ANKET

I
сущ. анкета. Anket doldurmaq заполнять анкету, anket sualları вопросы анкеты, anketin cavabları ответы на анкету, ətraflı anket подробная анкета, anket əsasında на основании анкеты
II
прил. анкетный. Anket üsulu анкетный метод, anket məlumatları анкетные сведения, (данные); anket yolu ilə путём анкетирования
ANKERLİ
ANKİLOZ
OBASTAN VİKİ
Abraham Hiatsint Anketil-Düperron
Abraham Hiatsint Anketil-Düperron (7 dekabr 1731[…], Paris – 17 yanvar 1805[…], Paris) — fransız alimi, şərqşünas, Avropa alimləri arasında Avestanın ilk tərcüməçisi. == Həyatı == Anketil-Düperron Parisdə, Okserdə və Amersfortda ilahiyyat təhsili almışdı. O, Parisdə bir neçə Şərq dilini öyrənmişdi. == Elmi fəaliyyəti == Anketil-Düperron 1755-ci ildə sanskrit və zənd dillərini öyrənmək məqsədilə hökumət tərəfindən Hindistana göndərilmişdi. Bu ölkəni 10 ay gəzdikdən sonra Sort şəhərində məskunlaşaraq 1760-cı ilə qədər bu şəhərdə yaşamışdır. 1755–61-ci illərdə Anketil-Düperron ölü dildə yazılmış Avestanın pars kahinləri tərəfindən (icmanın etirazına baxmayaraq) yeni pars ləhcəsində oxunmasına nail olmuşdu. O, hətta Avestanın əlyazmalarını əldə edə bilmişdi. 1762-ci ildə Parisə qayıdan Anketil-Düperron Kral kitabxanasına Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə təyin olunmuşdu. 1771-ci ildə Avestanı şərhlərlə fransız dilində nəşr etmişdi. Anketil-Düperronun tərcüməsi o dövrün bir çox alimləri tərəfindən qəbul olunmamış, bu mətnlərin orijinal olduğuna şübhə ilə yanaşanlar və Avesta mətnlərinin saxtalaşdırıldığını düşünənlər də olmuşdur.
Lui Anketen
Lui Anketen (fr. Louis Anquetin, 26 yanvar 1861[…], Etrepanyi[d] – 19 avqust 1932[…], Paris) — fransız rəssam və sənətşünas, rəssamlıqda sintetizm sənətinin qurucularından biri. == Bioqrafiya == 1881-ci ildə Lui Anketen Parisə gəldi və Leon Bonnın sənət studiyasında oxudu. Burada Anri de Tuluz-Lotreklə tanış olub, daha sonra uzun illər dostlaq əlaqəsi qurdular. Bonn studiyası bağlandığından sonra dostlar Atelyer Kormonun sinfinə daxil oldular. Sinifdə Lui Anketen ən perspektivli tələbə sayılırdı. 1887-ci ildə Vinsent van Qoq, Anketen və Emil Benardın heyranlığına səbəb olan Parisdə Tamburin kafesində Yapon qrafika kolleksiyasını qurdu və sonra onları rəngkarlıqda yeni bir meyl inkişaf etdirməyə təşviq etdi və daha sonra kluazonizme çevrildi. 1894-cü ildə Anketen və Tuluz-Lotrek Hollandiya klassik rəsmini öyrənmək üçün Belçika və Hollandiyaya yola düşmüşdülər. == Ədəbiyyyat == Émile Bernard, "Louis Anquetin", L'Art et les Artistes, 1933. Frédéric Destrémau, Louis Anquetin le retour au métier, DEA de l'Université Paris I, 1990.

Digər lüğətlərdə