tikinti-arxitektura

tikinti-arxitektura
tikinti
tikinti-bərpa
OBASTAN VİKİ
Arxitektura
Memarlıq və ya arxitektura (lat. architectura от q.yun. αρχι — böyük, əsas və q.yun. τέκτων — inşaatçı, dülgər) — bina və arxitektura ansambllarının layihələndirilməsi və tikilməsi. Memarlıq insanların istirahəti və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğulardır. Memarlıq sənəti isə bina, körpü, qəsr və digər tikililərin etibarlılıq və qanunlarına uyğun olaraq yaradılması sənətidir. == Etimologiya == "Memarlıq" sözü Azərbaycan dilinə ərəbcə "abadlıq edən" mənasını daşıyan "mimar" (معمار) sözündən gəlmişdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə elmi-memari (علمی-مئماری) adlandırılmışdır. "Arxitektura" sözü qədim yunan dilində olan "ἀρχιτέκτων" (arxi- – "baş") +‎ tekton – "inşaatçı") sözündən gəlmişdir. Mənası — yüksək usta memar deməkdir.
Tikinti
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Arxitektura stili
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Üçqatlı arxitektura
Üçqatlı arxitektura – three-tier architecture ~ трехуровневая архитектура ~ üç katmanlı mimari ~ proqram kompleksinin arxitekturasının bir növü; üçqatlı arxitektura üç əsas komponentin olmasını nəzərdə tutur: müştəri, tətbiqi proqramlar serveri və verilənlər bazası serveri. Müştəri (CLIENT) kompleksin son istifadəçiyə təqdim olunan interfeys (adətən, qrafik) komponentidir. Bu səviyyənin verilənlər bazası ilə birbaşa əlaqəsi olmamalıdır (təhlükəsizlik və genişlənəbilmə tələblərinə görə). Bu səviyyəyə, adətən, yetkiləndirmə (AUTHORIZATION) interfeysi, şifrləmə alqoritmləri, daxil edilən qiymətlərin mümkün formata uyğunluğu, terminala yüklənmiş verilənlər üzərində mürəkkəb olmayan əməliyyatlar (çeşidləmə, qruplaşdırma, qiymətlərin hesablanması) çıxarılır. Tətbiqi proqramlar serveri (APPLICATION SERVER) ikinci səviyyədə yerləşir, iş məntiqinin (BUSINESS LOGIC) əksər hissəsi orada cəmləşib. Ondan kənarda yalnız müştəriyə (terminallara) ixrac edilən fraqmentlər, eləcə də verilənlər bazasına salınmış məntiq elementləri (saxlanılan prosedurlar və triggerlər) qalır. Verilənlər bazası serveri (DATABASE SERVER) verilənlərin saxlanmasını təmin edir. O, bir qayda olaraq, verilənlər bazasının idarəedilməsi sistemləri (DBMS) vasitəsilə reallaşdırılır. Bu komponentə yalnız tətbiqi proqramlar serveri səviyyəsində bağlanmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. == Təsnifatı == Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. === Təyinatına görə === Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər === Konstruksiyasına görə === Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. === Tətbiq sahəsinə görə === Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar. Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. == Armaturun betonla birləşməsi == Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr.
Yaşıl tikinti
Yaşıl tikinti (həmçinin, Ekoloji tikinti, Ekotikinti, Ekodevelopment) — binaların tikilməsi və istismarının ətraf mühitə minimal təsir göstərən növüdür. Məqsədi binanın mövcud olduğu müddət boyunca enerji və maddi ehtiyatlardan istifadənin azaldılmasıdır. Bura binanın layihələndirildiyi yerin seçilməsi, tikintisi, istismarı, təmiri və hətta sökülməsi də aiddir. Yaşıl tikintinin digər məqsədi binaların keyfiyyətinin qorunması və ya artırılması, onların daxili mühitində rahatlığın təmin edilməsidir. Bu tikinti növü klassik tikinti-layihə ənənələrini qənaətlilik, faydalılıq, uzunömürlülük və rahatlıq kimi anlayışlarla təkmilləşdirir. Yaşıl tikinti texnologiyaları daim təkmilləşir və onların əsas məqsədi tikilinin ətraf mühitə və insan sağlamlığına ümumi zərərini azaltmaqdır. Buna aşağıdakılar sayəsində nail olmaq mümkün olur: enerji, su və digər resurslardan daha səmərəli istifadə etmək; insanların sağlamlığına və işçilərin effektivliyinin artırılmasına diqqət yetirmək; tullantıları və ətraf mühitə digər təsirləri azaltmaq. Bənzər yanaşmaya malik olan, lakin daha kiçik miqyaslı təbii tikinti təbii və yerli materiallardan istifadəni nəzərdə tutur.
