Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Təqlidçi demokratiya
Təqlidçi demokratiya (buna kvazidemokratiya, psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ demokratiya, süni demokratiya, marionet demokratiya da deyilir) - bu formada əslində hakimiyyət bir qrupun, hakim partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, guya, xalq hakimiyyətini özü formalaşdırır.
Təqlidçi hüceyrələr
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.
Təqlid (davranış)
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Alban təqvimi
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür. Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047-1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır. == Cənubi Qafqaz təqvimləri == Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur. == Aylar == === Navasardun === Alban təqvimində ilk ay olmuşdur.
Assuriya təqvimi
Assuriya təqvimi e.ə. 4750-ci ildə başlayan ay əsaslı bir təqvimdir, Assuriyada inşa edilən ilk məbəddən ilham almışdır, xüsusilə Addi Alkhas, Jean Alkhas və Nimrod Simono tərəfindən təşkil edilən Aşşur jurnalı " Gilqameşdə "nəşr olunan bəzi məqalələr əsas alınmışdır. Yeni il yazın ilk günü ilə başlayır. Assuriya yeni ili hələ də hər il toplanaraq festivallarla qeyd olunmağa davam edir. 2017-ci il isə Assuriya təqvimində 6767-ci ilə təsadüf edir.
Astek təqvimi
Astek təqvimi - tarixin müəyyən dövrlərində Mərkəzi Amerika xalqları tərəfindən qəbul edilmiş zaman ölçüsü. == Haqqında == Astek təqvimi ilk dəfə 3500 il bundan əvvəl olmeklər tərəfindən istifadə olunmuş və sonralar Meksikanın mərkəzi hissələrində yaşayan xalqlar, o cümlədən mayyalılar, sapoteklər və asteklər tərəfindən qəbul edilmişdir. Onların təsəvvürlərinə görə bu zaman ölçüsü ilahi mənşəyə malikdir və həmçinin insanlara xoşbəxtliyi, bədbəxtliyi və neytral həyatı bəxş etmək qüdrətinə malikdir. Asteklər yalnız ilk iyirmi ədədi tanıyırdilar, lakin buna baxmayaraq onlar bu ədədlərin kombinasiyasından çox böyük rəqəmlər alırdılar. Astek təqvimi hərəsi 20 gündən ibarət olan 18 ayı nəzərdə tuturdu. İl 20X18+5=365 gün idi. Burada 52 illik sikl tətbiq olunurdu. Hər sikl 13 illik 4 dövrəyə bölünürdü. Hər siklin sonunda 13 gün artırılırdı. Beləliklə, hər il üçün orta müddət 365,25 gün alınırdı.
Ay təqvimi
Ay təqvimi — ayın Yer kürəsi ətrafındakı hərəkət dövriliyinə əsaslanan təqvim növü. Bu tip təqvimlərdən ən çox istifadə olunanı ay səhifələrinin dəyişməz dövriliyinə əsaslanan təqvimlərdir. İlk Ay təqvimi İkiçayarasında miladdan öncə III minillikdə tərtib edilmişdir. Miladdan öncə IX əsrdə aşşurlar, sonra isə yəhudilər həmin təqvimdən istifadə etmişlər. Bu təqvim sonralar Şərq ölkələrində geniş yayılmışdır. Hazırda 20-dən çox Şərq ölkəsində təqvim kimi rəsmən Ay təqvimindən — Hicri-qəməri təqvimindən istifadə edilir. Hicri-qəməri təqvimi 12 aydan ibarətdir və bu təqvimdə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Bu təqvim Günəş təqvimindən 11 gecə-gündüz qısadır. == Ay təqvimləri == Təqvimdə əsas vaxt vahidi olaraq Ayın iki ardıcıl eyni adlı fazası arasındakı vaxt müddəti götürülür. Bu vaxt vahidi sinodik ay adlanır.
