Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiryək
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə. Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur. Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur.
Trixis
Clibadium (lat. Clibadium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Oswalda Cass. Baillieria Aubl. Orsinia Bertol. ex DC. Ballieria Juss. Trixis Sw. Trichapium Gilli Oswaldia Cass. Oswaldia Less.
Türkeş
Türkeş (əvvəlki adı: Tirkeş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeş kəndi Türkeş kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Əhalisi 403 nəfərdir. == Toponimikası == VII-VIII əsrlərdə Qərbi türk xanlığına daxil olan bir tayfa Qurqəş (Tirqəş) adlanırdı. VIII əsrin sonlarında bu tayfa türk xanlığına son qoymuş və bir müddət öz xaqanlığını yaratmışdır. Sonrakı əsrlərdə siyasi hadisələrlə əlaqədar olaraq müxtəlif ərazilərə köçmüşlər. Tatarların və başqırdların içərisində tirkoş adlı tayfalar vardır. Dağlıq Altayda bir türkdilli etnoqrafik qrup indi də Tirkoş adlanır. Ehtimal ki, tirkəşlər monqolların tərkibində Azərbaycana gəlmişlər. Tirkəşəvənd (Kəlbəcər rayonu) və Tərkəş (Oğuz rayonu) kənd adları ilə mənşəcə eynidir.
Tərkeş
Tərkeş — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 30 km cənub-şərqdə, Tikanlıçayın sağında, Oğuz-Qəbələ avtomobil yolunun sağında yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. Tərkeş Oğuzda ən qədim yaşayış məskənlərindən biridir. Kəndin ərazisində respublika əhəmiyyətli arxeoloji və memarlıq abidələrindən Qədim Qəbiristanlıq (son orta əsrlər), Böyük Qala, Kiçik Qala (antik dövr), Tikanlı qoruq yaşayış yeri (III–VIII əsrlər) var. "Tərkeş" – etnotoponimdir. Göytürklərin bir qolu olan türkeş tayfasının adını əks etdirir. Bu tayfa haqqında "Türkün qızıl kitabı"nda geniş məlumat verilir. "Türk" – "hərəkətedənod"dur. Uruk-turuk (nəsil-kök), ətrak, tukyu, Terek (çay), tərk, struktur, strategiya, elektrik kimi sözlərin məzmunu da odla, hərəkətlə, həyata qovuşmaqla bağlıdır.
Xerxes
Heterocoma (lat. Heterocoma) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonimləri == Bishopalea H.Rob. Sipolisia Glaz. ex Oliv. Xerxes J.R.Grant Alcantara Glaz. ex G.M.Barroso == Növləri == Heterocoma albida (DC. ex Pers.) DC. Heterocoma ekmaniana Heterocoma erecta Heterocoma gracilis Heterocoma lanuginosa Heterocoma robinsonianaformal daxil edilib Heterocoma bifrons (DC. ex Pers.) DC. - Chronopappus bifrons (DC. ex Pers.) DC. növünün sinonimidir.
Tirmə
Tirmə (fars. ترمه‎) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır.
Afanasi Kirxer
Afanasi Kirxer (alm. Athanasius Kircher) (d.2 may 1602 - v. 27 noyabr 1680) — görkəmli Alman polimatı və rəssamı, dahi alim , Yezuitlər ordeni ona tərtib olunub, == Həyatı == Afanasi Krixer 2 may 1602 Fuldada anadan olmuşdur. Alimin atası- Yohan Krixer (Йоханнес Кирхер)- filosofilə maraqlanırdı və həmcinin Maynsdaki teoriyalardan dərəçə qazanmışdır. 10 yaşında atası Fulda seminariyasına verir. 1616-cı ildə Afanasiya Maync tərəf yönləndirilmişdir. == Yaradıçılığı == Athanasius Kircher. The Last Man Who Knew Everything / edited by Paula Findlen. — L. : Routledge, 2004. — 466 с.
