1. Başqasının hərəkətini, danışıq tərzini və s.-ni eynilə təkrar etmə, özünü ona oxşatmağa çalışma; yamsılama.
□ Təqlid etmək – başqasının hərəkətlərini, danışıq tərzini və s. xüsusiyyətlərini təkrar etmək, özünü ona oxşatmağa çalışmaq, yamsılamaq.
Marat danışanda açıqdan-açığa Tərlanı təqlid edirdi, bəzi sözləri onun kimi cəld və kəskin deməyə xüsusi fikir verirdi.
3-4-cü sinfin uşaqları İlyas müəllimin dərsini vaxtında öyrənir, sözünə qulaq asır, hərəkətini təqlid edirdilər.
Təqlidini çıxarmaq – gülmək üçün başqasını yamsılamaq.
Əyyar Bəhramın iki şir arasından tacı götürüb başına qoyduğunun təqlidini çıxarır.
[Nəbi:] Biz, ağaların qumar oynamalarının təqlidini çıxardırıq.
2. Başqa əsərə bənzədilərək yaradılan əsər; oxşatma, bənzətmə. Əsər orijinal əsər deyil, təqliddir.