Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tanrıçılıq
Tenqriçilik və ya Göy Tanrı dini — Mərkəzi Asiyada yaranmış, şamanizm və animizmlə xarakterizə olunan dini inanc. Tanrıya ibadət etməklə yanaşı Animizm, Şamanizm və Totemizm bu inancın əsas xəttini təşkil edir. Tenqri sözü Tanrı sözünün qədim türk dilindəki deyiliş şəklidir. Orxon abidələrində ilk oxunan sözdür və yazılışı "" şəklindədir. Bu inanca görə Göyün ulu ruhu Tanrıdır. İnsanlar özlərini Göy ata Tanrı, torpaq ana Ötüken və insanları qoruyan atalarının ruhları arasında güvəndə hiss edib, onlara və digər təbiət ruhlarına dua edərdilər. Böyük dağların, ağacların və bəzi göllərin güclü ruhları özündə saxladığına inanılaraq dualar bəzən bu cismlərə edilsə də, onlar tanrı olaraq qəbul edilmirdi. Sadəcə onun yerdəki varlığının göstəricisi idi. Göyün və yeraltının yeddi qatı olduğuna və hər qatda çeşidli ruhların mövcud olduğuna inanılırdı. İnsanlar təbiətə, ruhlara və digər insanlara hörmət bəsləyib müəyyən qanunlara riayət edərək dünyalarını tarazlıqda saxlamaları ilə fərdi güclərinin özünün zirvəsinə çatıb xaricə əks olunduğuna inanırdılar.
Ayrılıq
Ayrılıq — azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib. == Yaranması == Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir.Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi.
Darılıq
Darılıq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dardıq Cəlilabad rayonunun Ağdaş inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə maldarlıqla məşğul olan bir qrup ailənin Danlıq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dan əkilən yer" mənasındadır. Fitotoponimdir. Qax rayonunun Güllük kəndində də Darılıq sahəsi adlı yer qeydə alınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 140 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sarılıq
Sarılıq – əsasən qaraciyərin və ya ödün funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir. Qarın boşluğunda və qara ciyərdə ağrılarla müşayiət olunur. Göz ağının və dərinin hissediləcək qədər sarı rəng alması baş verir. Müalicə olunmazsa, ölümlə nəticələnə bilər. == Pəhrizlə müalicə == Pəhriz məqsədi ilə sərçə əti və yumurtası yemək və ya mərəçüyüdün qaynanmış suyunu içmək faydalıdır. Quzuqulağı kökünün şərabda qaynadılmış qabığı da sarılıq zamanı işllədilir. Bu zaman 24 q-dək turp yarpağının suyunu içmək yaxşı tə"sir göstərir. Sarılıq keçirən zaman süd, badam yağı, turş və şirin nar suyu, bağayarpağı və turş alma suyu içmək məsləhət görülür. Xəstəlik istiliklə müşayiət edilərsə və öd kisəsi ilə basğlı olarsa nar, kasnı, balqabaq və yemiş şirəsi, xiyar şirəsi və kasnı toxumunun şirəsini iskəncəbi ilə içmək münasibdir. Çəpiş əti, cücə əti, abqora, xiyar tumu, kahı yarpağı, kasnı yarpağı sirkə ilə məsləhət görülən yeməklərdəndir.
Kosmoqonik tanrılar
Kosmoqonik tanrılar — Yunan mifologiyasında protoqonoz ya proqogenoz (yun. Πρωτογενοι, ilk doğulanlar, yarananlar, törənənlər) hadisə nəticəsində yaranmış tanrılar. İlk olaraq əfsanə yaranmışdır. Tarixə qədərki dövrlərdə insan kainatı tam dərk edə bilmədiyindən təbiət hadisələrinin qarşısında aciz olduğundan onları ilahi obrazlarla dərk etməyə çalışmışdır. İnsanların bu baxımdan yaratmış olduğu əfsanələrdən biri də kainatın yaranmasına aiddir. Əfsanələrin əksəriyyətində dünyanın və kainatın yaranmasını xaotik, qaranlıq, sonsuz, soyuqluqdan törəmə kimi göstərilir. Məşhur ifadədə deyildiyi kimi "öncə xaos (qarma qarışıq, qaranlıq soyuq sonsuzluq) olmuş". Xaos, Tartar, Hava, Okean, Gecə və Zülmət kimi törəmələr ilk tanrılara həyat vermiş olurlar. Məhz yunan mifologiyasında bu cür hadisəni kosmoqonik hadisə və bu hadisələrdən törənənlər isə kosmoqonik tanrılar adlandırılırlır.
