Teseyin gəmisi (paradoks)
“Teseyin gəmisi” və ya Tesey paradoksu - əşyaların mahiyyətinə dair paradoksdur. “Əgər obyektin bütün tərkib hissələri dəyişdirilibsə, obyekt həmin obyekt olaraq qalırmı?”.
Plutarxın ötürdüyü yunan mifində deyilir ki, Teseyin Kritdən Afinaya qayıtdığı otuz avarlı gəmi Falerli Demetrinin dövrünədək afinalılar tərəfindən mühafizə olunub saxlanırdı. Gəmi təmir olunduqca köhnə lövhələr tədricən yeniləri ilə əvəz olunurdu və buna görə də, filosoflar arasında “bu hələ həmin gəmidirmi?” mövzusunda mübahisələr yaranmışdı .
Yunan filosofu Heraklit bu paradoksun həlli yolu kimi “bir çaya iki dəfə girmək olmaz” iddiasını səsləndirmişdir .
Aristotelin fəlsəfi məktəbinə uyğun olaraq, obyektin bir neçə xarakteristikası var: forma, material və əşyanın mahiyyəti. Aristotelin təliminə görə, əşyanın mahiyyəti ən vacib əlamətdir və “Teseyin gəmisi”nin mahiyyəti dəyişmədiyindən o, həmin gəmi olaraq qalır.
Digər bir yanaşmaya görə, əşyalar kəmiyyət və keyfiyyət əlamətlərinə görə eyniləşdirilə bilərlər. Bu halda, lövhələr dəyişdirildikdən sonra Teseyin gəmisi kəmiyyətcə həmin gəmi olsa da, keyfiyyətcə artıq başqa gəmidir.
Filosof Con Lokkun nəzərdən keçirdiyi variantda söhbət corabdan və yamaqlardan gedir və ilkin corabla tamam yamaqlardan ibarət corab qarşılaşdırılır
Teseyin gəmisi paradoksu Terri Pratçettin “Beşinci elefant” kitabında xatırlanır.