Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babunə
Aşağı Babunə (Çaroymaq)
Tahini
Tahini (həmçinin tahina; ərəb. طحينة‎), Taxini və ya Küncüt pastası — Şimali Afrika, yunan, türk və Orta Şərq mətbəxlərində istifadə olunan, qabığı təmizlənmiş və üyütülmüş küncüt toxumlarından ələ gəlmiş yağlı xəmir (pasta). Falafel və humus kimi bir çox yeməklər üçün zəruri komponent kimi əlavə olunur. Bir çox souslar üçün baza kimi rolunu oynayır. Tahini mis, manqan və metionin amin turşusunun əla mənbəyidir.
Tarhuna
Tarhuna və ya Tarhona-Tripolinin cənub-şərqində, Maqrub bölgəsindən 65 kilometr (40 mil) uzaqlıqda olan şəhər. Şəhər öz adını Roma dövründən əvvəl əsası qoyulan Bərbər qəbiləsinin sakinlərindən alır. Şəhər 19-cu əsrin 20-ci əsrin ortalarında əl-Boirat kimi tanındı, lakin Liviya müstəqillik əldə etdikdən sonra indiki adını aldı. Musallata şəhəri də daxil olmaqla Tarhuna mahalında təxminən 296.000 nəfər sakin var (2003). == Tarixi == Tarhuna şəhərinin mərkəzində, Tarhuna məscidinin yanında, İtaliyalılara qarşı 18 İyun 1915-ci ildə Əl-Şaqiqa döyüşündə qəhrəman olmuş Əli Suidan Əlxətminin xatirəsi var.Şəxs 1922-ci ildə tutuldu və şəhər meydanında italyanlar tərəfindən asıldı. Əhali ümumiyyətlə Müəmmər Qəddafi rejimini bəyənən Tarhuna qəbiləsinə aiddir. 2011-ci il avqust ayının sonlarında (Liviya Vətəndaş Müharibəsinin bir hissəsi olaraq) Milli Qurtuluş Amyinin müxalif qüvvələri vətəndaşların qarışıq hissləri içərisində Tarhuna girdilər. Tarhuna yaxınlığında baş verən qarşıdurmalarda Müəmmar Qəzzafinin oğlu Xamis Qəzzafinin öldüyü məlumdur. 23 Avqust 2012-ci ildə Daxili İşlər Nazirliyinin sözçüsü Əbülmanim əl-hür, Qəddafi tərəfdarı olduğu iddia edilən (Katibat əl-Əvfiya və ya Sadiqlər Briqadası) yüzdən çox tank və iyirmi altı raket atışının ələ keçirildiyini bildirdi. Tarhundakı düşərgələrinə basqın etdi.
Thunb.
Karl Peter Tunberq (isv. Carl Peter Thunberg, 1743—1828) — İsveç alim-təbiətçisi. == Əsas əsərləri == "Flora Japonica" (lat.) Лиц., 1784. "Resa uti Europa, Africa, Asia, förrättad åren 1770-1779" (isveç.) Uppsala, 1788. "Periculum entomologicum" (lat.) Uppsala, 1789. Samuel Törner ilə birgə. "Dissertatio Entomologica novas insectorum species sistens" (lat.) Uppsala, 1781—1791. "Museum naturalium Academiae Upsaliensis" (lat.) "Descriptiones insectorum suecicorum" (lat.) Uppsala, 1792. "Flora Capensis" (lat.) Uppsala, 1818. "Ichneumonidea Insecta" (lat.) СПб., 1822 и 1824.
Malunə (Urmiya)
Malunə (fars. ملونه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 574 nəfər yaşayır (80 ailə).