Babil təqvimi
Babil təqvimi — qədim təqvimlərdən biri. Şumerdə e.ə. IV minilliyin sonu-III minilliyin başlanğıcında hər bir şəhərin öz təqvimi var idi. Kahinlər ulduzlu səmanı müşahidə etməklə xeyli astronomik nəticəni əldə etmişlər. E.ə. III minillikdə səma cisimlərinin hərəkətinin müşahidə etmək üçün hündürlüyü 20 m-ə çatan çoxmərtəbəli qüllələr inşa olunurdu. Bu qüllələr adətən məbədlərin yanında tikilirdi. Üst hissəsində ibadətgah olurdu. Ümumiyyətlə İkiçayarasının əhalisinin qədim inamında astral sitayişlər geniş yayılmışdır. İkiçayarasının erkən sivilizasiyalarında təsərrüfat həyatının tənzimlənməsində ayın hərəkətinə xüsusi yer verildiyində buradakı şəhər və dövlətlərin ilk təqvimləridə qəməri təqvim olmuşdur.
Bahai təqvimi
Bəhai təqvimi — Bəhailikdə istifadə edilən bir təqvimdir. Təqvim 21 mart 1844-də qəbul edilmişdir.
Benqal təqvimi
Benqal təqvimi (benq. বঙ্গাব্দ) — Benqal və Banqladeş ərazilərində istifadə edilən bir günəş təqvimidir. Təqvim Assam, Benqal ərazisində istifadə edilir.
Berber təqvimi
Berber təqvimi — Afrikanın şimal-qərbində istifadə edilən berberlərin istifadə etdiyi təqvimdir.
Bizans təqvimi
Bizans təqvimi — Bizans imperatoru II. Basileios tərəfindən qəbul olunub, 988-ci ildən 1453-cü il Bizans İmperiyasının sonuna kimi tətbiq olunub. Bu təqvimə görə dünya e.ə. 5509-cu il 1 sentyabrda yaranıb. Ona görə təqvim 1 sentyabrdan başlayır.
Buddist təqvimi
Buddist təqvimi — kiçik fərqlərlə Taylandda, Laosda, Kambocada, Myanmada və Şri-Lankada istifadə edilir. Çinin ilhaqına qədər Tibetdə də istifadə edilib (bu ölkədə mahayana buddizmi geniş yayılıb). Taylandda eyni zamanda qriqori təqvimi də istifadə edilir. İnduistlər onu ayın fazaları əsasında yaradıblar. Ay-günəş təqvimində ilin başlanğıcı dekabr ayına təsadüf etsə də aylar ayın fazalarına bağlıdırlar. Taylandda buddist təqvimini həm də Tyantharakhati (tay dilində — จันทรคติ. Tyantharakhati) adlandırırlar. Buddist təqvimi Budda Qautamanın nirvanaya getməsi ilindən hesablanır və qriqori təqvimini 543 il qabaqlayır (ənənəyə görə Budda Şakyamuninin nirvanası e.ə. 543-cü ilə təsadüf edir). Bu əsasla qriqori təqviminin 2020-ci ili buddist təqviminin 2563-cü ilinə müvafiqdir.
Bəhai təqvimi
Bəhai təqvimi — Bəhailikdə istifadə edilən bir təqvimdir. Təqvim 21 mart 1844-də qəbul edilmişdir.
Cokyo təqvimi
Cokyo təqvimi(貞享暦|Jōkyō-reki) Yaponiyada istifadə edilmiş təqvimlərdən biridir.1684-cü ildən 1753-cü ilə kimi istifadə edilmişdir. Bu təqvim rəsmi olaraq 1685-ci ildə qəbul edilmişdir.Cokyo təqvimi Şibukava Şunkai tərəfindən hazırlanmış və izah edilmişdir.O,günəş ilinin uzunluğunun 3652417 gün olmasını təsdiq etmişdir.Şibukava həm də 800 il istifadə edilmiş Çin təqvimi olan Semmyo təqvimində bəzi səhvləri aşkar etmişdir.
Davamlılıq tənliyi
Davamlılıq tənliyi, axdığı boru içərisindəki duruların (mayelərin) axını, onu qoruyub saxlayan bir tənlikdir. Kütlə, enerji, impuls, elektrik yükü və digər təbii miqdarlar lazımi şəraitdə saxlanıldığı üçün müxtəlif fiziki hadisələri davamlılıq tənliyi ilə təsvir etmək olar. == Sıxılmış durular için davamlılıq tənliyi == ρ 1 ⋅ V 1 ⋅ A 1 = ρ 2 ⋅ V 2 ⋅ A 2 {\displaystyle \rho _{1}\cdot \mathbf {V} _{1}\cdot \mathbf {A} _{1}=\rho _{2}\cdot \mathbf {V} _{2}\cdot \mathbf {A} _{2}} burada; ρ {\displaystyle \rho \,} : Sıxlıq , V {\displaystyle \mathbf {V} } Durunun sürəti , A {\displaystyle \mathbf {A} } : Məhdud ( Enkesit ) vektorial sahədir . == Sıxılmayan durular için davamlılıq tənliyi == V 1 ⋅ A 1 = V 2 ⋅ A 2 {\displaystyle \mathbf {V} _{1}\cdot \mathbf {A} _{1}=\mathbf {V} _{2}\cdot \mathbf {A} _{2}} burada; V {\displaystyle \mathbf {V} } Durunun sürəti , A {\displaystyle \mathbf {A} } : Məhdud ( Enkesit ) vektorial sahədir .