Alparslan Türkeş
Alparslan Türkeş (25 noyabr 1917, Nikosiya, Nikosiya rayonu[d] – 4 aprel 1997, Ankara) — Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri. == Həyatı == Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Lefkoşada dünyaya gəlmişdir. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşda almışdır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş, 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Refik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin 2 evlilikdən 7 uşağı olmuşdur. 1997-ci ildə Ankarada vəfat etmişdir. == Hərbi fəaliyyəti == === Erkən fəaliyyəti === 1944-cü ildə baş leytenant Türkeş, Nihal Atsız və Nejdət Sancarla birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Fernando Torres
Fernando Torres (tam adı: Fernando Xose Torres Fərid Sans, isp. Fernando José Torres Farid Sanz; 20 mart 1984[…], Fuenlabrada[d], Madrid regionu[d]) — Yaponiya J1 Liqası klubu Saqan Tosu və İspaniya milli futbol komandasının şərəfini qoruyan hücumçu. Torres karyerasına Atletiko Madrid FK klubunun gənc komandasından yüksələrək başlayıb. Əsas komandada debütünü 2001-ci ildə edib. Burada oynayarkən La Liqada 75 oyuna 174 qolla yadda qalıb. Bundan əlavə Torres bu komandanın heyıtində 2 mövsüm Segunda Divisiónda mübarizə aparıb və 40 oyuna 7 dəfə fərqlənib. Torres 2007-ci ildə komanda tarixində ən bahalı transfer kimi Liverpula keçib. Enfilddəki ilk mövsümündə 20+ qol vuraraq 1995-96 mövsümündən bəri bunu edən ilk futbolçu olub. Bundan başqa, həmin dövrlərdə Liverpulun heyətində 50 qola ən tez çatan futbolçu adını qazanıb. 2008 və 2009-cu illərdə FİFA Dünya Komandasının heyətinə düşüb.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Linda Torres
Linda Torres (1 yanvar 1954 - 1 aprel 2021) — ABŞ aktyor. == Həyatı == Torres 1 yanvar 1954-cü ildə New York, New York şəhərində anadan olub. VH1 real-time Big Ang və Mob Wives serialına çıxan aktrisa, televiziya şəxsiyyəti Angela "Big Ang" Raiolanın yaxın dostu idi. 2012-ci ildə Big Ang serialının doqquz bölümündə rol aldı. == Vəfatı == Torres, uzun müddətdir davam edən süd vəzi xərçənginin yanında COVID-19-un səbəb olduğu sağlamlıq problemləri səbəbiylə müalicə aldığı New Yorkdakı Staten Island Universitet Xəstəxanasında 67 yaşında öldü. Torres evli idi və geridə bir qızı və iki nəvəsi qaldı.
Lolita Torres
Lolita Torres, anadan olanda adı Beatriz Mariana Torres Iriarte, 26 mart 1930, Avelyaneda, Buenos-Ayres əyaləti[d] – 14 sentyabr 2002, Buenos Ayres) — Argentinali aktrisa və müğənni. Beş uşağın anası idi, sonuncusu müğənni Dieqo Torres idi. Keçmiş Sovet İttifaqında Torresin filmləri ("Sevgi əsri", "Laura üçün kürəkən", "İlk baxışdan sevgi") çox məşhur idi. Bu filmlər bir çox sənətçinin - həm kino aktrisalarının (Qurçenko ), həm də opera müğənnilərinin həyatına təsir etdi(Sinyavskaya ) bir çox gələcək sənətkarlarının taleyinə təsir etdilər.
Okean tirəsi
Okean tirəsi-(rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) ta­las­sokratonun sadə, müsbət struk­turu, okean dibinin tağvari qalx­ması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləş­miş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissə­sində aydın təzahür edir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Tiko Torres
Tiko Torres (ing. Tico Torres; əsl adı Hector Samuel Juan "Tico" Torres) — ABŞ musiqiçisi, Bon Jovinin zərb alətləri ifaçısı olan kubalı — italiyalı Hektor və Emma Torreslərin ailəsində dünyaya gələn Tiko Torresin əsl adı Hektor Samuel Juan Torresdir. Nyu-Cersidə böyüyən Torres, JFK Memorial liseyini bitirmişdir. Caz musiqi dinlədiyi dövrlərdə Joe Morello ilə işləyən Tiko Torresin təsirləndiyi sənətçilər arasında John Coltrane, Elvin Cons, Led Zeppelin və The Beatles kimi musiqiçilər və musiqi qrupları var. Ləqəbi Hitman olan Tiko Torres, 1983-cü ildə Bon Joviyə qatılmadan əvvəl aralarında, Franke and the Knockouts, Pet Benatar, Çak Beri, Şer, Alice Cooper və Stevie Nicks kimi adların olduğu musiqiçilərlə həm studiya həm də canlı performanslarda işləmiş və cəmi 26 albomda yer almışdır. 1983-cü ildə Bon Jovi'nin qurulması ilə birlikdə ilk həyat yoldaşından ayrılan Tiko Torres, 1996-cı ildə Çex top model Eva Herzigova ilə evlənmişdir. Nyu Cersidə baş tutan toya cütlüyün ailələri, Donald Trump və Bon Jovi üzvləri kimi məşhurların da arlarında olduğu yaxın yoldaşları gəlmiş, cütlük məşhur toy rəqsini isə Bon Jovi'nin canlı Always mahnısının sədaları altında etmişdir. 1998-ci ildə Eva Herzigova'dan ayrılan Torres, 2001-ci ilin sentyabrında Maria Alejandra ilə evlənmişdir. Cütlük, 9 yanvar 2004-cü ildə doğan oğullarının adı Hector Aleksandr qoydu. Musiqidən əlavə rəssamlıq edən Tiko Torresin ilk sərgisi Nyu-Yorkdakı Ambassador Galleries'də reallaşdı.
