Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təpəbur (Tikantəpə)
Təpəbur (fars. تپه بور‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 328 nəfər yaşayır (64 ailə).
Təzəpir məscidi
Təzə Pir məscidi — Abşeron ərazisində yerləşən, bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan tikili. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Bu əzəmətli tikilinin həm də maraqlı tarixçəsi var. Bu tarix isə bir daha sübut edir ki, Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Buranın müqəddəsliyinə tapınan insanlar zaman-zaman bu yeri ziyarət ediblər. Qəbrin itməsinə baxmayaraq həmin türbə bu günə qədər də qorunub-saxlanılır. Müqəddəs türbəyə daxil olmaq üçün pilləkənlərlə məscidin altına düşmək lazım gəlir. == Tarixi == Ziyarətgahın tarixi olduqca qədimlərə, XIV-XV əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin suxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyid Abdullaya məxsus olub.
Sərvət Təzəgül
Sərvət Təzəgül (türk. Servet Tazegül) – Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu == Həyatı == 26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir. == Kariyerası == 5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.
Telenor Arena
Telenor Arena — Norveçin Berum şəhərində yerləşən stadion. Şimali Avropanın da ən böyük stadionudur. Telenor Arena futbol matçları üçün 15.000, konsertlər üçün isə 25. 000 tamaşaçı tutur. Avroviziya 2010 müsabiqəsinin keçiriləcəyi bu arena 2009-cu ilin fevralında istifadəyə verilib. == Avroviziya == 2010 Avroviziya Mahnı Müsabiqəsi Osloda yerləşən Telenor Arenada keçiriləcək. Müsabiqəni işıqlandırmaq üçün Osloya gələcək media mənsubları üçün də Telenor Arenada mətbuat konfranslarının keçirilməsi üçün zal, eləcə də media mənsubları üçün iş otağı da təşkil olunacaq.
Təzəgül Hidayət
Təzəgül Hidayət qızı Məmmədova (d. 26 avqust 1970, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktrisası, müğənni, Azərbaycan Respublikasının Əməkdar Artisti (7 noyabr 2002). == Həyatı == Təzəgül Hidayət 26 avqust 1970-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Hələ uşaq yaşlarında 1982-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən mahnı müsabiqəsində Naxçıvan Muxtar Respublikası və daha sonra Azərbaycan Respublikası üzrə qalib olmuşdur. Orta təhsilini, rəssamlıq və musiqi məktəbini Naxçıvan və Şəmkir şəhərində bitirmişdir. Binəli Mamukaşvilinin rəqs ansamblında rəqs dərsləri almışdır. Daha sonra o vaxtlar fəaliyyət gösdərən "Şəmkir Muğam Teatrının", "Ocaq Folklor Ansamblının" və "Xalq Çalğı Alətləri Ansamblının" solisti olmuşdur. Bununla yanaşı 1991-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşdur. Və həmçinin universitetin nəznində fəaliyyət gösdərən rəqs ansamblınında solisti olmuşdur. 1992-ci ildən Universitet ilə bərabər, Bakı Bələdiyyə Teatrında, (2006-2009-cu ildə Gənc Tamaşaçılar Teatrında) aktrisa vəzifəsində işləmişdir.
Təzəgül Məmmədova

Tezpur Universiteti
Tezpur Universiteti (assam. তেজপুৰ বিশ্ববিদ্যালয়) — Hindistanın Assam ştatının Tezpur şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1994-cü ildə qoyulmuşdur.
Tezer Daşqıran
Tezer Daşqıran (türk. Tezer Taşkıran; doğum adı: Təzəxanım; 1907, Bakı – 4 may 1979, İstanbul) — Azərbaycan əsilli Türkiyə siyasətçisi, maarifçi və yazıçı. O, 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifi olan Tezer Daşqıran, Əhməd Ağaoğlunun qızı, Səməd Ağaoğlunun və Sürəyya Ağaoğlunun isə bacısıdır. == Həyatı == Tezer Daşqıran 1907-ci ildə Bakıda doğulub. Əsl adı Təzəxanım (nənəsinin adı) olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Orta təhsilini İstanbulda Bezmi-i Alem liseyində (indiki İstanbul Qız Liseyi) alıb. 1924-cü ildə isə İstanbul Darülfünunun (indiki İstanbul Universiteti) fəlsəfə bölümündə ali təhsilini başa vurub.Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır.1931-ci ildə Tezer o dönəmin tanınmış həkimlərindən olan Nimet Daşqıranla ailə qurur və Vyanaya gedir.
Tezer Taşkıran

Tezer Taşqıran

Tezer Özlü
Tezer Özlü (d. 10 sentyabr, 1943; Simav, Kütahya – ö. 18 fevral 1986; Sürix, İsveçrə) – türk yazıçı. == Həyatı == 1943-cü ildə Simavda anadan olmuş, atasının işi ilə əlaqədar olaraq uşaqlığını Simav, Ödemiş və Gerededə keçirmişdir. 10 yaşında İstanbula gəlmiş, Avstriya Qız Liseyinə getmiş, lakin oranı bitirməmişdir. 1962-1963-cü illərdə Avropanı gəzmiş, 1964-cü ildə teatrçı və yazıçı Güner Sümer ilə evlənmişdir. Onlar birlikdə Ankaraya köçmüşdür. Özlü sonralar Sümerdən ayrılaraq yenidən İstanbula köçmüşdür. 1967-1972-ci illər ərzində fasilələrlə İstanbuldakı müxtəlif xəstəxanaların psixiatriya klinikalarında müalicə almışdır. 1968-ci ildə rejissor Erden Kıralla evlənmiş, 1973-cü ildə bu evlilikdən qızı Dəniz dünyaya gəlmişdir.
Şükrü Tezər
Şükrü Tezər (1893, Larisa – 1969, İzmir) — türk əsgəri, bürokrat. Mustafa Kamal Paşanın döyüş köməkçilərindən biridir. 1916–1918-ci illər arasında Ədirnədən Diyarbəkirə, Şərqi Suriya cəbhələrində onun ətrafında və tabeliyində idi. Mustafa Kamal bu dövrdə yaşadıqlarını qələmə aldığı gündəliyi özünə vermiş və bu dəftər Tezerin xatirələri ilə birlikdə Türk Tarix Qurumu tərəfindən ilk dəfə 1972-ci ildə "Atatürkün gündəliyi" adı ilə nəşr edilmişdir. == Həyatı == 1893-cü ildə Yunanıstanın Larisa şəhərində anadan olub. Atası Larisalı Nuri bəydir. Ailəsi 93 hərbindən sonra Manisaya köçdü. İbtidai və orta təhsilini Manisada başa vurduqdan sonra İstanbul Bəylərbəyi Ehtiyat Zabit Məktəbinə daxil olur. Balkan müharibəsi başlayanda təhsilini yarımçıq qoyaraq Osmanlı ordusuna qatılır. Məktəbi bitirdikdən sonra ilk olaraq Serez Redif Diviziyasının Mərkəzi Alayın hücum batalyonuna təyin edildi.