Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbilcə
Əbilcə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Qaraçayın sahilində yerləşir. Toponim Əbil şəxs adına -cə şəkilçisini əlavə etməklə yaranmışdır, "Əbilə məxsus yer" mənasındadır.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. == Həyatı == Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakultəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Üzvi kimya” kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967-2010-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səbirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — 2009–2021-ci illərdə Azərbaycanı təmsil edən qadın güləşçi. Səbirə Əliyeva 2018-ci il Avropa Çempionatının bürünc medalına sahib olub. == Həyatı == Səbirə Əliyeva 1995-ci il sentyabrın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. 2009-cu ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Hicran Şərifovdur. == Karyerası == Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu.
Bircə Akalay
Bircə Akalay (19 iyun 1984, İstanbul) — Türk aktrisa. == Həyatı və karyerası == 2003-də Pera Gözəl Sənətlər Liseyi Teatr bölümündə lisey təhsil aldı. Həmin il girdiyi İstanbul Universiteti teatr aktrisalığı və dramaturgiya bölümündəki təhsilini tamamlamadı amma Xaliç Universiteti Konservatoriya Teatr bölümündən məzun oldu. 2004 Türkiyə Gözəllik yarışmasında üçüncü olduqdan sonra Avropa Gözəllik yarışmasında Türkiyəni təmsil etdi və yarımfinala çıxdı.2004–2007-ci illər arasında Star TV və TV8də idman spikerliyi, həmdə Çempionlar liqası və 8-ci Pillə kimi verilişlərdə aparıcılıq etmişdir.2007-ci ildə yayımlanan "Qədər" və "Sənin Üçün" seriallarında baş rolda oynamışdır.2008-ci ildə "Asi" adında serialda qonaq aktrist olaraq qatılmışdır.Bundan başqa 2008-də vizyona girən "Son Dərs" və 2009-un oktyabr ayında vizyona girən "Nəfəs" filmində rol almışdır. 2009-cu ildə TRT 1-də yayımlanan "Alayına İsyan" serialında Sevtap rolunda, 2009-cu ilin sentyabr ayında "Sizi Sevirəm" filmində Əmrə Altuğ ilə baş rolları paylaşmışdır.2009-da atv-də yayımlanan "Qış nağılında" Zişan rolunda oynamışdır.Həmin il TRT Müzik kanalında başlayan və TV8-də davam edən verilişi Sinema dünyası bir yayın mövsümü davam etmişdır.2010-cu ildə keçmiş əri Murad Ünalmış ilə birliktə Ürgübdə bir eşqi anlatan Yer Göy Eşq serialında Həvva rolunu canlandırmışdır. 2013-cü ildə atv-də Baş Nazir Ədnan Menderesin həyatından bəhs edən Mən Onu Çox Sevdim adlı serialda opera sənətçisi Ayxan Aydan rolunu canlandırmışdır. 2013-cü ildə TRT 1-də yayımlanan Belə Bitməsin adlı seriala qonaq aktrist olaraq qatılmışdır. Sonra isə Kanal D-də yayımlanan Kiçik Ağa adlı serialda Sinəm rolunu canlandırmışdır. Kiçik Ağa serialında baş rolu paylaşdığı Sarp Ləvəndoğlu ilə 1 avqust, 2014-cü ildə evlənmişdir. 2 il davam edən evlilikdən sonra 17 yanvar, 2017-ci ildə boşanmışdır.
Əbu Təbarə-yi do
Əbu Təbarə-yi do (fars. ابوطباره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 73 ailədə 148 nəfəri kişilər və 151 nəfəri qadınlar olmaqla cəmi 299 nəfərdir.
Əbu Təbarə-yi yek
Əbu Təbarə-yi yek (fars. ابوطباره یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 34 ailədə 65 nəfəri kişilər və 72 nəfəri qadınlar olmaqla cəmi 137 nəfərdir.
Vəhşi Təbiətə Üz tutan Fərdiyyəçilər
Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (isp. Individualistas Tendiendo a lo Salvaje, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir. == İdeologiya == 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi. Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı. 2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca.
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. == Məzmun == Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. == Film haqqında == Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Və bircə kəlmə də demədi
'bircə kəlmə də demədi — alman yazıçısı Haynrix Böll tərəfindən 1953-cü ildə qələmə alınmış bir romandır və əsasən kasıb, çoxuşaqlı Fred və Kete Boqner cütlüyünün müharibədən sonrakı həyatının təsviri və eləcə də kilsə mövzusu üzərinə qurulmuşdur. Əsəri Azərbaycan dilinə 2017-ci ildə tanınmış tərcüməçi Vilayət Hacıyev çevirmişdir. Bu romana görə Böll çox sayda yerli və xarici mükafatlara layiq görülür, bunlardan biri də Alman Tənqidçilər Birliyinin Ədəbiyyat Mükafatıdır. Hans Verner Rixter (47-lər dərnəyi) "Və bircə kəlmə də demədi" romanını "müharibədən sonra yazılmış ən yaxşı kitab" kimi səciyyələndirib. Kitab oxucular arasında da böyük rəğbətlə qarşılanıb. 1953-cu ilin sonuna kimi müxtəlif tirajlarla kitabın 17.000 nüsxəsi satışa çıxarılıb. == Məzmun == Romanın baş qəhrəmanları Fred və Kete Boqner cütlüyüdür. Fred artıq iki aydır ki, öz ailəsi ilə yaşamır, çünki o, bir otaqlı evdə yaşamağa dözə bilmir. Əsərdə təsvir edilən hadisələr sadəcə bir neçə gün ərzində cərəyan edir. “...