Tahirə Allahyarova
Tahirə Allahyarova – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru. == Həyatı == Tahirə Bəkir qızı Allahyarova 5 aprel 1959-cu ildə Qəbələdə anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş,1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999–2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür. Tahirə Allahyarova Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Tahirə Allahyarova "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.Tahirə Allahyarovanın elmi tədqiqatı ən müasir elmi paradiqmanın – sinergetikanın cəmiyyətşünaslıq, sosial idrak sahəsində metodoloji potensialının aşkara çıxarılması, yeni sintez metodologiyanın – sosial sinergetikanın formalaşdırılması zərurətinin əsaslandırılmasına həsr olunmuşdur. O hesab edir ki, mürəkkəb humanistik sistem kimi cəmiyyətdə sosial-siyasi dinamikanı, inkişaf proseslərini, xüsusilə də baş verən dəyişiklikləri, bir mərhələdən digərinə keçid məqamlarını sinergetik model, indiyə qədər mövcud olan bütün modellərdən daha adekvat əks etdirə bilir.
Tahirə Cəfərova
Tahirə Cəfərova (Cəfərova Tahirə Ənvər qızı; d. 1940. Bakı, Azərbaycan SSR, SSRİ) — Fin ədəbiyyatı tərcüməçisi, yazıçı == Həyatı == Cəfərova Tahirə Ənvər qızı 1940-cı il aprelin 19-da Bakıda anadan olub. 1957-ci ildə 124 nömrəli məktəbi qızıl medalla bitirib. Eyni dərəcədə həm riyazi, həm də ədəbi bacarığa malik olaraq və o zaman “fiziklər və liriklər haqqında” aparılan debatları nəzərə alaraq sənət seçimində fizikaya üstünlük verib - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub, 1962-ci ildə oranı “nəzəri fizika” ixtisası üzrə qırmızı diplomla bitirib.T.Cəfərova 1962-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda kiçik elmi işçi işləyib. Sonra 1965-1968-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında yarımkeçiricilər kafedrasında professor V.L.Bonç-Bruyeviçin rəhbərliyi altında təhsil alıb, aspiranturanı qurtarandan Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda (EAFİ) işləyib. Həmin vaxt onun taleyində köklü dəyişiklik baş verib, o, sənətini dəyişmək qərarına gəlib, çünki ədəbiyyat və xarici dillər onu uşaq vaxtından cəlb edirdi. T.Cəfərova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinin qiyabi bölməsinə, 1972-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. Bu iki ali məktəbdə sessiyalar müxtəlif vaxtda keçirildiyi üçün o, iki təhsil müəssisəsini asanlıqla qurtarıb. 1970-1972-ci illərdə Morneftdə neft hasilatı platformasında ingilis dili tərcüməçisi işləyib.
Tahirə Həsənzadə
Tahirə Dadaş qızı Həsənzadə — Azərbaycan tarixçisi, mənbəşünas tədqiqatçı alim, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru. == Həyatı və elmi fəaliyyəti == Tahirə Dadaş qızı Həsənzadə 1942-ci ildə Bakının Ramana qəsəbəsində neftçi-mühəndis ailəsində anadan olmuşdur. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildən isə elmi fəaliyyətə başlamaqla həyatını Respublika Əlyazmaları Fondu, indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlamışdır. T. Həsənzadə elmi-tədqiqat müəssisəsinə gəlişinin ilk günündən bu zəngin xəzinədəki əlyazmalar, əski çap kitabları, tarixi-etnoqrafik sənədlər və əski əlifbada dərc olunmuş dövri mətbuatı, kitab və mətbuat tarixini araşdırmaqla Azərbaycan tarixşünaslıq elmi üçün böyük əhəmiyyət kəsb edən, indiyədək araşdırılmamış yazılı mənbələri öyrənməyə başlamışdır. O, uzun illər gərgin elmi fəaliyyətilə dörd monoqrafiya, üç tərcümə əsəri, bir kataloq və üç əski əlifbadan mətni taransfoneliterasiya edilmiş əsərin, 120-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Tarixçi alim yazılı mənbələr üzərində uzunmüddətli gərgin əməyinin nəticəsi olaraq 1994-cü ildə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Müdafiə Şurasında "Məhəmmədhəsən xan Etimadüssəltənənin ictimai-siyasi fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını, 2012-ci ildə isə Bakı Dövlət Universiteti Tarix fakültəsi nəzdindəki Birdəfəlik Müdafiə Şurasında "XVIII-XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. T. Həsənzadənin elmi araşdırmalarında Əfşarlar və Qacarlar hakimiyyəti dövrünün görkəmli ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin mənbələr əsasında işıqlandırılması başlıca yer tutur. O, tədqiqatlarında farsdilli mənbələrə müraciət etməklə Azərbaycan tarixini araşdırmaq baxımından, indiyədək az öyrənilmiş, hər iki sülalənin hakimiyyəti illərində türk əsilli dövlət xadimləri, sərkərdələr, diplomatlar və s. haqqında geniş məlumat verir. Həmin dövrlərə aid yazdığı "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər" (2007) və "XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" (2014) monoqrafiyalarını iranlı alim Mehdi Bamdadın "Tarixi-ricali-İran" adlı beşcildlik əsəri əsasında qələmə almışdır.
