TİKİNTİ-LAYİHƏ

прил. строительно-проектный. Tikinti-layihə sənədləri строительно-проектная документация
TİKİNTİ-QURAŞDIRMA
TİKİNTİ-TƏMİR
OBASTAN VİKİ
Tikinti
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Layihə
Layihə — başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan , keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət. == Layihə mərhələləri == Planlaşdırma - bu ilkin mərhələdə problemlər və tərəfdaşlar, hədəflər və bunlara çatmaq üçün ehtiyaclar müəyyən olunur; Hazırlıq - fərdi tapşırıqlar bölüşdürülür, qrafik və büdcə hazırlanır, ilk iclas - açılış icrası keçirilir; İcra (başlama) - müntəzəm iclaslar, qrafik və büdcəyə nəzarət, ardıcıl hesabatlar hazırlanır. Gözlənilən və gözlənilməyən çətinliklər aradan qaldırılır; Təslim (tamamlama) - son məhsul, yaxud proses hazırdır və məsul şəxsə ötürülə bilər. Bunun üçün son hesabat hazırlanır. == Layihə idarəedilməsinin müxtəlif səviyyələri == Vaxtın idarəedilməsi Büdcənin idarəedilməsi Resursların idarəedilməsi Keyfiyyətin idarəedilməsi İnsan resurslarının idarəedilməsi Risklərin idarəedilməsi == Layihənin növləri == Sosial layihələr İqtisadi layihələr Ekoloji layihələr1)hazırlanan hər bir şeyin ilk variantı; 2)tikiləcək bina, yaradılacaq qurğunun, məmulatın quruluşu və s. haqqında lazımi təsəvvür verən və sonrakı mərhələdə iş sənədlərinin işlənib hazırlanması üçün kafi məlumat əks etdirən konstruktor sənədlər kompleksi; hər hansı bir əsaslı tikinti layihəsi fərdi və ya birtipli ola bilər. Fərdi layihələr işlənilib hazırlanarkən birtipli konstruksiya, memarlıq layihələri və s.-dən istifadə olunur. 3)mahiyyəti və onun praktiki reallaşması imkanları təsvirlər, əsaslandırmalar, hesablamalar, rəsmlər formasında açıqlanan fikir, ideya, surət; 4)tikiləcək, qurulacaq, yaradılacaq bir şeyin əvvəlcədən düşünülüb hazırlanmış, işlənmiş planı; proyekt. Məsələn, tikintinin layihəsi; 5)hər hansı bir sənədin, qərarın və s.-nin əvvəlcədən yazılmış təxmini mətni. Məsələn, qərarın layihəsini hazırlamaq, nizamnamənin layihəsi, müqavilənin layihəsi; 6)nəzərdə tutulmuş niyyət, fikir mənasında.Layihələr vahid nəticəyə çatmaq üçün layihələr proqramına və səmərəli idarəetmə üçün layihələr portfelinə malik ola bilər.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. == Təsnifatı == Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. === Təyinatına görə === Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər === Konstruksiyasına görə === Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. === Tətbiq sahəsinə görə === Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar.Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. == Armaturun betonla birləşməsi == Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr. Beton bərkidikdə armaturu öz daxilində sıxaraq sürtünmə qüvvəsi yaradır.
Yaşıl tikinti
Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür. Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir.Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir.Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur: enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək; insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək; tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq.Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.
Qanunsuz tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti amnistiyası
Tikinti amnistiyası, həmçinin yenidənqurma sülhü və yenidənqurma barışığı (türk. imar barışı) — nominal olaraq qeyri-qanuni hesab edilən tikililəri qeydiyyata almaq və leqallaşdırmaq üçün hər hansı bir Türkiyə qanunu. Amnistiya gecəqondular kimi heç bir planlaşdırma icazəsi olmayan binalara, yanğın və zəlzələ təhlükəsizliyi qaydaları da daxil olmaqla rəsmi tikinti qaydalarına məhəl qoymayan tikililərə (geriyə) verilir. Bu amnistiyalar ümumiyyətlə hakimiyyət orqanları tərəfindən qısamüddətli iqtisadi və siyasi mənfəət üçün verilir. Amnistiya qanunları siyasətçilər tərəfindən səs toplamaq üçün populist bir üsul kimi təsvir edilmişdir, çünki onların vaxtı əsasən Türkiyədə son bir neçə onillikdə baş tutan müxtəlif seçkilərlə üst-üstə düşür. == Tarixi == İlk rəsmi rayonlaşdırma amnistiya planı 1984-cü ildə parlament tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, hökumətin oxşar siyasətləri keçmişdə 1940-cı illərin sonlarına qədər həyata keçirdiyi bildirilmişdir. 1948-ci ildən bəri ümumilikdə 19 rayonlaşdırma amnistiyası olmuşdur.Türkiyədə sonuncu tikinti amnistiyası 2018-ci il Türkiyə prezident seçkilərindən beş həftə əvvəl, 2018-ci ilin may ayında hökumət tərəfindən qəbul edilmiş və qaydalara uyğun tikilməyən 3 milyondan çox binaya yaşayış icazəsi verilmişdir. 2018-ci il amnistiyası ilə 2022-ci ilə qədər 7 milyondan çox bina icazə almışdır ki, onlardan 5,8 milyonu yaşayış binalarıdır. == Tənqidi == Tikinti amnistiyaları tətbiq olunduqdan sonra o, Türkiyə Mühəndis və Memarlar Palataları İttifaqı kimi bir çox təşkilat tərəfindən tənqid olunmuşdur.