Diofant tənliyi
Diofant tənliyi — adını e.ə III əsrdə yaşadığı təxmin edilən qədim yunan riyaziyyatçısı Diofantdan alan dəyişənləri və əmsalları tam ədəd olan tənlik. Diofant "Hesab" adlı yalnız 6 cildi günümüzə gəlib-çatan əsərində 130 tənliyi və onların həllini qeyd etmişdir. == Xətti Diofant tənlikləri == Sadə xətti tənlikdə nümunələr aşağıdakı kimi verilə bilər; Nümunə 1.1 x + y = 1 {\displaystyle x+y=1} Bu bərabərlikdə hər bir x qiyməti üçün tək bir y həlli var. ( y = 1 − x {\displaystyle y=1-x} ). Bu bərabərliyin həll çoxluğu; (X, 1 − X) şəklindədir hər X ∈ Z üçünNümunə 1.2 x + 2 y = 1 {\displaystyle x+2y=1} Bu dəfə x-in hər hansı bir tam ədəd ola bilməyəcəyi, lakin sadəcə tək ədəd ola biləcəyi görülür ( x = 1 − 2 y {\displaystyle x=1-2y} ). Bu bərabərliyin həll çoxluğu; (1-2y, y) şəklindədir hər y ∈ Z üçünNümunə 1.3 3 x + 6 y = 1 {\displaystyle 3x+6y=1} Bu bərabərliyin həlli boş çoxluqdur. Hər x {\displaystyle x} və y {\displaystyle y} tam ədəd seçimi üçün bu tənliyin sol tərəfi həmişə 3-cü qüvvət olduğu halda sağ tərəfi heç vaxt 3-cü qüvvətdən ola bilməz. === Ümumi xətti Diofant tənliyi === a x + b y = c {\displaystyle ax+by=c} şəklindədir. Burada a, b və c tam əmsallar x {\displaystyle x} və y {\displaystyle y} tam ədəd dəyişənləridir. == Digər nümunələr == === Pifaqor teoremi === Ümumi bir nümunə Pifaqor tənliyidir (Bax: Pifaqor teoremi) Nümunə 2.1.1 x 2 + y 2 = z 2 {\displaystyle x^{2}+y^{2}=z^{2}\,} Burada x , y , z {\displaystyle x,y,z} tam ədədləri düzbucaqlı üçbucağın kənar tərəflərini təmsil etdiyi üçün Pifaqor üçlüyü olaraq da adlandırılır.
