Tiryək və Şərab
"Bəngü-Badə" (azərb. بنگ و باده) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir.
== Yazılma tarixi ==
Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir.Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə səfəvilərə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat deməyə əsas verir ki, "Bəngü Badə" 1510 və 1524 illəri arasında yazılmışdır.
== Məzmunu ==
Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həmdə Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.Xudbinlik Bəngü hesab edir ki, bütün insanlar yalnız tək ona tabe olmalıdır. O, deyir:
Badənin ziyafətində məlum olur ki, Bəngü Badə qədər təkəbbürlüdü. Badə xidmətçisinin Bəngünün ünvanına təriflər yağdıranda qəzəblənir və xidmətçisinin Bəngüya gizli itaətkarlığından şübhələnir. İki özünə vurğun eqoistlərin mübahisəsi müharibə ilə bitir və nəticədə Badə qələbə çalır Bu iki padşahların mənasız müharibələrinin nəticəsi isə çoxlu sayda insanların ölümü olur.