Qanunsuz tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti amnistiyası
Tikinti amnistiyası, həmçinin yenidənqurma sülhü və yenidənqurma barışığı (türk. imar barışı) — nominal olaraq qeyri-qanuni hesab edilən tikililəri qeydiyyata almaq və leqallaşdırmaq üçün hər hansı bir Türkiyə qanunu. Amnistiya gecəqondular kimi heç bir planlaşdırma icazəsi olmayan binalara, yanğın və zəlzələ təhlükəsizliyi qaydaları da daxil olmaqla rəsmi tikinti qaydalarına məhəl qoymayan tikililərə (geriyə) verilir. Bu amnistiyalar ümumiyyətlə hakimiyyət orqanları tərəfindən qısamüddətli iqtisadi və siyasi mənfəət üçün verilir. Amnistiya qanunları siyasətçilər tərəfindən səs toplamaq üçün populist bir üsul kimi təsvir edilmişdir, çünki onların vaxtı əsasən Türkiyədə son bir neçə onillikdə baş tutan müxtəlif seçkilərlə üst-üstə düşür. == Tarixi == İlk rəsmi rayonlaşdırma amnistiya planı 1984-cü ildə parlament tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, hökumətin oxşar siyasətləri keçmişdə 1940-cı illərin sonlarına qədər həyata keçirdiyi bildirilmişdir. 1948-ci ildən bəri ümumilikdə 19 rayonlaşdırma amnistiyası olmuşdur. Türkiyədə sonuncu tikinti amnistiyası 2018-ci il Türkiyə prezident seçkilərindən beş həftə əvvəl, 2018-ci ilin may ayında hökumət tərəfindən qəbul edilmiş və qaydalara uyğun tikilməyən 3 milyondan çox binaya yaşayış icazəsi verilmişdir. 2018-ci il amnistiyası ilə 2022-ci ilə qədər 7 milyondan çox bina icazə almışdır ki, onlardan 5,8 milyonu yaşayış binalarıdır.
Qeyri-qanuni tikinti
Qanunsuz tikinti və ya qeyri-qanuni tikinti — etibarlı tikinti icazəsi olmadan aparılan tikinti işi və ya bunun nəticəsi. Nəzarət olunmayan tikinti sahələrində və tikinti prosesi bitmiş binalarda potensial texniki təhlükələrdən başqa, qeyri-qanuni tikinti fəaliyyəti təbiət qoruqları kimi qoruq ərazilərinə təsir etdiyi halda böyük ekoloji pozuntu baş verə bilər. Eyni şəkildə, qeyri-qanuni tikililər xarici ərazilərdə torpaqların zəbt edilməsi və ya qeyri-qanuni məskunlaşma kimi həyata keçirildikdə ciddi siyasi nəticələr ortaya çıxa bilər.. == Ekoloji risklər == Artan torpaq sürüşməsi riskinin İtaliya və Bosniya və Herseqovinada sıx məskunlaşılan urbanizasiyalaşmış ərazilərinin dağlıq ərazilərində qeyri-qanuni tikinti ilə əlaqəli olduğu aşkar edilmişdir. == Aşkarlama == İnsan müşahidəsinə əlavə olaraq, qeyri-qanuni tikililərin geniş miqyasda yoxlanılması üçün peyk şəkilləri və geoməkan məlumat sistemlərindən istifadə etmək mümkündür.
