Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərziyə
Mərziyə — Azərbaycanlı adı. Mərziyə Məhərrəmova — Azərbaycanlı ağır atlet. Mərziyə Üskuyi – Azərbaycan şairi və ictimai xadimi. Mərziyə Afham — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri Mərziyə Xalitova — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı.
Tərbiyə
Tərbiyə — insanın şəxsiyyətinin inkişafına, onun müasir mədəni dünyagörüşünün formalaşmasına, müəyyən baxışların yaranmasına yönəlmiş məqsədyönlü peşəkar fəaliyyətdir. Tərbiyə təlim-tədris müəssisələrində xüsusi təlim almış mütəxəssislər tərəfindən şəxsiyyətin formalaşması və yaranması məqsədilə hazırlanmış bütöv, şüurlu təşkil edilmiş prosesdir. Bütöv tərbiyə prosesinin tərkib hissələri: əqli, mənəvi və s. tərbiyə. Mənəvi tərbiyə — insanın dəyişməz və harmonik inkişafını təmin edən həyatı dəyərləndirməni şəxsdə formalaşdırmaq. Mənəvi tərbiyə insanın işlərinə və fikirlərinə ali məqsəd verən qürur, səmimiyyət, məsuliyyət və s. hissləri tərbiyələndirir. Siyasi tərbiyə — insanlarda dövlətlər, millətlər, partiyalar arasında münasibətləri əks etdirən və onları ruhi-mənəvi, etik cəhətdən öyrənə bilən siyasi düşüncənin formalaşması. Obyektivlik, dəqiqlik, istiqamət seçə bilmək və ümumbəşəri dəyərlər cəhətdən həyata keçirilir. Cinsi tərbiyə — insanlarda sistemləşdirilmiş, şüurlu planlaşdırılmış cinsi şüurunun yaranması, onların ailə həyatına hazırlanması.
Təhkiyə
Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar. == Lirik təhkiyə == Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiya qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyasının ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür. == Epik təhkiyə == Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
"Tərbiyə" məktəbi
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Azad tərbiyə
Azad tərbiyə — XIX əsrin ikinci yarısı–XX əsrin əvvəlində Qərb pedaqogikasındada konsepsiya. == Tarixi == Tərbiyədə ifrat fərdiyyətçilik, uşağın şəxsiyyətini boğmağa, onun həyat və davranışının bütün cəhətlərini məhdudlaşdırmağa əsaslanan tərbiyəni və sistematik təlimi qətiyyətlə rədd etmək azad tərbiyə üçün xarakterikdir. Uşağın bütün qüvvə və bacarığının qeyri-məhdud inkişaf etdirilməsi azad tərbiyə tərəfdarlarının idealı idi. Azad tərbiyə ideyaları Jan Jak Russonun pedaqoji görüşləri ilə sıx bağlıdır. Azad tərbiyənin ilk təbliğatçılarından biri İsveç qadın yazıçısı Ellen Key olmuşdur. "Uşaq əsri" (1900) kitabında o, uşaqlara sərbəst inkişaf hüququ veriməsinin, onların yaşlıların təzyiqindən qurtarılmasının, yalnız gündəlik həyatda zəruri şeylərin təlim olunmasının tərəfdarı kimi çıxış edirdi. Almaniya pedaqoqları Henrix Şarrelman, Frits Qansberq, Lüdvik Qurlitt və başqaları müəllim və şagirdlərə yaradıcılıq azadlığı, öz fərdiyyətini sərbəst ifadə etmək hüququ verilməsi tələblərini irəli sürürdülər. Onların fikrincə, heç bir pedaqoji sistem olmamalıdır, çünki hər hansı sistem müəllimi yaradıcı işdən məhrum edir, onu peşəkara çevirir. XIX əsrin sonu–XX əsrin əvvəlində azad tərbiyə ideyaları anarxizm tərəfdarlarının – Rusiyadan Pyotr Kropotkin, S. For , eləcə də Fransadan Pol Roben və başqalarının pedaqoji görüş və fəaliyyətində əks olunmuşdu. Almaniya fərdiyyətçi pedaqoqlarından fərqli olaraq, anarxist pedaqoqlar azad tərbiyədə ictimai əmək aspektini ön plana çəkir, uşaqların könüllü əməkdaşlığına, onlarda qarşılıqlı yardımın inkişafına xüsusilə böyük əhəmiyyət verirdilər.