Tahirə Kərimova
Tahirə Həzi qızı Kərimova (28 aprel 1935, Bakı – 11 aprel 2023, Bakı) — Azərbaycan professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Tahirə Kərimova 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçı vəzifələrində çalışıb. 1991-ci ildən "Yarımkeçiricilərin elektron spektraskopiyası" lobaratoriyasına rəhbərlik edib. T. H. Kərimova fizika-riyaziyyat elmlər namizədi (1970-ci il), fizika-riyaziyyat elmləri doktoru (1986-cı il), professor (2001-ci il). === Vəfatı === Tahirə Kərimova 11 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əsas elmi istiqaməti == Əsas elmi istiqaməti yarımkeçirici birləşmələrin enerji spektrinin tədqiqidir.
Tahirə Məmməd
Tahirə Məmməd (Tahirə Qəşəm qızı Məmməd;27 iyun 1960, Vayxır, Naxçıvan rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri. == Həyatı == Tahirə Məmməd Naxçıvan MR-nın Babək rayonu Vayxır kəndində ziyalı ailəsində anadan olmuşdur. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. 1983-86-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamış və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Tahirə Məmməd 1989-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülmüşdü. Fəlsəfə doktorluğu dissertasiyası "Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü", elmlər doktorluğu dissertasiyası "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" mövzusundadır. Tahirə Məmməd Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur.
Tahirə Qürrətüleyn
Tahirə Qürrətüleyn (təq. 1817[…], Qəzvin, Qacar dövləti – 27 avqust 1852, Tehran, Qacar dövləti) — Azərbaycanlı şairə, babilər hərəkatının iştirakçısı. == Həyatı == Tahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə İranın Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır. Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub. O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib. == Fəaliyyəti == Seyid Əli Məhəmməd Babın başçılıq etdiyi Babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir.
Tahirə Tahirova
Tahirə Əkbər qızı Tahirova (7 noyabr 1913, Bayramalı – 26 oktyabr 1991, Bakı) — Azərbaycan diplomatı, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968). == Həyatı == Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Türk, ingilis və rus dillərini bilirdi.1983-cü ildə Tahirə Tahirova təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir. === Ailəsi === Tahirə Tahirova Şuşa şəhərinin məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir. 1954–1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1959–1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, 1963–1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir.1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi.
Tahkuna burnu
Tahkuna burnu (est. Tahkuna) — Hiyumaa adasının ucqar şimal nöqtəsi. Burun Baltik dənizinə daxil olan Fin körfəzi sahilində yerləşir. Tahkuna burnu İkinci Dünya müharibəsinin qanlı döyüşləriunə şahidlik etmişdir. == Görməli yerləri == Burunda XIX əsrdə inşa edilmiş Estoniyanın ən hündür mayakı vardır. Burunda Estoniya paromunda həlak olmuşların xatirəsinə abidədə vardır.Bu abidə «Qəlb zəngi» adlanır.Fırtınba zamanı zəng səs salır. Xaç formasında olan abidə Bürün zəngin üzəri qara üzlü uşaqlarla bəzədilmişdir.