Diyofantus tənliyi
Diofant tənliyi — adını e.ə III əsrdə yaşadığı təxmin edilən qədim yunan riyaziyyatçısı Diofantdan alan dəyişənləri və əmsalları tam ədəd olan tənlik. Diofant "Hesab" adlı yalnız 6 cildi günümüzə gəlib-çatan əsərində 130 tənliyi və onların həllini qeyd etmişdir. == Xətti Diofant tənlikləri == Sadə xətti tənlikdə nümunələr aşağıdakı kimi verilə bilər; Nümunə 1.1 x + y = 1 {\displaystyle x+y=1} Bu bərabərlikdə hər bir x qiyməti üçün tək bir y həlli var. ( y = 1 − x {\displaystyle y=1-x} ). Bu bərabərliyin həll çoxluğu; (X, 1 − X) şəklindədir hər X ∈ Z üçünNümunə 1.2 x + 2 y = 1 {\displaystyle x+2y=1} Bu dəfə x-in hər hansı bir tam ədəd ola bilməyəcəyi, lakin sadəcə tək ədəd ola biləcəyi görülür ( x = 1 − 2 y {\displaystyle x=1-2y} ). Bu bərabərliyin həll çoxluğu; (1-2y, y) şəklindədir hər y ∈ Z üçünNümunə 1.3 3 x + 6 y = 1 {\displaystyle 3x+6y=1} Bu bərabərliyin həlli boş çoxluqdur. Hər x {\displaystyle x} və y {\displaystyle y} tam ədəd seçimi üçün bu tənliyin sol tərəfi həmişə 3-cü qüvvət olduğu halda sağ tərəfi heç vaxt 3-cü qüvvətdən ola bilməz. === Ümumi xətti Diofant tənliyi === a x + b y = c {\displaystyle ax+by=c} şəklindədir. Burada a, b və c tam əmsallar x {\displaystyle x} və y {\displaystyle y} tam ədəd dəyişənləridir. == Digər nümunələr == === Pifaqor teoremi === Ümumi bir nümunə Pifaqor tənliyidir (Bax: Pifaqor teoremi) Nümunə 2.1.1 x 2 + y 2 = z 2 {\displaystyle x^{2}+y^{2}=z^{2}\,} Burada x , y , z {\displaystyle x,y,z} tam ədədləri düzbucaqlı üçbucağın kənar tərəflərini təmsil etdiyi üçün Pifaqor üçlüyü olaraq da adlandırılır.
Dreyk tənliyi
Dreyk tənliyi — qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formul. Formul aşağıdakı kimidir: N = R ⋅ f p ⋅ n e ⋅ f l ⋅ f i ⋅ f c ⋅ L {\displaystyle N=R\cdot f_{p}\cdot n_{e}\cdot f_{l}\cdot f_{i}\cdot f_{c}\cdot L} burada, N {\displaystyle ~N} — əlaqəyə girməyə hazır olan sivilizasiyaların sayı; R {\displaystyle ~R} — il ərzində bizim qalaktikada yaranan ulduzların sayı; f p {\displaystyle ~f_{p}} — planetləri olan ulduzların xüsusi çəkisi; n e {\displaystyle ~n_{e}} — sivilizasiyanın yaranması üçün müvafiq şəraitə malik olan planetlərin və peyklərin sayı; f l {\displaystyle ~f_{l}} — müvafiq şəraitə malik olan planetdə həyatın yaranması ehtimalı; f i {\displaystyle ~f_{i}} — həyat olan planetdə şüurlu varlıqların yaranma ehtimalı; f c {\displaystyle ~f_{c}} — əlaqəyə hazır olan və əlaqəyə girmək istəyən şüurlu sakinlərə malik planetlərlə, şüurlu sakinləri olan planetlərin sayına nisbəti; L {\displaystyle ~L} — bu sivilizasiyaların ömür müddəti.Formul Kaliforniyanın Santa-Kruz Universitetinin astronomiya və astrofizika professoru Frenk Donald Dreyk tərəfindən 1960-cı ildə təklif olunmuşdur. Onun 1961-ci ildə ehtimal olunan rəqəmlər əsasında apardığı hesablama aşağıdakı kimi olmuşdur. R = 10/il (ildə 10 ulduz yaranır) fp = 0.5 (ulduzların yarısının planetləri var) ne = 2 (sitemdə orta hesabla 2 planet həyat üçün yararlıdır) fl = 1 (əgər həyatın yaranma ehtimalı varsa, o mütləq yaranır) fi = 0.01 (həyatın şüurlu formayadək inkişaf etməsi ehtimalı – 1 %) fc = 0.01 (sivilizasiyaların 1 %-i əlaqə yaratmaq imkanına malik olacaq və əlaqə qurmaq istəyəcək) L = 10 000 il (texniki cəhətdən inkişaf etmiş sivilizasiya 10000 il mövcud olur)Bu təxmini hesablamaya əsasən N = 10 × 0,5 × 2 × 1 × 0,01 × 0,01 × 10000 = 10. Tənlikdəki göstəricilərdən yalnız R {\displaystyle ~R} və f p {\displaystyle ~f_{p}} astronomiyanın indiki inkişaf səviyyəsində müəyyən qədər dəqiq müəyyənləşdirilə bilər. Digər göstəricilərin müəyyənləşdirilməsi mümkün olmadığından Dreyk tənliyi kəskin tənqidlərlə qarşılaşmışdır.
