Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naringi
Naringi və ya Mandarin (lat. Citrus reticulata) – Sədokimilər fəsiləsinə aid bitki növü. Azərbaycanda becərilən əsas sitrus meyvələridir. == Təbii yayılması == Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur. == Botaniki təsviri == Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir. Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir.
Tikinti
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Cirinq
Tringa
İlbizcüllüt (lat. Tringa) — tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda İlbizcüllüt cinsinə 6 növ daxildir: Qara ilbizcüllüt (Tringa ochropus Linn., 1758) Fiyu ilbizcüllüt (Tringa glareola Linn., 1758) Böyük ilbizcüllüt (Tringa nebularia Ginn., 1767) Otluq ilbizcüllütü (Tringa totanus Linn., 1758) Bülbülü ilbizcüllüt (Tringa erythropus Pall., 1764) Çay ilbizcüllütü (Tringa stagnatilis Bechs., 1803) == Həmçinin bax == Sahil daşçevirəni Adi caydaqcüllütSağsağanı alacüllütQara ilbizcüllütFiyu ilbizcüllüt == Xarici keçidlər == Green Sandpiper (Tringa ochropus) == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. == Təsnifatı == Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. === Təyinatına görə === Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər === Konstruksiyasına görə === Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. === Tətbiq sahəsinə görə === Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar.Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. == Armaturun betonla birləşməsi == Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr. Beton bərkidikdə armaturu öz daxilində sıxaraq sürtünmə qüvvəsi yaradır.
Asiya zirinci
Asiya zirinci (lat. Berberis asiatica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Birinci Dərəşam
Birinci Dərəşam — Babək rayonunda kənd. == Toponimi == Dərəşam toponiminin adı ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda Səkrəyin boyunda çəkilmişdir. Dərəşam kəndindən yaranmış kənd İkinci Dərəşam adlanır. Dərəşam toponimi Azərbaycan dilində dərə və şam sözlərindən ibarət olub, «işıqlı dərə» mənasındadır. «Şam» həm də çay sahillərindəki sıx qamışlığa da deyilir.
Birinci Mahmudlu
Birinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə birinci komponentdən istifadə edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. === Tanınmışları === Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. == Coğrafiyası == Düzənlikdədir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Birinci Meyniman
Birinci Meyniman — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Meyniman kəndi Kür çayının sahilində yerləşir. 2010-cu ilin yaz aylarında Kür çayının daşması bu kəndə böyük ziyan vurub. Belə ki, 23 may 2010-cu il tarixində saat 18:30 radələrində Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin, təqribən, 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə daxil olmağa başlamışdır. Nəticədə 70-ə qədər ev daşqın suları altında qalmışdır. == Toponimikası == Birinci Meyniman. Hacıqabul r-nunda eyni adlı i.ə.v-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. XIX əsrə aid mənbələrdə Meneyman, 1933-cü ildə Meynəman şəklində qeydə alınmışdır. Yaşayış məntəqəsi Kür çayının üstündə balıq vətəgəsi əsasında yaranmışdır.
Birinci Milli
Birinci Milli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Birinci Milli kəndi Sınıqkilsə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Milli kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Tədqiqatçılara görə, toponimin ikinci komponenti yüryüklərin (Türkiyə) tərkibindəki milli tayfasının adı ilə bağlıdır. Yaşayış məntəqəsi 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr tərəfindən salınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının ətəyində yerləşir.
Birinci Muğanlı
Birinci Muğanlı —Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur. Ağcabədi rayonu, Ağdam rayonu, Ağstafa rayonu, Bərdə rayonu, Xocavənd rayonu, Kürdəmir rayonu, Qubadlı rayonu, Şamaxı rayonu, Şərur rayonu, Zaqatala rayonu və digər ərazilərdə olan yaşayış məntəqələri buna misal ola bilər. Yaşayış məntəqələri Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr tərəfindən salınmışdır. Oykonim türkdilli Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlıdır.Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvələrində 8 tirədən ibarət olmuşlar. Tayfa Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə adlandırılmışdır.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Birinci Məşrutiyyət
Birinci Məşrutiyyət — Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması. == Arxa plan == Osmanlı İmperiyasının iqtisadi problemləri 17-ci əsrdən etibarən torpaqların itirilməsi və davamlı büdcə kəsirləri verməsi ilə başlandı. Avropa dövlətləri ilə imzalanan sərbəst ticarət sövdələşmələriylə ölkəyə gələn mallardan aşağı gömrük vergiləri alınırdı. Bu həm dövlətin gəlirlərini azaltmış, həm də yerli sənayenin geriləməsinə səbəb olmuşdu. İqtisadi problemlərlə yanaşı, xüsusilə, 1789-cu il Fransız inqilabının təsiri ilə yayılan azad yönümlü düşüncələr və millətçilik axını Osmanlı İmperiyasını da bürüdü. Balkanlarda 19-cu əsrdə müstəqillik tələbilə etirazlar başlandı. Balkanlarda və Orta Şərqdə maraqların toqquşmasından əziyyət çəkən Avropa dövlətləri ilə Çar Rusiyası da zamanla bu hərəkatları dəstəklədilər. Osmanlı sərhədləri daxilində qeyri-müsəlman xalqların vəziyyətlərinin düzəldilməsi səbəbilə İmperiyanı islahatlar keçirməyə məcbur etdilər. 1839-cu ildəki Tənzimat Fərmanı ilə 1856-cı ildəki İslahat Fərmanının elanları bu şəraitdə reallaşdı. == İnkişafı == Digər yandan, 1860-cı illərdə bir aydın hərəkat olaraq Gənc Osmanlılar ortaya çıxdı.