Məktəbi-tərbiyə
Məktəbi-tərbiyə və ya "Tərbiyə" məktəbi— Naxçıvan şəhərində XIX əsrə aid məktəb. == Haqqında == Məktəbi-tərbiyə 1894-cü ildə görkəmli maarifçi-pedaqoq Məhəmməd Tağı Sidqi tərəfindən Naxçıvan şəhərində təsis edilmişdir. Məktəbdə dünyəvi fənlərin tədrisinə ciddi fikir verilir, ana dili ilə yanaşı rus dili və ədəbiyyatı da öyrədilirdi. 1896-cı ildə məktəb üçün yeni bina tikilmişdi. Onun inşasına Hacı Zeynalabdin Tağıyev, general-leytenant İsmayıl xan Naxçıvanski yaxından köməklik göstərmişdilər. Məktəb az vaxtda Naxçıvanın ədəbi-mədəni həyatının mərkəzlərindən birinə çevrilmişdi. Burada yerli ziyalıların iştirakı ilə teatr tamaşaları göstərilir, ədəbi əsərlərin müzakirəsi keçirilir, yubiley gecələri təşkil olunurdu. Aleksandr Puşkinin anadan olmasının 100 illiyi münasibətilə keçirilən yubiley gecəsində (26 may 1899) Məhəmməd Tağı Sidqi şairin həyat və yaradıcılığı haqqında məruzə etmişdir. Cəlil Məmmədquluzadə bu məktəbi "yeniyetmə müəllim və ədiblər üçün darülürfan" adlandırmışdır. 1896-cı ildə Rus-tatar (Rus–Azərbaycan) məktəbinə çevrilərkənməktəbinin fəxri nəzarətçisi Bəhram xan Naxçıvanski olmuş, sonra o yerini istefada olan rotmeyster Cəfərqulu xan Naxçıvanskiyə vermiş, daha sonra isə Mirzə Ələkbər Süleymanov özünün yazdığına görə 1897-ci ildə məktəbin müdiri təyin edilmişdir.
Mərziyə Afham
Mərziyə Afham (11 yanvar 1965, Şiraz) — İran İslam Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) Mərziyə Afham 2013-cü ildə İranda Xarici İşlər Nazirliyinin ilk qadın mətbuat katibi statusuna sahib olmuşdu. 2015-ci ildə isə İranın ilk qadın səfiri olaraq tarixə düşüb.
Mərziyə Davudova
Mərziyyə Yusif qızı Davudova (Dautova) (25 noyabr (8 dekabr) 1901, Həştərxan – 6 yanvar 1962, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, SSRİ xalq artisti (1949), Azərbaycan SSR xalq artisti (1936), Azərbaycan Teatr Cəmiyyətinin sədri (1956–1961). == Həyatı == Mərziyə Davudova 8 dekabr 1901-ci ildə Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur. 1908–1912-ci ildə kəndlərindəki dördillik "Darültəhsil", 1912–1915-ci illərdə "Qaliyə" və 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlmişdir. İlk dəfə Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyə Məhərrəmova
Mərziyə Məhərrəmova (d. 14 aprel 1996) — Azərbaycanlı ağır atlet. == Həyatı == Mərziyə Məhərrəmova 14 aprel 1996-cı ildə anadan olub. == Karyerası == Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. == Bioqrafiyası == 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Mərziyə Üskuyi
Mərziyə Əhmədi Üskuyi (fars. سكوئیا احمدی مرضيه‎) – Azərbaycan şairi və ictimai xadimi. == Həyatı == Mərziyə Əhmədi Üskuyi Güney Azərbaycanın (İran) Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olmuşdur. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləmişdir. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazmışdır. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilmişdir. Həyatının məhbəs günləri haqqında xatirələrini yazmışdır. == Mənbə == Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. Dörd cilddə, IV cild, Redaktoru Mirzə ibrahimov, Bakı: Elm, 1994 Azərbaycan qadın şairlərinin poeziya antologiyası: klassiklər və sovet dövrü (Azərbaycan və ingilis dillərində). Bakı: 2014 Güney Azərbaycan nəsri (Başlanğıcdan bu günə qədər).
