Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhrif
Təhrif - hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Tərif
Tərif — Riyazi anlayışın tərif – onun məzmunu (mənasını) izah edən təklif. Tərif müxtəlif üsullarla verilə bilər: 1) Təyin olunan anlayışın məzmununun əsas anlayışların və tərifləri əvvəllər verilmiş anlayışların köməyi ilə izahıə; 2) Genetik və ya konstruktiv tərif burada təyin olunan anlayışın (obyektin) əmələ gəlmə qaydası göstərilir. 3) Anlayışın aksiomatik təyin olunması. Bu halda anlayış ilk anlayış kimi daxil edilir və anlayışlar arasında əlaqələr aksiomlarda ifadə olunur. Məsələn, natural ədəd anlayışı Peano aksiomlarında verilir, məsafə anlayışı metrikanın aksiomlarında verilir və s. Riyaziyyatda qəbul edilmiş aksiomatikaya görə eyni bir anlayışa müxtəlif (lakin eynigüclü) təriflər verilə bilər. Bir aksiomatikada müəyyən anlayışlara tərif verilə bilər, başqa aksiomatikada həmin anlayışlar tərifsiz qəbul edilə bilər. == Ədəbiyyat == 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Tərif (məntiq)
Tərif, definisiya (lat. definitio — "hədd, sərhəd") — sözün və ya ifadənin mənasını təsvir edən cümlə; onun müəyyən bir anlayışa (ümumi anlayış, cins, sinif) aid olduğunu vurğulamaq və adın müəyyən edildiyi sinifdəki fərqli xüsusiyyətini göstərməklə adın mahiyyətini açan (atributları) məntiqi əməliyyat. Beləliklə, tərif ümumi anlayışdan və xüsusi fərqdən və ya müəyyənedicidən ibarətdir. V. Boçarov və V. Markinə görə, tərif linqvistik ifadələrə (dil terminlərinə) ciddi şəkildə sabit məna verməkdən ibarət olan məntiqi prosedurdur . == Növləri == === İntensional tərif === Konnotativ təriflər də adlandırılan intensional təriflər, arzu olunan şeyi müəyyən şeylər toplusundan fərqləndirmək üçün zəruri və kifayət qədər şərtləri müəyyən edir. İntensional tərif aşağıdakıları ehtiva etməlidir: obyektin xassələrinin təsviri, eyni dəstdən başqa obyektlərlə müqayisədə təyin olunanı fərqləndirən xüsusiyyətləri; çoxluqdan seçim qaydalarını göstərməklə terminin mənasını izah etmək; digər anlayışların digər tərifləri ilə müqayisədə ən yaxın anlayışın və fərqləndirici xüsusiyyətlərin göstəricisi. === Ekstensional tərif === Ekstensional təriflər bu tərifin altına düşən bütün obyektlərin açıq siyahısına gəlir. Məsələn, "dünya müharibəsi"nin tərifini tarixçilərin "dünya müharibələri" olaraq təyin etdikləri bütün müharibələri sadalamaqla vermək olar. Ekstensional təriflər birbaşa (bütün obyektlər açıq şəkildə göstərildikdə) və ya dolayı ola bilər. Birbaşa ekstensional tərif bəzən sadalanan tərif adlanır.
