SABI

(Dərbənd, Tabasaran)
ölçü qabı (təxminən 20 kq buğda tutur). – Bir sabı səkkiz səh buğda tutadı (Tabasaran)
SABAHİ
SABINNIX
OBASTAN VİKİ
SABIS
SABIS — təhsil sahəsində keyfiyyəti ilə fərqlənən sistem. Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Hazırda dünyanın 16 ölkəsinin 60 məktəbində fəaliyyət göstərən "SABIS" sistemi üzrə 65 min şagird təhsil alır.
Sabırbek Akılbekov
Sabırbek Mambetsadıqoviç Akılbekov (qırğ. Сабырбек Мамбетсадыкович Акылбеков; 15 (28) fevral 1914 – 15 aprel 1968, Bişkek) — Qırğızıstan-sovet rəssamı. Qırğızıstan SSR-nin ilk rəssamlarından olmuşdur. Qırğızıstan SSR əməkdar incəsənət xadimi olmuşdur. Sabırbek Mambetsadıqoviç Akılbekov 15 fevral 1914-cü ildə Rusiya imperiyasında, indiki Qırğızıstanın Çuy vilayəti ərazisində anadan olmuşdur. O, 1936–1939-cu illərdə Moskva Rəssamlıq Məktəbində oxumuşdur. 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. "Qırğızıstan tarlalarında" (1954), "Yaylaqda" və "Tayalar" (hər ikisi 1958), "97-ci kilometrdə" (1960), "Toktoqulun vətəni" (1965) və s. lirik, emosional mənzərə əsərlərinin müəllifidir. Sabırbek Akılbekov 15 aprel 1968-ci ildə, 54 yaşında Qırğızıstan SSR-nin paytaxtı Bişkek şəhərində vəfat etmişdir.