Rəmziyə Tarsinova
Rəmziyə Tarsinova (krımtat. ; 9 dekabr 1926, Simferopol – 7 aprel 2021, Krım) — Sovet tacik, krım tatar və ukraynalı rəqqas, xoreoqraf. Qaytarma ansamblının bədii rəhbəri (1992–2016). Tacikistan SSR xalq artisti (1983). Ukraynanın əməkdar artisti (2020). == Bioqrafiyası == 9 dekabr 1926-cı ildə Simferopolda anadan olmuşdur. Atası rəqqas və xoreoqraf Useyn Bakkal (1897–1973), anası pianoçu Zore İsmayılova, bacıları Pakizə, Tamilla və Ruşena. Beş yaşında rəqs etməyə başlayır. V. Xarçenkonun rəhbərliyi altında Simferopoldakı uşaq rəqs studiyasında təhsil alır. Simferopol Balet Studiyasını bitirir.
Tənzilə Narbayeva
Tənzila Kamalovna Narbayeva (özb. Tanzila Kamalovna Narbayeva;24 iyul 1956, Əndican vilayəti, Şahrixan rayonu) — Özbəkistan Respublikasının dövlət və ictimai xadimi, Özbəkistan Respublikası Ali Məclisi Senatının ilk qadın sədri (21 iyun 2019-cu il), Özbəkistan Baş nazirinin müavini (2016–2019), Özbəkistan Velosiped Federasiyasının sədri (2011-ci ildən), Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri (2010–2016). == Həyatı == 24 iyul 1957-ci ildə Əndican vilayətinin Şahrixan rayonunda anadan olub. Daşkənd Dövlət Universitetini bitirib, pedaqogika elmlər namizədidir. Karyerasına 1974-cü ildə Şahrixan şəhərindəki 1 nömrəli məktəbdə başlamışdır. 1975–1995-ci illərdə Daşkənddəki məktəblərdən birində müəllim, məktəb direktorunun müavini olaraq çalışıb, eyni zamanda müxtəlif təşkilat və şöbələrdə məsul vəzifələrdə çalışmışdır. Xüsusilə Narbayevanın Özbəkistan Xalq Demokratik Partiyasının rayon şuralarından birində katib, eyni zamanda bu partiyanın mərkəzi şurasında sektor müdiri işlədiyi məlumdur. Tənzilə Narbayeva 1995–2010-cu illərdə Özbəkistan Nazirlər Kabinetində aşağıdakı vəzifələrdə çalışmışdır: Baş nazir müavininin katibliyinin rəhbəri; Ailə, Ana və Uşaq Sosial Müdafiəsi Kompleksi rəhbəri; Təhsil, səhiyyə və sosial müdafiə üzrə məlumat və analitik şöbəsində: aparıcı mütəxəssis; baş mütəxəssis. 21 dekabr 2010–20 dekabr 2016-cı il tarixlərində Özbəkistan Həmkarlar İttifaqları Federasiyası Şurasının sədri vəzifəsində çalışıb. Narbayeva Həmkarlar İttifaqları Federasiyasında çalışmağın karyerasında bir dönüş nöqtəsi olduğuna inanır, çünki orada "müstəqil bir iş yerinə getdim".
Tənzilə Rüstəmxanlı
Tənzilə Rüstəmxanlı (28 noyabr 1960, Qaraçanta, Amasiya rayonu) — Azəri Türk Qadınlar Birliyinin sədri. == Həyatı == Tənzilə Rüstəmxanlı 28 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Əzizbəyov kəndində anadan olmuşdur. 1969-cu ildə ailə vəziyyətimlə əlaqədər Azərbaycan Respublikasının Balakən rayonunun Qazbinə kəndinə köçmüşdür. 1969-cu ildə Qazbinə kənd orta məktəbin birinci sinfinə daxil olmuş və 1977-ci ildə məkətəbin 8-ci sinfini bitirmişdir. 1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir.1977-ci ildə Bakı şəhərində Bakı Ticarət Texnikomuna daxil olmuş, Mühasibat uçotu üzrə ixtisasa yiyələnmişdir. 1980-ci ildə texnikomu bitirib, Mingəçevir şəhərinin Ticarət İdarəsinə təyinat üzrə göndərilmişdir. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışmişdır. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində çalışır. 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini almışdır.1996-cı il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin- sədri seçilmişdir.
Tənzilə Zumakulova
Tənzilə Zumakulova (18 iyul 1934, Tırnıauz) — Sovet və rus, balkar şairəsi. Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasının xalq şairi (1982). 1975-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. == Bioqrafiyası == 1934-cü il iyulun 18-də Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində Şimali Qafqazda vətəndaş müharibəsinin iştirakçısı Mustafa Başçıyeviç Zumakulovun (1898-1963) ailəsində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1940-1944-cü illərdə Qırxocan kəndində ibtidai məktəbdə oxuyur. Lakin Balkar xalqı deportasiya edildikdən sonra təhsilini Qırğızıstanda davam etdirir. Artıq məktəb illərində ədəbiyyatda özünü sınayır. İlk şeirləri 1954-cü ildə çap olunur. 1957-ci ildə, on üç illik deportasiya dövrünün sonunda balkarlar vətənlərinə qayıdır.
