Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhminə (1993)
Təhminə Hüseynova
Hüseynova Təhminə Nurəddin qızı – aktrisa. == Həyatı == Təhminə Hüseynova 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Həmin ildən C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyət göstərən T. Hüseynovanın II Jurnalist (Əziz Nesin, "Toros canavarı"), Əntiqə (A. Rəhimov, "Pul hərisləri"), Ərəbzəngi (Əli Əmirli, ""Müqəddəs Valentin günü"), Nəzakət (M. Haqvediyev, "Məhəbbət əzabları"), Valeriya (C. Okarnaççi, R. Farabuzi, "Sənətim cəmiyyət senyorudur"), Gülzar (Elçin, "Poçt şöbəsində xəyal"), Günəş (İftixar, "Dan yeri söküləndə") kimi rolları tamaşaçı rəğbəti qazanmışdır.
Təhminə Milani
Təhminə Milani (fars. تهمینه میلانی‎, 6 sentyabr 1960, Təbriz) — Azərbaycan əsilli İran rejissoru, ssenaristi, prodüseri . == Həyatı == Təhminə Milani 6 sentyabr 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ali təhsilini 1986-cı ildə Tehranda Elm və Tenxologiya İnstutunda memarlıq ixtisası üzrə başa vurmuşdur . Bir müddət yardımçı ssenarist və rejissor köməkçisi işlədikdən sonra 1989-cu ildə rejissor olaraq ilk filmi "Uşaqların boşanması" filmi ilə karyerasına başlamışdır. == Karyerası == Feminist baxışları ilə seçilən rejissor öz filmlərində qadın haqları, 1979-cu il İran İnqilabı ilə bağlı məsələlərə toxunmuşdur. Milani filmlərinin ən başlıca mövzularından biri mühafizəkar rejimdən əziyyət çəkən cəsarətli qadınlar olmuşdur. Onun ilk filmlərinin mövzusu əfsanə və rəvayətlərə söykənirdi. Məsələn 1990-cı ildə çəkilən "İç çəkiş əfsanəsi " filmində yazıçı kimi uğursuzluğa düçar olmuş bir qadının həyata bədbin baxışından söz açılır. Sonra o, dünyada daha böyük dərdləri olan amma hələ də xoşbəxt olmağı bacaran qadınlarla tanış olur.
Təhminə Rüstəmova
Təhminə Rüstəmova — () Bakı Dövlət Universitetinin müəllimi, professor[mənbə göstərin] == Həyatı == 24 avqust 1927-ci ildə anadan olmuşdur. 1949-cu ildə ADU-nun Şərqşünaslıq fakültəsini bitirərək, Elmi Şuranın qərarı ilə fars dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılmışdır. 1954-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildə professor elmi adı almışdır. Fakültə Tədris-metodiki Şurasının sədri, vaxtilə Təhsil Nazirliyinin nəzdində Şərq dilləri Elmi-metodiki Şurasının üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Şərq dilləri ilə bağlı seminar rəhbəri kimi ictimai işlərdə fəaliyyət göstərmişdir. 160-dan çox əsasən fars dilçiliyinə, qismən də ərəb və Azərbaycan dilçiliyinə aid elmi məqalələri müxtəlif jurnallarda çap olunmuşdur. Orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. "Tərəqqi" medalı ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Ailəlidir, bir övladı var. == Təhsili == 1934–1944-cü illərdə 7 saylı Şəki şəhər orta məktəbdə oxuyub. 1944–1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb.
Təhminə (film)
Təhminə — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmunu == Filmdə əsərin baş qəhramanları olan Zaur (Fəxrəddin Manafov) və Təhminənin (Meral Konrat) melodram həyatından bəhs edir. Onları mühafizəkar cəmiyyətlə qarşı-qarşıya gətirir. Tanınmış professor Zeynallının (Həsən Məmmədov) oğlu atası və anası olmayan Təhminəyə aşiq olur. Zaurun anası Zivər xanım (Zərnigar Ağakişiyeva) və atası buna qarşı çıxır. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Bundan sonra hər gün Zivər xanım telefonla zəng edərək Təhminəni təhqir edir. Çox gözəl olduğundan işlədiyi yerdə bütün kişilərin diqqətini özünə çəkən Təhminə Zaurun qısqanclığına səbəb olur… == Festivallar və mükafatlar == 1)1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Quruluşçu rejissor Rasim Ocaqov ən yaxşı rejissor işinə görə Priz almışdır. Aktrisa Zərnigar Ağakişiyevaya ən yaxşı qadın roluna görə Priz verilmişdir. == Film haqqında == Film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılmışdır.
Təhminə (film, 1993)

Təhminə və Zaur
Təhminə və Zaur (sinql)