Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taksonomiya
Taksonomiya (ing. taxonomy) — yun. taxis – dərəcə, sıra və qanun – taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsipləri haqqında təlim. Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək ranqı (dərəcəsi) olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur.
Sinonim (taksonomiya)
Bioloji taksonomiyada eyni takson iki və daha çox ada malikdirsə, belə adlar sinonim adlanır.
Blum taksonomiyası
Blum taksonomiyası — təhsilin təlimverici məqsədlərini mürəkkəblik və spesifiklik səviyyələrinə görə təsnif etmək üçün istifadə olunan üç iyerarxik modeldən ibarətdir. Üç siyahı koqnitiv, affektiv və psixomotor sahələrdə öyrənmə məqsədlərini əhatə edir. Koqnitiv domen siyahısı bir çox ənənəvi təhsilin əsas diqqət mərkəzində olmuşdur və tez-tez kurikulumların, qiymətləndirmələrin və fəaliyyətlərin təlim məqsədlərini strukturlaşdırmaq üçün istifadə olunur. Modellər 1956-cı ildə taksonomiyanı işləyib hazırlayan pedaqoqlar komitəsinə rəhbərlik edən Benjamin Blumun şərəfinə adlandırılmışdır. O, həmçinin standart mətnin birinci cildini, Təhsil Məqsədlərinin Taksonomiyası: Təhsil Məqsədlərinin Təsnifatını redaktə etmişdir. Blum taksonomiyası daha sadə və daha səthi bacarıqlardan daha mürəkkəb və dərin olanlara keçən 6 səviyyədən ibarətdir: 1. Bilik (yaddaş): məlumatı yadda saxlama bacarığı. 2. Anlama: məlumatı izah etmə və şərh etmə bacarığı. 3.
Taksonomik kateqoriyalar
Taksonomiya (ing. taxonomy) — yun. taxis – dərəcə, sıra və qanun – taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsipləri haqqında təlim. Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək ranqı (dərəcəsi) olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur.
Cins (taksonomik kateqoriya)
Cins (latınca genus) — yarımcinsləri birləşdirən taksonomik kateqoriya. Təsnifat ierarxiyasında fəsilə qrupundan aşağında, növ qrupundan isə yuxarıda yerləşir. Hər bir nominal cinsin tipini "tipik növ" adlı, nominal növ təmsil edir. Tərkibinə tipik növ daxil olan yarımcins cinsin öz adını daşıyır. Yarımcins canlının adında cins ilə növ ifadə edən sözlərin arasında yazılır, məsələn Microtus (chionomys) nivallis. Növdən yüksək taksonomik kateqoriyalar uninominaldırlar, odur ki, bir sözdən ibarətdirlər. Cinsin adı ismin adlıq halında olmalı və böyük hərflə yazılmalıdır, məsələn Felis, Primula, Bacillis. Beynəlxalq kodeksin botanika nomenklaturasına görə cins qrupuna, cins və yarımcins (subgenus) müstəsna olmaqla, seksiya (sectio), yarımsıra (subseries) kateqoriyaları daxildir. Bunların adı uninominal deyil, ranq və taksonun kombinasiyasıdır. Məsələn, Primula series Acaules.
Dəstə (taksonomik kateqoriya)
Dəstə (ordo) heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən taksonomik kateqoriya. Yaxın dəstələr sinif əmələ gətirir (mükəmməl sistematikalarda dəstə əvvəlcə tamdəstə və yarımsinif, sonra isə sinfi təşkil edir). Bitki sistematikasında sıra dəstəyə müvafiq tutulur.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Sinif (taksonomik kateqoriya)
Sinif (latınca classis) biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitki sıralarını birləşdirən ali taksonomik kateqoriyalarından biri. Sinif anlayışını fransız botaniki J.Turnefor vermiş, sonra Karl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir. Sinifüstü (superclassis) zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn, kəlləlilər (Craniata), çənəsizlər (Agnatha) və çənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur.
Tip (taksonomik kateqoriya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Ümumiləşmiş taksomoniya məlumat xidməti
ITIS-siz bioloji məqalələr
Ümumiləşdirilmiş taksonomik məlumat sistemi
ITIS-siz bioloji məqalələr