Tiğiyə (Nəmin)
Tiğiyə (fars. تيغيه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (44 ailə).
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
Təkiyə (Bicar)
Təkiyə (fars. تكيه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Tarixi == Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. == Haqqında == Dərvişlərin ibadət etdiyi yerləş təkiyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.
Təbiət yoxsa tərbiyə
Təbiət, yoxsa tərbiyə — biologiyada və cəmiyyətdə taleyi təyin edən iki rəqabətli amil: genetika (təbiət) və ətraf mühit (tərbiyə) arasında tarazlıq haqqında uzun müddətdir davam edən mübahisə. İngilis dilində bununla bağlı işlənən "nature and nurture" alliterativ ifadəsi ən azı Yelizaveta dövründən istifadə olunur və kökləri orta əsr fransız dilinə gedib çıxır. İki anlayışın bir-birini tamamlayan birləşməsi qədim anlayışdır (q.yun. ἁπό φύσεως καὶ εὐτροφίας). Təbiət insanların ilkin təsir kimi düşündüyü şeydir, genetik irsiyyət və digər bioloji amillərdən təsirlənir. Tərbiyə ümumiyyətlə konsepsiyadan sonra xarici amillərin təsiri kimi qəbul edilir, məsələn, məruz qalma, təcrübə və öyrənmə məhsuludur. Müasir mənada ifadə, irsiyyət və ətraf mühitin sosial tərəqqiyə təsirini müzakirə edərkən, yevgenika və davranış genetikasının müasir banisi Viktoriya dövrü polimatı Frensis Qalton tərəfindən populyarlaşmışdır. Qalton, təkamülçü bioloq Çarlz Darvinin Növlərin mənşəyi əsərindən təsirlənmişdir. İnsanların davranış xüsusiyyətlərinin hamısını və yaxud demək olar ki, hamısını "tərbiyə"dən əldə etməsi fikri 1690-cı ildə Con Lokk tərəfindən tabula rasa ("boş və ya ağ lövhə") adlandırıldı. İnsanın davranış xüsusiyyətlərinin demək olar ki, yalnız ətraf mühitin təsirindən inkişaf etdiyini güman edən insan inkişafı psixologiyasında boş bir fikir XX əsrin böyük bir hissəsində geniş yayılmışdı.
Antik yunan fəlsəfəsində tərbiyə
Tərbiyə sözü ərəbcə "əl-tərbiyə" sözünün "rəbb" kökündən əmələ gəlib.O üç mənanı ifadə edir: "Rəba"- doğri yol göstərmək;"Rəbi"-bəsləmək,yetişdirmək,böyütmək,tamamlamaq;"riba"-çoxaltmaq. Tərbiyə işi insan cəmiyyətinin yarndığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması,onkişafı,davranışı prosesidir. Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik,bacarıq və təcrübənin məqsədyönlü,planlı,mütəşəkkil şəkildə gənc nəslə aşılanmasıdır. == Sparta tərbiyə sistemi == Qədim yunan filosofu Aristotelə görə,Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu.Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər,gələcək quldarlar yetişdirməkdən ibarət idi.Ona görə də quldar övladlarının fiziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi. Plutarx yazırdı ki,"yeni doğulan uşaqları ağsaqqallar nəzərdən keçirirdilər.Əgər o,(uşaq) möhkəm və ahəngdar quruluşlu olardısa,onu tərbiyə etmək üçün atasına qaytarar,zəif və eybəcər uşaqları Tayqet yanındakı uçurumdan atardılar.Onlar zənn edirlər ki,belə uşağın həyatı nə onun özünə,nə də cəmiyyətə mənfəət verə bilməz.Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu verməmişdir". == Tərbiyə sisteminin mərhələləri == Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar.Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü.Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi: a) 7 yaşdan 14 yaşadək; b) 14 yaşdan 20 yaşadək; c) 20 yaşdan 30 yaşadək. Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi.Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər tayin olunurdu ki,onlara pedanom deyilirdi. === I mərhələ === Birinci mərhələdə uşaqlar pedanonum-tərbiyəçinin rəhbərliyi altında tərbiyə alırdılar.Onlar birlikdə yaşayır,oxu və yazı vərdişlərinə yiyələnirdilər.Fiziki hazırlığa isə xüsusi yer verilirdi,belə ki,oğlanların bədəni möhkəmləndirilir,habelə onlara soyuğa,aclığa,ağrılara və susuzluğa tab gətirmək aşılanırdı.Gənc spartalılar qaçmağa,hoppanmağa,əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı,hərbi mahnılar oxumağa da hazırlanırdılar.Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə verilirdi.Onları müxtəsərliyə,öz fikrini qısa və yığcam söyləməyə alışdırırdılar. === II mərhələ === Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi.Tərbiyə üsulları getdikcə sərtləşirdi.Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçılarının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi.Gənclərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi,lakin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün "ayıqlıq dərsləri" təşkil etmişdi.Bu "dərslərdə" qullar içməyə məcbur edilirdi ki,spartalılar sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar Uşaqların tərbiyəsindəki mühüm məsələlərdən biri onların tikanlı,lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi.Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrədilirdi ki,buna "lakonik nitq" deyilirdi.