Kitab əl-Təsrif
Kitab əl-Təsrif (ərəb. التصريف لمن عجز عن التأليف‎) — Əbülqasım əz-Zəhravi tərəfindən 1000-ə yaxın yazılmış 30 cildlik bir Ərəb tibb və cərrahi ensiklopediyası. Ensiklopediyanın yazılması Zəhravinin 50 ildən çox vaxtını aldı. Burada müxtəlif xəstəliklər, yaralar, tibbi vəziyyət, müalicə və cərrahi prosedurlar barədə məlumatlar var. Ensiklopediyada 200-dən çox növ cərrahi alət təsvir olunur. "Kitab əl-Təsrif" XVIII əsrin əvvəllərinə qədər cərrahlar tərəfindən istifadə edilmişdir. Burada təsvir olunan bəzi cərrahi praktika bu gün də istifadə olunur. == Məzmunu == Ensiklopediya cərrahiyyə, tibb, ortopediya, oftalmologiya, farmakologiya, düzgün bəslənmə, diş və yeni doğulmuş uşaqlara qayğı, həmçinin patoloji şərtlər daxil olmaqla geniş mövzuları əhatə edir. Son və ən məşhur cild əməliyyata həsr edilmişdir. əz-Zəhravinin dediyinə görə, cərrahiyyəni son cildin mövzusuna çevirməyə qərar verdi, çünki bu, dərmanın ən yüksək formasıdır və bütün digər tibb sahələri ilə tanış olana qədər tətbiq oluna bilməz.
Təhrif edilən cinayətkar (film, 1967)
Təhrif edilən cinayətkar (yap. 変態魔, ing. Perverted Criminal və ya ing. Abnormal Criminal) – 1967-ci ildə istehsal olunmuş Yaponiyanın erotik filmidir. Film baş qəhrəmanları cinayətkar və nekrofiliya olan qadındır. == Rollarda == == Maraqlı faktlar == "Təhrif edilən cinayətkar" filmi dünya ölkələrində 3D formatında çəkilmiş ilk seks filmidir. == İstinadlar == == Xarici keçidlər == Təhrif edilən cinayətkar — Internet Movie Database saytında.
Məşrif
Məşrif — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Məşrif kəndi Yenikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqda Məşrif kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 831 nəfərdir.
Təbriz
Təbriz (fars. تبریز‎) — İranın 7-cü ən böyük şəhəri (sahəsinə görə) və 2021-ci ildə 1,627,304 əhalisi ilə ölkənin beşinci, dünyanın isə 338-ci şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzidir. 1890-cı ilə qədər əhalinin sayına görə İranın ən böyük şəhəri, sonra isə 1963-cü ilə qədər ölkənin 2-ci ən böyük şəhəri olmuşdur.Təbriz şəhəri Azərbaycanlıların mənəvi və tarixi paytaxtı sayılır. Tarix boyu Yaxın Şərqin ən önəmli elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əhalisinin əksəriyyətini Azərbaycanlılar təşkil edir. Şəhər Eynəli (Eynalı) dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda, Surxab dağının ətəyində, dəniz səviyyəsindən 1350–1410 metr yüksəklikdə yerləşir. Təbriz dünyanın ən uzunmüddətli paytaxtlarından biri olmuşdur; Bu şəhər Rəvvadilər, Azərbaycan Atabəyləri (Eldənizlər), Xarəzmşahlar, Elxanilər, Çobanilər, Cəlairilər (Elkanilər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Azərbaycan xanlıqları, Qacarlar (İkinci paytaxt), Azadistan və Azərbaycan Milli Hökuməti dövrlərində paytaxt olmuşdur. 1500-cü ildə Səfəvilərin paytaxtı dövründə dünyanın ən çox əhalisi olan 5-ci şəhəri idi və əhalisinin sayı Osmanlı İmperiyasının paytaxtı İstanbulun əhalisinə bərabər idi. == Etimologiyası == Şəhərin adı barədə mütəxəssislərin yekdil qərarı yoxdur. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər.
Tədris
Tədris termini aşağıdakı mənalarda istifadə oluna bilər: təlim; dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı.Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi. Tədris institutları – elm və mədəniyyətin müxtəlif sahələri üçün ali ixtisas təhsilli mütəxəssis, elmi və pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələri. Tədris planı – hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəd. Tədris proqramı – hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəd. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. == Təklifə təsir edən amillər == Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. == Tarixi == Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Təxmis
Təxmis — şərq, o cümlədən Azərbaycan şeirində lirik janrın nisbətən az yayılan şəkillərindən biri.Müxəmməs kimi təxmis də 5 misradan ibarət şeirdir. Çox vaxt 5 bənddən ibarət olur. Bu bəndlərin 1, 2, 3-cü misralarını şeir müəllifinin özü yazır, 4 və 5-ci misralar isə başqa bir müəllifin şeirindən olduğu kimi götürülür və məzmunca özündən əvvəlki orijinal misralarla bağlanır. Bu forma XIX-XX əsrlərdə tədriclə aradan çıxmış, sovet dövründə isə demək olar ki, işlənməmişdir. == Ədəbiyyat == Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh.
Radar Təbriz (Təbriz)
Radar Təbriz (fars. ادارتبريز‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,189 nəfər yaşayır (349 ailə).
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Şərif
Şərif — Kişi adı. Şərif Vəlizadə — Qafqaz müsəlmanlarının VIII Müftisi. Şərif Qurbanəliyev — Rejissor. Ssenari müəllifi. Prodüser. Aktyor. Şərif Şərifov — Azərbaycanlı güləşçi. Şərif Şərifov (operator) — Azərbaycan operatoru. Ömər Şərif — Hollivud aktyoru.
Acıçay (Təbriz)
Acıçay — Şərqi Azərbaycan ostanının və Təbrizin əsas çaylarından biri. Çay Savalan dağının zirvəsindən qaynaqlanır və qərb istiqamətində axaraq Urmiya gölünə tökülür.
Anaxatun (Təbriz)
Anaxatun (fars. اناخاتون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,052 nəfər yaşayır (527 ailə).
Aspos (Təbriz)
Aspos (fars. اسپس‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 552 nəfər yaşayır (142 ailə).
Ağacoğlu (Təbriz)
Ağacoğlu (fars. اغاج اوغلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (62 ailə).
Ağmuğan (Təbriz)
Ağmuğan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü qəsəbəətrafı kəndistanında, Üskü qəsəbəsindən 18 km cənub-şərqdədir.
Ağçakəhəl (Təbriz)
Ağçakəhəl — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Üskü bölgəsinin Üskü kəndistanında, Üskü qəsəbəsindən 12 km cənubdadır.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Bayqarakuh (Təbriz)
Bayqarakuh (fars. بايقراكوه‎) (Dağ Bayqara), İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənddir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 177 nəfər yaşayır (40 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 32 km qərbdədir.
Bayraq (Təbriz)
Bayraq (fars. بيرق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,703 nəfər yaşayır (914 ailə).
Tefrit
Tefrit — teralitin effuziv analoqu olub qələvi bazaltoidlərin tipik və çox geniş yayılmış növü. Xarici görünüşünə görə bazalta çox oxşayır, əsas kütlədən və mineral püruzlərdən təşkil olunmuşdur. Püruzlər plagioklaz, piroksen və olivindən, bəzən nefelin və ya analsimdən ibarətdir. Bütöv və ya mandelşteyn teksturla səciyyələnir. Tefrit mineral tərkibi əsas paragenezislərə görə təyin olunur: plagioklaz, monoklinal piroksen, olivin, feldşpatoidlər. Qələvi çöl şpatı, hornblend, biotit də iştirak edə bilər. Aksessor mineralları: apatit və titanmaqnetit. Törəmə mineralları: seolitlər, xlorit, kalsit. Tefrit quruluşu porfir və ya afir, əsas kütlənin quruluşu isə intersertaldır. Sinonim: Nefelinli bazanitoid, linozait, linozit, monsonit, nefelinli dolerit, tefrit-bazalt və b.
Tetris
Tetris (rus. Тетрис) — Aleksey Pajitnov tərəfindən yaradılan kompüter oyunu. İctimayətə 6 iyun 1984-cü ildə təqdim edilib. İlk dəfə Çin xalq respublikasında buraxılıb.
Tetri
Tetri (gürc. თეთრი) — Gürcüstanda istifadə edilən metal pul vahidi. 1 lari = 100 tetri. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.