Efiopiya təqvimi
Efiopiya təqvimi (amh. የኢትዮጵያ ዘመን አቆጣጠር — ye'Ītyōṗṗyā zemen āḳoṭaṭer) və ya Həbəşə təqvimi — Efiopiyada və Efiopiya Pravoslav Kilsəsində istifadə edilən təqvim. Misirdəki Qipti xristianlarının istifadə etdiyi təqvimə bənzəyən bu təqvim Günəşə əsaslanır. Həbəşə təqvimi və ya digər adı ilə Efiopiya təqvimi olan təqvimə əsasən Efiopiyada yeni ilin ilk günü Enkutataş (እንቁጣጣሽ) adlanır. Ölkədə həmin gün qeyri-rəsmi iş günü elan edilir. Paytaxt Əddis-Əbəbədə Yeni il mərasimləri keçirilir, məhkumlarla bağlı əfv sərəncamı verilir. Efiopiya təqviminə əsasən il 13 aydan ibarətdir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri bizim işlətdiyimiz təqvimdəki aylara ekvivalentdir, lakin onların hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume"(ጳጉሜ) adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir.
Erməni təqvimi
Erməni təqvimi — Xristianlıq yayılana qədər ermənilər tərifindən istifadə edilmiş günəş təqvimi. Bu təqvim qədim Misir təqvimi əsasında yaradılmışdır. Təqvimə əsasən bir il 365 gündən ibarətdir və yeni il 1 navasarda (qriqorian təqviminə görə 11 avqustda) daxil olur.
Giriş təhlili
Giriş təhlili, təşkilatların, müəssisələrin və ya şəbəkələrin müxtəlif riskləri proaktiv və reaktiv şəkildə azaltmaqda kömək üçün kompüter tərəfindən yaradılan qeydlərin təhlili üçün istifadə olunan termindir. Qeydlər şəbəkə cihazları, əməliyyat sistemləri, tətbiqetmələr və hər cür ağıllı və ya proqramlaşdırıla bilən cihaz tərəfindən yayılır. Qeydlər fayllara yönəldilə bilər və diskdə saxlanıla bilər və ya şəbəkə axını kimi bir günlük kollektoruna yönəldilə bilər. Yazılar, bir proqramın işlənməsi və ya istifadəçilərin axtarış sistemi kimi bir sistemlə necə qarşılıqlı əlaqədə olduqlarını başa düşmək üçün proqram təminatçıları tərəfindən tez-tez yaradılır. Giriş mesajının formatı və ya məzmunu həmişə tam sənədləşdirilə bilməz. Əksər təşkilatlar və müəssisələrdən təhlükəsizlik və uyğunluq qaydalarının bir hissəsi olaraq məlumatların qeyd edilməsi və giriş təhlili aparmaq tələb olunur. Giriş təhlili problem diaqnozunu, həll müddətini azaltmağa və tətbiqlərin və infrastrukturun effektiv idarə olunmasına kömək edir. Giriş təhlili komponentləri qurulmamış məlumatlardan əsas səbəblərini müəyyən etmək üçün tandemdə işləyir. Mütəmadi giriş təhlili müxtəlif risklərin azaldılmasına və qarşısını almağa kömək edir. Baş verənlərin, səbəbi və təsirləri təyin edən amillərin sübutlarını verir.
Günəş təqvimi
Günəş təqvimi — müasir dövrdə təqvimin daha geniş yayılmış növü. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. İlk Günəş təqvimini qədim misirlilər yaratmışlar. Herodotun məlumatına görə "Qara torpağın" sakinləri ilin uzunluğunu müəyyən edə bilmişlər (365,25 günəş sutkası). Onlar təqvimi yaradarkən Günəşin nəzərdə tutulan nöqtədən çıxması ilə Sirus ulduzunun (70 gecə yoxa çıxdıqdan sonra) görünməsi və Nil çayının daşqınnlarının başlanmasının eyni vaxtda düşdüyünə dair müşahidələrinə əsaslanmışlar. Misir təqviminə əsasən il 365 gün, hər dörd ildən bir isə 366 gün hesablanırdı. İl dörd fəslə, 12 aya bölünürdü. Artq qalan 5 gün isə ilahələrin şərəfinə bayram edilirdi. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır.
Hicri təqvimi
Hicri-qəməri təqvim (Azərbaycanda, İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, at-таqvimə-l-hiсri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən - 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.