Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Zərdüşt (tanker)
Zoroastr — dünyada ilk neft tankeri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 1994-cü ilin iyun ayının 10-da Bakı şəhərində "Azərmarka" şirkəti tərəfindən Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 25 manat, tirajı isə 50000 ədəd olan həmin markalardan biri "Zoroastr" gəmisinə həsr olunmuşdur.
Suraxanı tanker-muzeyi
Suraxanı gəmi-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey.Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. == Tarixi == 2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi qədim gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.
Pankek
Pankek — adətən yumurta, süd və kərə yağı olan bir nişasta əsaslı xəmirdən hazırlanan və tava kimi isti bir səthdə bişirilən, adətən yağ və ya kərə yağı ilə qızardılmış nazik və yuvarlaq bir düz tortdur.
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Tanjer
Tanjer (ərəb. طنجة‎, Tanjа) — Mərakeşin şimali-qərbində tarixi bir şəhər. == Tarixi == Cəbəllütariq boğazının sona çatıb Atlantik okeanın başladığı nəqtə olan Spartel burnunun 10 km. qədər şərqində strateji önəmə sahib bir mövqedə olan Tanjernın ( fr. Tanger, ing. Tangier) Finikiyalılar tərəfindən miladdan öncə 814-cü ildə qurulduğu və Finikiyalıların ticarət mərkəzlərindən olduğu bilinir. Daha sonra Karfagen dövləti və Roma imperiyası hakimiyətində qaldı. V əsrdə İspaniyadan sürülən andalların, VI əsrdə isə Bizanslıların əlinə keçdi. İslam öncəsi dönəmdə Tinga (Tingis, Tinjis) adını daşıyan və Səbtədə (Cəuta) oturan Bizans valisi Julianos tərəfindən idarə edilən şəhəri Əməvilər dövründə İfrikiyyə valisi Ukbə b. Nafi barış yoluyla fəth etdi (681-682).
Tanqıt
Tanqıt — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 40 təsərrüfatda 190 nəfər əhali yaşayır.
TatNet
TatNet ("Tatar İnternet" üçün qısa), tatar xalqı və ya Tatarıstan haqqında Veb seqmentində ümumiyyətlə istifadə olunan tatar dilli İnternet istifadəçilərinin adıdır. Buraya bir çox dildə veb səhifələr və veb saytlar daxildir.Tatar dilində ilk e-poçt mesajı, ehtimal ki, 1991-ci ildə Azad Avropa / Azadlıq Radiosunun Tatar-Başqırd Xidmətinin işçiləri internetdən və elektron rabitədən müntəzəm olaraq istifadə etməyə başladıqda göndərildi və qəbul edildi. 1994-cü ildə tatar dilli poçt siyahısı (TMG, Tatar Poçt Qrupu üçün dayanan) quruldu və bu il ümumiyyətlə Tatar İnternetinin doğuş ili olaraq qəbul edilir. Təxminən 2000-ci ildən bəri Tatnet partlayıcı şəkildə inkişaf edir, hər il ona çox sayda veb sayt və veb sayt əlavə olunur. Tatnetin mövcudluğu tatar xalqının birliyinə və konsolidasiyasına çox böyük töhfə verməkdə davam edir, çünki tatarlar bütün dünyaya dağılmışdır və tatarların böyük əksəriyyəti etnik vətənləri olan Tatarıstan xaricində yaşayırlar. Tatar İnternet istifadəçiləri əvvəllər getdikcə daha çox üstünlük təşkil edən Latın və Kiril yazılarını istifadə edirlər. TatNet adı eyni adda Runet, Kaznet, Uznet və digərlərinin analoqu olaraq yaranan "Tatar İnternet" üçün bir portmanteau. TatNet Tatarıstan səlahiyyətlilərindən bəzi dəstək alır e. g. Kütləvi Rabitə üzrə Respublika Agentliyi (Tatmedia) veb sayt qurmaq üzrə illik "TatNet ulduzları" ("Татнет йолдызлары") müsabiqəsinin təşkilində kömək edir.
Tayşet
Tayşet (rus. Тайшет) — Rusiya Federasiyasında yerləşən şəhər, İrkutsk vilayətinə daxildir.