Layihə:Bürokratlar
Bürokrat aşağıdakı hüquqlara sahib inzibatçılara verilən addır. istifadəçiyə müvafiq bürokrat seçkisinin nəticəsinə uyğun olaraq bürokrat statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə müvafiq inzibatçı seçkisinin nəticəsinə uyğun olaraq inzibatçı statusu vermək (bürokrat bu statusu istifadəçidən geri ala bilməz); istifadəçiyə bot statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər); istifadəçiyə interfeys inzibatçısı statusu vermək (bürokrat konkret səbəblər göstərərək bu statusu istifadəçidən geri ala bilər).Bürokratlar öz fəaliyyətlərində ilk növbədə qanunlara və vikicəmiyyətin razılığına əsaslanmalıdırlar. Məsələn, onlar istifadəçiyə inzibatçı statusu verərəkən inzibatçılar, bürokrat statusu verərkən isə Bürokratlar səhifəsindəki səsvermənin nəticələrini əsas götürülməlidir. Bot statusunun verilməsi üçün bot sahibinin Botlar səhifəsində müraciəti olmalıdır. Bot statusunun alınması üçün ya bot sahibinin özünün razılığı, ya da bunun üçün tutarlı əsaslar lazımdır. Azərbaycanca Vikipediyada hal hazırda 4 bürokrat var (bürokrat hüququ olan istifadəçilərin tam siyahısı). === Hazırkı === Sortilegus (müzakirə • töhfələr) Eldarado (müzakirə • töhfələr) Turkmen (müzakirə • töhfələr) Toghrul R (müzakirə • töhfələr) === Keçmiş === Mehrdad (müzakirə • töhfələr) Baskervill (müzakirə • töhfələr) Hazırda heç bir seçki yoxdur.
Layihə A
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. == Şüar == Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) == Məzmun == XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Layihə menecmenti
Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir. Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir. Xüsusi şərtlərlə, vaxt məhdudiyyəti, qiymət, keyfiyyət, fəaliyyət növü və digər məqsədlərlə xarakterizə olunan nadir işlər çoxluğu Layihə adlarıir. == Layihənin əlamətləri == Dəyişkənlik əlaməti; vaxt məhdudiyyəti əlaməti; büdcə əlaməti; ehtiyatlar əlaməti; təkrarolunmazlıq əlaməti; yenilik əlaməti; bütövlük, tamlıq əlaməti; hüquqi təminat əlamətləri təşkilat əlamətləri məhdudiyyətçilik əlamətləri; === Dəyişkənlik əlaməti === Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə "yaşayır". İlk növbədə, yəni layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər (elementlər) yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir.
Qeyri-qanuni tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti Nazirliyi (Vyetnam)
Tikinti Nazirliyi (vyet. Bộ Xây dựng) — Vyetnamda tikinti, tikinti materialları, mənzil və inzibati binalar, memarlıq, şəhər və kənd sahəsində tikintinin planlaşdırılması, şəhər infrastrukturu, ictimai xidmətlər üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. Bu, həmçinin, dövlət müəssisələrində dövlət kapitalının sahibini təmsil edir.
Layihə A (film)
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. == Şüar == Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) == Məzmun == XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Layihə A 2
Layihə A 2 (ing. Project A Part II) — Ceki Çanın rol aldığı 1987-ci ildə ərsəyə gətirilmiş Honq Konq filmidir.Film Layihə A filminin sahil mühafizə çavuşu Ma Yulonqun sərgüzəştlərinin davamıdır. == Məzmun == Honq Konq yerli rəhbərliyi, bir neçə rayonu idarə edən baş idarə rəisi cənab Çanın (David Lam) təmizliyinə şübhə edir. Səlahiyyətlilər, pirat denizinin məhv edilməsi ilə məşhurlaşan Ma Yulonq-un nəzarəti altındakı bölgələrdən birini (Saivan) təhvil verir. Müəyyən bir Pələng dəstəsi yerli polisin çox qorxduğu bu bölgəyə rəhbərlik edirdi. Dostları ilə stansiyaya gələn Ma Yulonq, Tiqer'i həbs etməyi planlaşdırır, ancaq Constable Ho yerli polisə kömək etmək üçün könüllü olaraq işləyir.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı
Bakıda tikinti (film, 1946)
Bakıda tikinti – rejissor Niyazi Bədəlov tərəfindən 1946-cı ildə çəkilmiş sənədli film. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Məzmun == Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Filmin üzərində işləyən == Rejissoru Niyazi Bədəlovdur.