Tikinti Nazirliyi (Vyetnam)
Tikinti Nazirliyi (vyet. Bộ Xây dựng) — Vyetnamda tikinti, tikinti materialları, mənzil və inzibati binalar, memarlıq, şəhər və kənd sahəsində tikintinin planlaşdırılması, şəhər infrastrukturu, ictimai xidmətlər üzrə dövlət idarəçiliyinə cavabdeh olan nazirlik. Bu, həmçinin, dövlət müəssisələrində dövlət kapitalının sahibini təmsil edir.
Arxitektura i stroitelstvo Rossii
"Arxitektura i stroitelstvo Rossii" (ing. Архитектура и строительство России; mənası – "Rusiyanın Memarlıq və İnşaatı") — Rusiyada memarlıq və tikinti üzrə elmi, praktiki, mədəni və maarifləndirici jurnal. "Arxitektura i stroitelstvo Rossii" jurnalı Rusiya Ali Attestasiya Komissiyasının resenziyadan keçmiş elmi nəşrləri siyahısına daxil edilmişdir. Jurnal Elmi Elektron Kitabxana tərəfindən aparılan Rusiya Elm Sitat İndeksinin məlumat bazasına daxildir. == Tarixi == "Arxitektura i stroitelstvo Rossii" jurnalı 1933-cü ildə SSRİ Memarlar İttifaqının orqanı kimi təsis edilmişdir. Jurnalın ilkin adı "Arxitektura i stroitelstvo" idi. Jurnalın sələfi "Sovetskaya arxitektura" jurnalı idi. İkinci Dünya müharibəsi illərində jurnalın nəşri dayandırılmış və müharibədən sonra da davam etdirilmişdir. 1960–1989-cu illərdə jurnal Rusiya Tikinti və Mənzil-Kommunal Təsərrüfat Agentliyinin təşəbbüsü ilə "Na stroykax Rossii" adı altında nəşr olunmuşdur. 1989-cu ildən jurnal yenidən təşkil edildikdən sonra "Arxitektura i stroitelstvo Rossii" adlanır.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı == Cildlər == Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Bakıda tikinti (film, 1946)
Bakıda tikinti – rejissor Niyazi Bədəlov tərəfindən 1946-cı ildə çəkilmiş sənədli film. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Məzmun == Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. == Filmin üzərində işləyən == Rejissoru Niyazi Bədəlovdur.
Tikinti və menecement simulyatoru
Tikinti və menecement simulyatoru (TMS) — simulyasiya videooyunlarının növü. Burada oyunçular məhdud resurslardan istifadə edərək uydurma təşkilatlar və ya layihələri inşa edir, onları inkişaf və ya idarə edir. Bəzi strategiya oyunları oyunçunun resurslarının idarə edilməsi və layihənin inkişafı ilə bağlıdır. Bununla belə, strategiya oyunlarından fərqli olaraq, əsas TMS oyunlarında məqsəd rəqibi məğlub etmək deyil, davam edən proseslə bağlı məqsədlərə çatmaqdır. Bu kateqoriyaya aid oyunlar bəzən sadəcə idarəetmə oyunları adlanır.
Xankəndi sualtı tikinti gəmisi
"Xankəndi" sualtı tikinti gəmisi — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Xankəndi şəhərinin adını daşıyır. == İnşası == "Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq BP şirkətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda nəhəng "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz mərhələ 2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir. Belə ki, 17 aprel 2014-cü ildə "Bakı Gəmiqayırma Zavodu" MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə "Şahdəniz" qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan "BP Exploration" MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanmışdır. "Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb. Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə "Xankəndi" gəmisinin bütün göyərtə avadanlığı — əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. "Xankəndi" gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib. == İstifadəyə verilməsi == 6 sentyabr 2017-ci ildə gəmisinin təqdimat mərasimi olmuşdur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Tabeliyindəki qurumlar == Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) Bakı Dövlət Layihə İnstitutu == Fəaliyyət istiqamətləri == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin edir; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir; müvafiq sahənin inkişafını təmin edir; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir; şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir; respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir; bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir. == Beynəlxalq əlaqələr == Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir. == BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq == Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub. 2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir.