Tank əleyhinə idarəolunan raket
Tank əleyhinə idarəolunan raket (TƏİR) (ingiliscə: anti-tank guided missile (ATGM), və ya anti-tank guided weapon (ATGW)) tankların məhv edilməsi məqsədilə hazırlanmış silahdır. Bu raketlərin əsas vəzifəsi tank və ya digər zirehli döyüş maşınlarını vurmaq və məhv etməkdir. TƏİR-lər əsasən atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən, və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir. Birinci nəsil TƏİR-lər hədəfi tapmaq üçün komanda qolu kimi bir alətlə operator vasitəsilə hədəfi tapa bilirdi. Ancaq, bu iş üçün operatorun yaxşı təcrübəsinin olması və raketin uçuşu zamanı hərəkətsiz qalması lazım gəlirdi. İkinci nəsil TƏİR-lərdə isə hədəf vurulana qədər operatorun nişangahı hədəfdən ayırmaması lazım idi. Bu sistemlərdə raketi idarə etmək üçün kabel, radio siqnalı, lazer işarələnməsi və ya raketə yerləşdirilən TV kamerasından istifadə olunurdu. Bu raketlərə ABŞ istehsalı TOW raketləri misal ola bilər. Ancaq, bu nəsil silahlarda da operatorun sabit qalması lazım gəlirdi. Çox inkişaf etmiş üçüncü nəsil TƏİR-lər isə lazer, elektronik görüş sistemlərindən istifadə olunur.
Paket
Paket (packet) – ümumi anlamda: şəbəkədə bir qurğudan başqasına ötürülən informasiya vahidi. Paket kommutasiyası şəbəkəsində bu termin belə təyin olunur: göndərilmək üçün nəzərdə tutulmuş ikilik rəqəmlərdən ibarət olan müəyyən olunmuş maksimal ölçülü verilənlər yığını; burada həm verilənlər, həm də idenfikator-nömrə, göndərənin və alanın ünvanı və bəzən xətalara nəzarət verilənləri olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 623 s.
Raket
Raket, nadir hallarda raket (it. rocchetta – fırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir. Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq olur. == Tarixi == İlk raket tarixi mənbələrə əsasən 1266-cı ildə Çində mövcud olmuşdur. Monqollara qarşı müharibədə çinlilər Kay-Kenq adlı raketdən istifadə etmişlər.
TTNET
TTNET — Türk Telekom brendi altında fəaliyyət göstərən, Türkiyənin ən böyük internet provayderi. 7 milyon abunəçisi mövcuddur. Türk Telekom Group şirkətinin tərkibində yer alır. Hal-hazırda Məhəmməd Hariri İdarəetmə Şurasının sədri, Abdullah Orkun Kaya isə TTNET-in icraçı direktorudur (CEO). 2010-cu ilin fevral ayında TTNET Tivibu adlanan yeni xidmət yaratdı. Bu xidmətə televiziya və kinolardan ibarət idi. Bu xidmət istifadəçilərə həm telefondan, həm də kompüterdən televiziya və film izləmək imkanı verirdi.27 yanvar 2016-cı ildə Türk Telekom, mobil şəbəkə, sabit telefon və internet xidməti provayderi üçün tək marka "Türk Telekom"-u yaratdı. == Brendləri == === Tivibu === Tivibu, TTNET tərəfindən təmin edilən İnternet televiziya xidmətidir. Bu xidmət yüksək sürətli genişzolaqlı xidmət vasitəsilə Türkiyədə istifadəçilərə televiziya və kino təcrübəsi təklif edir. WebTV, istifadəçinin sabit bir yerə və ya set-top qutusuna malik olmasını tələb etmir.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Android Market
Google Play — Google-nin İos əməliyyat sistemi üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Gəncə tankeri
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Hubert Lanqet
Hubert Languet (1518 – 30 sentyabr 1581, Antverpen, Brabant hersoqluğu[d]) fransız Diplomatı və İslahatçısıdır. Onun diplomatiyasının aparıcı ideyası protestantlığın qorunması və genişlənməsi üçün dini və vətəndaş azadlığı idi. O, protestant kilsələrinin birliyini inkişaf etdirmək üçün əlindən gələni etmişdir. == Həyatı == Languet 1518-ci ildə Fransanın Dijon şəhərindən 21 mil (34 km) qərbdə yerləşən Vitteaux şəhərində anadan olub . O, hüquq təhsili almaq üçün Poitiers Universitetinə daxil olub, lakin ilahiyyat , tarix , elm və siyasət elmləri ilə də maraqlanıb . Padua və Bolonya universitetlərində olmuş , İtaliya və İspaniyaya səyahət etmişdir . O, şübhələrinə son qoyan Melanchthonun Loci theologici əsərindən çox təsirləndi . 1549-cu ildə Languet Wittenbergə getdi , burada Melanchthon tərəfindən mehribanlıqla qonaq kimi qəbul edildi, tez-tez səyahətlərində onu müşayiət etdi və dostları ilə intim münasibətdə idi. Protestantların təqibləri ilə Fransadan qovulan o, Vittenberqdə məskunlaşdı, qışı orada keçirdi, lakin yay və payızda geniş səyahətlər etdi. 1559-cu ildə Melanxtonun tövsiyəsi ilə Lanqet Saksoniya seçicisinin xidmətinə diplomatik agent kimi daxil oldu və 1577-ci ilə qədər bu vəzifədə çalışdı.
