TÜPÜRMƏK

1. Əsli “tükürmək”dir, bu da öz növbəsində tökmək sözü ilə bağlıdır. M.Kaş­ğaridə külək, tufan mənasını verən tüpi sözü var (indi də işlədilir). Əsmək (дуть) mənasında tüpür kəlməsi də mövcud olub, indi mənası bir qədər dəyişib və плевать mənasında işlədilir. Tüpürməktüpi eyni kökə malikdir.

2. Təqlidi söz tfu kəlməsindən əmələ gəlib: tfu elə (tüpür...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TÜPÜRCƏK
TÜRBƏ

Digər lüğətlərdə