ANT İnşaat Təmir Tikinti MMC
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement Zavodu Azərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE)
Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası – toplu, sorğu kitabı == Cildlər == Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, I cild, Bakı: Yeni Poliqrafist, 2011, 336 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, II cild, Bakı: Yeni Poliqrafist, 2012, 256 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, III cild, Bakı: Yeni Poliqrafist, 2013, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IV cild, Bakı: Yeni Poliqrafist, 2014, 232 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, V cild, Bakı: Yeni Poliqrafist, 2015, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VI cild, Bakı: "Şərq-Qərb", 2016, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VII cild, Bakı: "Şərq-Qərb", 2017, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, VIII cild, Bakı: "Şərq-Qərb", 2018, 216 səh. Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) – toplu, IX cild, Bakı: "Şərq-Qərb", 2019, 216 səh.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi — şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə imzaladığı 28 fevral 2006-ci il tarixli sərəncamına əsasən 1993-cü ildən fəaliyyət göstərən Dövlət Tikinti və Arxitektura İşləri Komitəsinin bazasında yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. == Tabeliyindəki qurumlar == Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi «Azərmemarlayihə» Dövlət Baş Layihə institutu (DBLİ) Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) Bakı Dövlət Layihə İnstitutu == Fəaliyyət istiqamətləri == müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin edir; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirir; müvafiq sahənin inkişafını təmin edir; müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir; şəhərsalma və milli memarlıq ənənələrinin (irsinin) qorunub saxlanılmasını və müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə birlikdə şəhərlərin, onların ətrafında tarixən təşəkkül tapmış yaşayış məskənlərinin təbii və yerli xüsusiyyətləri nəzərə alınmaqla, onların ərazilərindən səmərəli istifadə edilməsini təmin edir; respublika üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada şəhərsalma kadastrının aparılmasını təmin edir; bina, qurğu və komplekslərin memarlıq planlaşdırma həllərinin səviyyəsinin yüksəldilməsini təmin edir, onların şəhərsalma və tikinti normalarına uyğun işlənilməsinə nəzarəti həyata keçirir. == Beynəlxalq əlaqələr == Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma, şəhərlərin dayanıqlı, inklüziv və təhlükəsiz inkişafı, ərazilərdən səmərəli istifadə, şəhərsalma kadastrı, memarlıq, tikintiyə icazə və digər sahələr üzrə dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələrinin aparılması istiqamətində Türkiyə, Böyük Britaniya, İsveçrə, Koreya Respublikası, Latviya, Macarıstan, Rusiya Federasiyası və s. dövlətlərin aidiyyəti qurumları, habelə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlar ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdirilir. Eyni zamanda, xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə birgə imzalanmış Saziş, Protokol, Memorandum və Proqramların icrasında Komitənin səlahiyyətlərinə aid edilmiş istiqamətlər üzrə aktiv fəaliyyət həyata keçirilir. == BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq == Ötən illər ərzində Komitə ilə UN-Habitat arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş və bu təşkilat tərəfindən keçirilən bir sıra mötəbər beynəlxalq tədbirlərdə Komitə geniş tərkibli heyətlə təmsil olunub. 2022-ci ildən etibarən “UN-Habitat”la əməkdaşlıq çərçivəsində illik əsaslarla Milli Şəhərsalma Forumu təşkil edilir. Şəhərsalma və inkişaf mövzusunda təşkil edilən Forumda yerli və xarici hökumət rəsmiləri, müvafiq beynəlxalq təşkilatların nümayəndələri, sahə mütəxəssisləri və digər maraqlı tərəflər iştirak edir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrlərinin siyahısı
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.