I Tankred
I Tankred — II Rocerin oğlu idi. 15-16 yaşlarında üsyançı Qrümvaldın ölümündən sonra Bari knyazı olmuşdu. Həmin il ona həm də Taranto knyazlığı verilmişdi. 19 yaşında ölməsi səbəbilə bütün torpaqları qardaşı I Vilyama keçdi. Bari knyazlığını isə Jakvintus adlı bir əyan ələ keçirsə də cəmi 1 il knyaz oldu və öldürüldü. Onun da torpaqları Vilyama keçdi.
Jan Mankes
Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam. İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.
Market adamı
Market adamı (コンビニ人間, Kombini ninqen) – Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır.Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür. Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur. == Məzmun == Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur. == Analiz == Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır. Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur. Lakin Murata Keykonun o olmadığını, ondan fərqli olaraq Keykonun güclü iradəyə malik olduğunu və insanların nə düşündüyünü vecinə almadığını bildirmişdir: "O, mənim üçün qəhrəmandır".
Mixael Yanker
Mixael Yanker (23 mart 1992) — Almaniyalı atıcı. Mixael Yanker Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mixael Yanker birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.8 xal toplayaraq 29-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Neft tankeri
Neft tankeri (ing. Oil tanker) - Xam neftin və ya işlənmiş neft məmulatlarının daşınmasında istifadə olunan gəmi növü. Xam neft və yeyinti məhsulları daşıyan gəmilər xarici görünüş baxımıdan bir-birlərinə oxşasalarda, daxili tərtibat və quruluş baxımlarından fərqliliklərə sahibdirlər. Dünyada ilk neft tankeri Azərbaycanda istismara verilmişdir. Belə ki, 1879-cu ildə Nobel qardaşlarının Bakıdakı neft mədənlərindən çıxarılan xam neftin daşınması üçün sifariş etdiyi Zərdüşt gəmisi dünyada istifadəyə verilmiş ilk neft tankeri hesab olunur.
OBA Market
"OBA Market" MMC — Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkətin hal hazırda 1200-dən çox mağazası fəaliyyət göstərir. Market sayına görə "OBA Market" MMC Azərbaycanın 1 nömrəli marketlər şəbəkəsidir. == Tarix == "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olmuşdur. Şəbəkənin yaradılmasında əsas hədəf isə "gündəlik tələbat məhsullarını mümkün olan ucuz qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir".2020-ci ildən etibarən, çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olmuşdur. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf saylarının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir. 2023-ci il 11 Mart tarixində "OBA" market 7 yaşını qeyd etmişdir. == Market sayı == OBA Market MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hal-hazırda 1100-dən çox marketə malik olan market şəbəkəsidir.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaz tankeri
Qaz tankeri - Maye və ya sıxılmış formada qaz məhsullarının daşınması üçün istifadə olunan gəmi növü. Bu növ gəmiləri, daşıdıqları yükün yüksək təhlükəli olması səbəbindən son dərəcə yüksək təhlükəsizlik göstəriciləri ilə təmin edilir. Qaz tankerlərinin digər gəmilərdən fərqləndirən əsas cəhətlərdən biri, daşınan qazın maye halında saxlanılmasını təmin etmək üçün daxili soyutma sisteminə malik olmasıdır.
Bankə
Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir. Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. == Tarixi == Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub. 1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.XIX əsr rus mənbələri içərisində Nikolay Kalaşevin 1884-cü ildə yazdığı “Местечко Саляны Джеватского уезда» əsərində tarixi mənbələr içində Bankənin də adı çəkilir.