Şahanə Hacıyeva
Şahanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Şahanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şahanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. == Karyerası == Şahanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şahanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şahanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şahanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == Həyatı == Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. == Karyerası == 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Tabun çörəyi
Tabun çörəyi (ərəb. خبز طابون‎: Tabunn çörəyi, ivr. ‏לאפה‏‎: la-fah, ivr. ‏פיתה עירקית‏‎: İraq pitası, Qüdsdə: ivr. ‏אַשתנוּר‏‎ ash-tanur) — bir yastı çörək növü. Bir çox mətbəxlərdə istifadə olunur. Ənənəvi olaraq tabun təndirində bişirilir və müxtəlif doldurmalar ilə yeyilir.
Tarun (Miyanə)
Tarun (fars. طارون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 299 nəfər yaşayır (79 ailə).
İngilis taunu
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. == Epidemiya == "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
Athene
Xarabaçıl (lat. Athene) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi. Geniş yayılmış quş sakini əsasən açıq landşaftların. kiçik və böyük şəhərlərdə, kənd yerlərində, çöl, yarımsəhra, səhra, qayalıq ərazilərdə məskunlaşmışdır. Dərin qar soyuq və dağlıq ərazilərden çəkinir.
Tabule
Tabule (ərəb. تبولة‎ tabūlah; həmçinin tabouleh və ya tab(b)ouli) — Levant salatıdır. Ənənəvi olaraq yarma, pomidor, incə doğranmış cəfəri, nanə, soğan və sarımsaq ilə hazırlanır və zeytun yağı, limon suyu və duz ilə dadlandırılır.
Tahanea
Tahanea (fr. Tahanea) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Faaitedən 12 km cənub-şərqdə, Tatitidən 530 km şərqdədir. == Coğrafiya == Atollun sahəsi 7,7 km²-dir. Uzunluğu 48 km, eni isə 15 km təşkil edir. Daxilində laqun vardır. 3 hissədən okeanla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Anaa kommunasına daxildir. == Tarixi == Tahanea ilk dəfə 1772-ci ildə ispan dənizçisi Dominqo de Boneçea tərəfindən kəşf edilmişdir. Faddey Bellinshauzen Birinci Rus Antarktika ekspedisiyası atoll yaxınlıqlarından keçərkən adanı Çiçikov olaraq adlandırır.
Takume
Takume (fr. Takume) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Raroia atolundan 8 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 5 km², uzunluğu 20 km-dir. Daxilində laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Takume ilk dəfə 1820-ci ildə rus dənizçisi və səyyahı, tədqiqatçısı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı general Nikolay Repnin-Volkonskinin şərəfinə Volonski atollu adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Aşağı Babunə (Çaroymaq)
Aşağı Babunə (fars. بابونه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (7 ailə).
Orta Babunə (Çaroymaq)
Orta Babunə (fars. بابونه وسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (13 ailə).
Yuxarı Babunə (Çaroymaq)
Yuxarı Babunə (fars. بابونه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Qarağac qəsəbəsindən 21 km cənub-şərqdə, Marağa-Miyanə avtomobil yolunun 44 km.-liyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (8 ailə).
Keyp-Taun
Keyptaun (ing. Cape Town, afrik. Kaapstad, kosa iKapa) — Cənubi Afrika Respublikasının əhali sayına görə ikinci şəhəri (Yohannesburqdan sonra) . CAR-ın qanunverici paytaxtı.
Kobern-Taun
Kobern-Taun (ing. Cockburn Town) — Törks və Kaykos adalarının paytaxtı, 3700 nəfər əhalisi vardır. 1681-ci ildə salınıb.
Athene noctua
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Henri Taube
Henri Taube (30 noyabr 1915[…] – 16 noyabr 2005[…], Palo-Alto[d], Kaliforniya[…]) — amerikalı alim. 1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-yə köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir. O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir. Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir.