Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abaşiri
Abaşiri (yap. 網走市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Oxotsk sabprefekturada yerləşən şəhər.
Abaşiri həbsxanası
Abaşiri həbsxanası (yaponca: 網走刑務所, Hepbörn: Abashiri Keimusho) —Hokkaydo prefekturasının Abaşiri şəhərində, 1890-cı ildə açılan və burada yerləşən həbsxanadır. Yaponiyanın ən şimal həbsxanası Abaşiri çayının yaxınlığında və Tento dağının şərqində yerləşir. On ildən az cəza alan məhkumlar orada saxlanılırdı. Həbsxananın qədim hissələri 1983-cü ildə Tento dağının ətəyinə köçürüldü və burada ölkənin yeganə həbsxana muzeyi kimi fəaliyyət göstərir. == Tarixi == 1890-cı ilin aprelində Meici hökuməti təcrid olunmuş Abaşiri kəndinə 1000-dən çox siyasi məhbus göndərdi və onları daha cənuba bağlayan bağlayan yollar çəkməyə məcbur etdi. Abaşiri həbsxanası daha sonra özünün yetərli əkinçilik sahəsi olan həbsxana olmağı ilə tanındı və Yaponiyadakı digər başqa həbsxanalara nümunə göstərildi.Həbsxananın çox hissəsi 1909-cu ildə baş verən yanğın zamanı yanmış, lakin 1912-ci ildə yenidən qurulmuşdur. 1922-ci ildə indiki adını aldı. 1984-cü ildə həbsxana müasir dəmir-beton kompleksinə köçdü.1965-ci ildə çəkilən Abaşiri həbsxanası filmi səbəbiylə həbsxana məşhur turistik məkana çevrildi. Həbsxana həm də məhkumları tərəfindən hazırlanan oyma taxta – nipopo (ニポポ) gəlincikləri ilə məşhurdur. == Muzey == 1983-cü ildə həbsxananın köhnə hissələri Tento dağının ətəyindəki bazasına köçürülür və Abaşiri Həbsxana Muzeyi (博物館網走監獄) kimi fəaliyyət göstərməyə başlayır.