Tirmən (Əbyəlil)
Tirmən kəndi (başq. Тирмән) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Askar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 10 srntyabr 2007-ci ilə qədər Melkombinat kəndi adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 15 km., kənd sovetliyindən (Askar): 15 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 62 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Tirren dənizi
Tirren dənizi (it. mar Tirreno, lat. mare Tyrrhenum, fr. Mer Tyrrhénienne) — Aralıq dənizinin bir hissəsi olub, Appenin yarımadası, Sardiniya, Korsika, Siciliya adalarının sahilləri arasında yerləşmişdir.
Torres boğazı
Torres boğazı — Sakit okeanına daxil olan Mərcan dənizini Hind okeanına daxil olan Arafur dənizi ilə birləşdirən coğrafi boğaz. Avstraliya materikini Papua-Yeni Qvineya adalarından ayırır. Boğazın eni 150 km təşkil edir. Cənubda Avstraliyanın Kvislend ştatının ərazisi olan Keyp-York yarımadası, şimalda isə Papua Yeni Qvineyanın Qərb vilayyətinə daxildir. == Coğrafiyası == Boğaz şərqdə Mərcan dənizi ,qərbdə isə Arafur dənizi yerləşir. Boğaz çox kiçik riflər və adalar buradan naviqasiya üçün təhlükəlidir. Burada bir sıra adalar vardır ki, onlar da birlikdə Torres boğazı adaları adlanır. Burada 274 ada var ki, onunda 17 yaşayış üçün əlaməti vardır. Mərkəzi hissələrdə mərcan məşəlli ,şərqdə isə vulkan məşəllidir. Burada yerli əhali Maleneziyalılar əsas papuaslardır.
Toğrul Türkeş
İldırım Toğrul Türkeş (türk. Yıldırım Tuğrul Türkeş; 1 dekabr 1954, İstanbul) — Türk iqtisadçısı, təşəbbüskar-menecer, jurnalist və sağçı millətçi siyasətçi. Alparslan Türkeşin böyük oğludur. Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini, Türkiyə parlamentinin üzvüdür. 2015-ci ilin avqust ayında Türkiyə Baş nazirinin müavini vəzifəsinin icrasına başlamış və Ədalət və İnkişaf Partiyasına keçmışdir. == Fəaliyyəti == Türk ultra sağ millətçiləri Bozqurdların lideri Başbuğ Alparslan Türkeşin ailəsində anadan olub. Jandarma və hərbi polisdə xidmət etmiş, İngiltərə, İsveç, Çili və Argentinada təcrübə keçmişdir. Ankara Haceteppe Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Türkiyə Ticarət Nazirliyinin mətbuat xidmətində çalışıb. Bir sıra ticarət və maliyyə təşkilatlarının rəhbərliyində təmsil olunub..
Trixis glandulifera
Dolichlasium (lat. Dolichlasium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Dolichlasium lagascae Gillies ex D.Don SinonimDolichlasium glanduliferum Lag. ex Hook. & Arn. Trixis glandulifera Benth. & Hook.f. ex Hieron.
Türkeş dağı
Türkeş dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1409,2 m). Dərələyaz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-qapısı qolunun şərq istiqamətli şaxəsi olan Girdəsər silsiləsinin suayırıcısında zirvə. Türkeş kəndindən 1 km cənub-şərqdədir. Orta Eosenə aid Paradaş lay dəstəsinin çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı qayalıqdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının şimal-şərq qanadında yerləşir. Cənub-qərb yamacı boyu şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulması keçir.
Türkeş nekropolu
Türkeş nekropolu — Şahbuz rayonunun Türkeş kəndindən şərqdə, yolun kənarında arxeoloji abidə. == Tarixi == Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Qəbirlər daşqutu tiplidir. Onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Qəbirlərin içərisində çürümüş skelet qalıqlarının olduğu müəyyən edilmişdir. Nekropoldan aşkar edilən keramika məmulatı 1–2 əsrlər üçün xarakterikdir.
Türkeş qəbiristanlığı
Türkeş qəbiristanlığı — Şahbuz rayonunun Türkeş kəndindən qərbdə arxeoloji abidə. Qəbirlərin bir çoxunun yerüstü əlamətləri itmişdir. Yalnız baş daşıları salamat qalmışdır. Başdaşları olduqca müxtəlif formalıdır. Onlardan birinin insan fiquru formasında hazırlanması olduqca diqqət çəkicidir. Bəzi baş daşlarının ön tərəfi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabə yazılmışdır. Bəzi baş daşlarının arxa tərəfində də kitabələrə rastlanır. Qəbiristanlığın şərq qurtaracağında boz rəngli tuf daşından yüksək sənətkarlıqla hazırlanmış bir daş qoç vardır. Onun üzərində xəncər təsvir edilmiş və ərəb əlifbası ilə kitabə həkk edilmişdir. Qəbiristanlığı XVI–XX əsrlərə aid etmək olar.
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.