Tikinti və menecement simulyatoru
Tikinti və menecement simulyatoru (TMS) — simulyasiya videooyunlarının növü. Burada oyunçular məhdud resurslardan istifadə edərək uydurma təşkilatlar və ya layihələri inşa edir, onları inkişaf və ya idarə edir. Bəzi strategiya oyunları oyunçunun resurslarının idarə edilməsi və layihənin inkişafı ilə bağlıdır. Bununla belə, strategiya oyunlarından fərqli olaraq, əsas TMS oyunlarında məqsəd rəqibi məğlub etmək deyil, davam edən proseslə bağlı məqsədlərə çatmaqdır. Bu kateqoriyaya aid oyunlar bəzən sadəcə idarəetmə oyunları adlanır.
Xankəndi sualtı tikinti gəmisi
"Xankəndi" sualtı tikinti gəmisi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Xankəndi şəhərinin adını daşıyır. == İnşası == "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq BP şirkətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda nəhəng "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz mərhələ 2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. Belə ki, 17 aprel 2014-cü ildə "Bakı Gəmiqayırma Zavodu" MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə "Şahdəniz" qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan "BP Exploration" MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanmışdır. "Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb. Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə "Xankəndi" gəmisinin bütün göyərtə avadanlığı — əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. "Xankəndi" gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib. == İstifadəyə verilməsi == 6 sentyabr 2017-ci ildə gəmisinin təqdimat mərasimi olmuşdur.
4.1 saylı layihə
4.1 saylı layihə (ing. Project 4.1) — Bu ad altında aparılmış tibbi təcrübəni Marşall adalarının sakinlərinin başına gətirib. 1954-cü ilin martın 1-də atom partlayışı nəticəsində alınmış radiasiyanın nəticələrini insanlar üzərində müşahidə etmək üçün amerikalılar belə dəhşətli təcrübəyə qol qoydular. Onlar belə nəticələri heç gözləmirdi. Təcrübədən sonrakı ilk 5 ildə uşaq salma və ölü doğulma halları həmişəkindən 2 dəfə artmışdı. Sağ qalanların əksəriyyəti xərçəng xəstəliyinə tutuldu.
Dövlət Yerquruluşu Layihə İnstitutu
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi == Haqqında == Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeçiliyinə verilmişdir.[mənbə göstərin]İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin]İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını,sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Layihə:Vizual redaktor/Rəy
Layihə A (film, 1983)
Layihə A və ya "A" Layihəsi (ing. Project A, Çincə:A計劃; Jyutping: A Gai3 Waak6 — 'A' gai waak) — 1983-cü ildə Ceki Çanın məşhur filmlərindən biridir. Film bir çox adla, o cümlədən, «Pirate Patrol» və «Jackie Chan's Project A» adları ilə tanınır. == Şüar == Nonstop Action On The High Seas! (azərb. Açıq dənizdə davamlı hərəkət!‎) == Məzmun == XX əsrin əvvəlləri. Honq Konq. Çinin dənizində Lo adlı dəniz quldurunun başçılığı ilə müxtəlif gəmilər təzyiqə məruz qalır. Onlarla mübarizə etmək üçün dövlət tərəfindən xüsusi layihə hazırlanılır. Bu layihənin adı "Layihə A" adlanır.
Layihə X (film, 2012)
Layihə İks (ing. Project X) — Nima Nurizadənin rejissorluğu, Todd Fillipsin müəllifliyi və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2012-ci ildə çəkilmiş ABŞ komediya filmi. Ssenarisi Maykl Bekoll və Mett Dreyk tərəfindən yazılan filmin əsas rollarını Tomas Mann, Oliver Kuper və Conatan Deniel Braun ifa edir. Filmin məzmunu qonaqlıq təşkil edərək məktəbdə məşhurluq qazanmağa çalışan üç dostdan — Tomas (Tomas Mann), Kosta (Oliver Kuper) və C.B.-dən (Conatan Deniel Braun) bəhs edir.
Layihə İks (film, 2012)
Layihə İks (ing. Project X) — Nima Nurizadənin rejissorluğu, Todd Fillipsin müəllifliyi və “Warner Bros. Pictures”in distribütorluğu ilə 2012-ci ildə çəkilmiş ABŞ komediya filmi. Ssenarisi Maykl Bekoll və Mett Dreyk tərəfindən yazılan filmin əsas rollarını Tomas Mann, Oliver Kuper və Conatan Deniel Braun ifa edir. Filmin məzmunu qonaqlıq təşkil edərək məktəbdə məşhurluq qazanmağa çalışan üç dostdan — Tomas (Tomas Mann), Kosta (Oliver Kuper) və C.B.-dən (Conatan Deniel Braun) bəhs edir.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement ZavoduAzərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı