təxmis
təxribat
OBASTAN VİKİ
Qleyvits təxribatı
Qleyvits radio stansiyasına hücum və ya Qleyvits təxribatı, həmçinin "Konserva" əməliyyatı (alm. Gleiwitz‎; pol. Prowokacja gliwicka) — SS tərəfindən 31 avqust 1939-cu ildə Almaniyanın Polşaya hücumu üçün bəhanə yaratmaq üçün genişmiqyaslı "Himmler əməliyyatı" çərçivəsində həyata keçirilmiş Qleyvits (indiki Qlivise) şəhərində Alman radiostansiyasına Polşa tərəfinin hücumunun səhnələşdirilməsi. Sərhəd münaqişəsinin planını Adolf Hitlerin əmri ilə Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi Reynhard Heydrix və onun tabeliyində olan VI-F qrupunun rəhbəri (təxribat) SS Şturmbannfüreri Alfred Nauyoks hazırlamışdı. Təxribatın məqsədi Almaniyanın Polşaya hücumunun yalnız Almaniyanın Polşa tərəfinin alman sakinlərinə qarşı zorakılıq aktlarına reaksiya göstərməsi kimi təqdim etmək idi. 1939-cu ilin avqustunda Polşa ordusunun formasını geyinən SS döyüşçüləri Qleivitsa şəhərində alman radio yayımçısına hücum etdilər. Beynəlxalq ictimaiyyətə öldürülmüş "polyak əsgərlərin" meyitləri təqdim edildi. Əslində qətlə yetirilən "polyak əsgərlər" Zaksenhauzen həbs düşərgəsində ölən əsirlər idi. 1 sentyabr 1939-cu il tarixində Alman qoşunları Polşaya hücum etdi və İkinci Dünya Müharibəsi başladı. SS-in Qleyvits təxribatına dair dəlillər SS Şturmbannfüreri Alfred Nauyoks tərəfindən 1945-ci ildə verilmişdir.
Təxribat (1990)
Təxribat (film, 1989)
Filmin qəhrəmanı Zaur (Elxan Cəfərov) Əfqanıstanda öz "beynəlmiləlçilik borcu"nu yerinə yetirib doğma Bakıya qayıdır. O, neftayırma müəssisələrindən birində çalışan atasının (Həsən Məmmədov) həbs olunduğunu eşidəndə həqiqəti aydınlaşdırmağa çalışır... Hadisələrin sonrakı inkişafı prosesində qəhrəman həqiqəti üzə çıxarmaq naminə apardığı axtarışlar zamanı bir sıra çətinliklərlə qarşılaşmalı olur. Film laqeydlik haqqındadır. Bu, müasir dövrün bəlasıdır. Adamlar bir-birindən uzaqlaşırlar. Münasibətlərdə nəsə anlaşılmazlıqlar yaranıb. Nədir bunların səbəbi? Elə bil əvvəlki yaxınlıq, münasibət ərşə çəkilib. Ümumiyyətlə filmdə süjetlər çoxdur.
Təxribat (film, 1990)
Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi. "ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur.

Digər lüğətlərdə