TƏRXİS

is. [ ər. ] hərb. Ordunun sülh şəraitinə keçdikdən sonra hərbi xidmətdən buraxılması. Sıravi heyətin tərxisi.
□ Tərxis etmək – buraxmaq, ordu sıralarından azad etmək. Ordunu tərxis etmək.
Tərxis olunmaq – buraxılmaq, ordu sıralarından azad olunmaq. [Qələndər:] Bəli, tamam tərxis olunmuşam.
Anam necədir? Q.İlkin.

Etimologiya

  • TƏRXİS Ərəb mənşəlidir, mürəxxəs, rüsxət (əsli: rüxsət) sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏRXAN
TƏRXUN

Digər lüğətlərdə