşdırma dillərində (Perl, Python), Unix əməliyyat sisteminin komanda örtüklərində birsətirli şərh işarəsi kimi istifadə olunur; HTML-fayllarda, istinadlarda faylın daxilindəki hər hansı bölümün, hissənin və s. bəlgəsinin adından qabaqda qoyulur; simmetrik olduğundan birenli şriftlərdə (MONOSPACED FONT) psevdoqrafik görüntülərin yaradılması üçün istifadə olunur; C, C++ dillərində kompilyatorun preprosessorunun direktivini göstərir; Pascal dilində simvolların ASCII kodlarını göstərmək üçün istifadə olunur; printf funksiyalar ailəsində qiymətlərin alternativ formada çıxışa verilməsini göstərmək üçün idarəedici ardıcıllığın daxilində istifadə olunur; Basic dilində dəyişənin adından sonra qoyulmuşsa, verilənlər tipinin "ikiqat dəqiqlikli sürüşkən nöqtəli" olmasını göstərir; Visual Basic proqramlaşdırma dilində "tarix" verilənlər tipini göstərmək üçün (məsələn, #2/27/06#). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məzarınıza tüpürüm (film, 2010)
Məzarınıza tüpürüm (ing. I Spit on Your Grave) Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının Günü" (və yaxud "Məzarınıza tüpürəcəyəm") filminin remekidir. Filmin ABŞ-də premyerası 2010-cu ildə baş tutub. == Məzmun == Cennifer Hills adlı gənc yazıçı xanım yazacağı yeni roman üçün başqa şəhərə gələrək burada bir ev kirayə tutur. Sakit çayın kənarındakı bu evdə işini görməyi planlaşdıran Cennifer burada başına gələcəklərdən xəbərsizdir. Hər şeyin qaydasında getdiyi bir vaxt gecə Cenniferin evinə bir neçə oğlan gəlir. Bu oğlanlar onun bura təzə gəldiyi vaxt yanacaqdoldurma məntəqəsində gördüyü həmin oğlanlardır. Əylənmək istəyən oğlanlar bu gənc xanımla amansız rəftar edərək ona fiziki, mənəvi və cinsi zorakılılar edirlər. İşləri qurtardıqdan sonra onu aradan götürməyə qərar verən oğlanlar onu öldürmək istəyirlər.
Məzarınıza tüpürüm 2 (film, 2013)
Məzarınıza tüpürüm 2 (ing. I Spit on Your Grave 2) — Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının günü (və yaxud "Məzarınıza tüpürüm") filminin motivləri əsasındadır və eyni zamanda 2010-cu ildə nümayiş olunmuş "Məzarınıza tüpürüm" filminin davamıdır. == Məzmun == Keyt model olmaq niyyətindədir. Bunun üçün fotosessiyalar, müsahibələr və s. kimi yerlərdə olmağa çalışır. Gələcək üçün çoxlu xəyalları var. Lakin həyatda heçdə hər şey insanın istədiyi kimi olmur. Xüsusəndə bəzi vəhşi insanların yaşadığı dünyada yaşayırsınızsa. Bir gün Keyt firmanın təyin etdiyi bir iş üçün deyilən yerə çəkilişlər üçün gedir.