Birinci Nügədi
Birinci Nügədi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir. Quba rayonunun ən böyük kəndidir. Quba - Qonaqkənd yolunun 5-ci km-də yerləşir. Kəndin əhalisi 10 min nəfərə yaxındır. == Toponimikası == Kənd Qaraçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. XVIII əsrə aid sənədlərin məlumatına görə, Quba şəhərinin əhalisinə mənsub bağ ərazilərində ailələrin məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsi Nügədi (tat dilində "yeni kənd, təzə kənd") adlandırılmışdrr. Sonralar kəndn böyüyərək iki yerə ayrılmış və onları bir-birindən fərqləndirmək üçün adlarının əvvəlinə birinci və ikinci sözləri artırılmışdır. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 9 illik və 11 illik orta məktəb, sağlamlıq məntəqəsi, aptek, bələdiyyə binası, poçt məntəqəsi, ATM, yanacaqdoldurma məntəqəsi, stadion, şadlıq sarayı, uşaq bağçası, məscid və kitabxana, 2 internet kafe fəaliyyət göstərir. == Coğrafiyası və iqlimi == Nügədinin ərazisi dağlıq və düzənliklərdən ibarətdir.
Birinci Paşalı
Birinci Paşalı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Paşalı. Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi sahədədir. Keçmişdə Paşalıkənd də adlanmışdır. Etnotoponim hesab olunur. 1876-cı ildə 36 ailədən ibarət olan bu kənd XIX əsrin axırlarında böyüyərək iki yerə ayrılmışdır. Bu kənddən İkinci Paşalı kəndi ayrıldıqdan sonra kəndin adının əvvəlinə birinci sözü artırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1372 nəfər əhali yaşayır. == İqtisadiyyatı == 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
Birinci Qaradəmirçi
Birinci Qaradəmirçi — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi inzibati ərazi vahidində kənd. == Tarixi == Tərtər çayından 3 km. aralı, Qarabağ düzündədir. Oykonimin birinci komponenti onu eyniadlı ikinci yaşayış məntəqəsinin adından fərqləndirməyə xidmət edir. şkinci komponent isə burada məskunlaşmış qaradəmirçi elatının adındandır. Etnotoponimdir.
Birinci Qaralı
Birinci Qaralı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı əvvəllər Qaralı olmuşdur. Sonralar İkinci Qaralı kəndi yarandıqdan sonra Birinci Qaralı adlandırılmışdır (1917). Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Salyan düzündə yerləşir. == Din == Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Birinci Qazaxlar
Birinci Qazaxlar (əvvəlki adı:Qazaxlar (?-2015)) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Qazaxlar kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Birinci Quzanlı
Birinci Quzanlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Birinci Qılıcyataq
Birinci Qılıcyataq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin digər adı Türk Qılıncyatağı (Qılıncyataq türk) olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən birinci sözü ilə Azərbaycan dilində «hündür bir yerin təpəsi», «dikdir, yolun başı» mənasında işlənən qılıc sözünün «payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer» mənasında işlənən yataq sözünə qoşulması ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Suser qoyulmuşdur.
Birinci Səmədxanlı
Birinci Səmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Etnotoponimdir. Əvvəllər Səmədxanlı adlandırılan bu kənddən sonralar başqa bir yaşayış məntəqəsi - İkinci Səmədxanlı ayrıldığı üçün kənd Birinci Səmədxanlı adlandırılmışdır. == Əhalisi == Əhalisi 922 nəfərdir.
Birinci Tiyaqani
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tiyaqanı
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tığik
Birinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı (Tığik) dağdan almışdır. Yaşayış məntəqəsi bu dağın ətəyində yerləşir. Sonralar Tığıq adlı ərazidə İkinci Tığik kəndi yaranmış və Tığik kəndlərini fərqləndirmək üçün əvvəlinə birinci sözü artırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.