Pis tərbiyə (film, 2004)
Pis tərbiyə (isp. La mala educación) — rejissor Pedro Almodovarın dram janrında filmi. 2004-cü ildə çəkilmişdir. == Məzmun == Enrike (Fele Martínez) 27 yaşlı uğurlu rejissordur. O özünü yeni filmlərini üçün yeni süjetlərinin axtarışındadır. Bir gün, öz ofisində işləyərkən, onun yanına İqnasio adında uşaqlıq dostu adında gənc insan gəlir. İgnasio Enrique'yə deyir ki, ona təcili olaraq iş tapmaq lazımdır və həmçinin onun uşaqlıq haqqında yazılmış hekayəsini verir. O bu gündən onu İqnasio deyil, Anhel adlandırmağı xahiş edir. "Ziyarət" adlı hekayədə İgnasio və Enriquenin katolik internatda birgə həyatından danışılır. İgnasio internatda padre Manolo tərəfindən müntəzəm seksual zorakarlığa məruz qalır.
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi
Qarabağ ermənilərinin Ermənistana təxliyə edilməsi — 2023-cü ildə Qarabağda döyüşlərdən və Dağlıq Qarabağ regionunun Azərbaycanın nəzarətinə keçməsindən sonra orada yaşayan ermənilərin Ermənistana təxliyə edilməsi. Onların çoxunun Ermənistana getməsinin səbəbi Azərbaycanda təqib və etnik təmizləmə qorxusu ilə qarşılaşmaları olmuşdur.[mənbə göstərin] == Zəmin == 2023-cü ilin sentyabrında Azərbaycan separatçı Dağlıq Qarabağ Respublikasına qarşı genişmiqyaslı hərbi hücum başlatmışdı. Bundan sonra Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin Ermənistana qaçmağa başlamışdır. == Təxliyə == Hərbi əməliyyatların birinci saatlarından Rusiya Sülhməramlı Kontingenti Ağdərə rayonu, Xocalı rayonu və Xocavənd rayonundan ümumi olaraq 5,000-dən çox ermənini sülhməramlıların hərbi hissələrinə təxliyə etmişdir. 22 sentyabrda təxliyə prosesini şərh edən xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan "onların öz evlərinə qayıtmaq üçün real şanslarının olmadığını, Azərbaycanın beynəlxalq ictimaiyyətə yalan danışmağa davam elədiyini" bildirdi və beynəlxalq ictimaiyyət təcili tədbirlər görməyə çağırmışdır. 24 sentyabr ilk qaçqınlar qrupu Kornidzor sərhəd məntəqəsindən keçərək Ermənistana çatmışdır. 25 sentyabr saat 06:00-a olan rəsmi məlumatlara əsasən Dağlıq Qarabağdan Ermənistana 2,906 insan gəlmişdi. Onlardan 1000 nəfəri seçdiyi yaşayış yerinə gedib, 1100 nəfəri isə düşərgələrə aparılmışdır. Dağlıq Qarabağın insan hüquqları üzrə ombudsmanı Artaq Berqlyan baş verənləri soyqırım və nifrət siyasəti adlandırdı, Rusiya sülhməramlılarını vəzifələrinin öhdəsindən gələ bilmədiyini qeyd elədi. 25 sentyabr saat 18:00-a olan rəsmi məlumatlara əsasən isə Dağlıq Qarabağdan Ermənistana gələn insanların sayı 6650 oldu.