Tanrının Kilsəsi
Tanrının Kilsəsi və ya Ümumdünya Missiya Cəmiyyəti — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu sektanın davamçıları hesab edirlər ki, İsanın ruhu An Sanq-Honq adlı bir adamın vücuduna köçmüşdür, Jan Hil-Ca adlı qadın isə "Tanrının Anasıdır". Onlar bildirirlər ki, Yerdəki ailə sistemi səmavi ailə sisteminin əksi və kölgəsidir və Səmavi Ata (An), Səmavi Ana (Jan), həmçinin qardaş və bacıların (digər bəşəriyyət) mövcud olduğunu iddia edirlər. Tənqidçilərin fikrincə, bu kult ailələri məhv etmək üçün beyinlərə təsir göstərmək taktikasından istifadə edir. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Tanrının formulu
Tanrının formulu — portuqaliyalı jurnalist və yazıçı Joze Rodriges dos Santos tərəfindən yazılmış , 2006-cı ildə Portuqaliyada nəşr olunan dördüncü roman. 2006-cı ildə Portuqaliyada 100.000 tirajla ən çox satılan roman idi. Romanda Portuqaliyalı professor Tomas Noronhanın Albert Eynşteynin özünün hazırladığı düstur əsasında tanrının varlığının elmi sübutu axtarışından bəhs edilir. Macəra MKİ -nin iştirakı ilə İran , Tibet və Portuqaliyada baş verir . Kitabda son fizika nəzəriyyələrinə əsaslanan kainatın mənşəyi haqqında innovativ baxış təqdim olunur. == Qısa məzmun == 1951-ci ilin yazısıdır. Princeton, New Jersey şəhərinin kiçik bir küçəsində naməlum bir adam gizlənib, baş verən mənzərəni diqqətlə izləyir. Polisin müşayiət etdiyi kortej kiçik, diqqətəlayiq bir evdə dayanarkən, ağ saçlı bir qoca aparıcı avtomobildən tullanır. O, piyada zolağına gedərkən eyvandan təxminən eyni yaşda, həm də vəhşi ağ saçlı bir kişi enir və onu hərarətlə qarşılayır. Kölgələrdə gizlənən müşahidəçi MKİ-dir – həmkarları da yaxınlıqdadırlar, İsrailin yeni gələn baş naziri David Ben-Qurion və onun ev sahibi, məşhur alim Albert Eynşteyn arasında evin içərisində baş verən söhbəti qeyd edirlər.
Tanrının varlığı
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar - metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Tanrısız (miniserial)
Allahsız — Amerikan Vestern dram janrında mini serial. Serialın ssenari müəllifi və rejissoru Skott Frenkdir. 1884-cü ildəki hadisələrdən bəhs edən serialda qisaskar himayədarından qaçan gənc quldur demək olar ki, yalnız qadınların yaşadığı kiçik bir Nyu-Meksiko şəhərinə gəlib çıxır. Yeddi seriyalı serialın istehsalına 2016-cı ilin sentyabrında Nyu-Meksiko ştatının Santa Fe şəhərində başlanılıb və 22 noyabr 2017-ci ildən etibarən Netflix-də bütün dünyaya yayımlanıb. Serial ümumilikdə müsbət rəylər almış və The Washington Post və Vanity Fair tərəfindən ilin ən yaxşı 10 serialından biri adlandırılmışdır. == Rollarda == Cek O'Konnell – Roy Qud rolunda; Roy Qud keçmiş rəhbəri Frank Qriffindən qaçan yaralı quldurdur. O, gənc yaşlarında yetim qalıb və Qriffin tərəfindən himayəyə götürülüb. Roy Qud sonda soyğunçuluqdan uzaqlaşır və qənimətlə yola düşür. Ona atalıq edən Qriffinin davranışına daha dözə bilməyən Roy onu tərk edir.Mişel Dokeri – qayınanası və yeniyetmə oğlu ilə kiçik bir fermanı idarə edən dul bir qadın olan Alis Fletçer rolunda.Skut MakNeri – La Bel şəhərinin şerifi və Meri Aqnesin qardaşı Bill MakNye rolunda.Merritt Vever – Meri Aqnes MakNyu rolunda. Meri, demək olar ki, bütün kişilərin mədən qəzasında öldüyü La Bel şəhərinin mərhum merinin qətiyyətli, praqmatik və cəsarətli dul arvadı və şerif Bill MakNyunun bacısıdır.Tomas Brodi-Sanqster – Vayti Uinn rolunda.
Tanrının iradəsi
Tanrının iradəsi və ya ilahi iradə — Yəhudi Bibliyasında, Əhdi-cədiddə və Quranda tapılan anlayış. Buna əsasən, tanrının iradəsi mövcud olan hər şeyin ilk səbəbidir. Akvinalı Fomaya görə, tanrı "ali xeyir"dir. "Teologiyanın cəmi" (sual 6, maddə 3) təsdiq edir ki, "tanrı özü təkcə mahiyyətcə xeyirdir".İsa Məsihdə iki təbiət var – insani və ilahi. Buna görə də Foma qeyd etmişdir ki, onda iki fərqli iradə mövcuddur: insan iradəsi və ilahi iradə.
Tanrının padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Tanrının yaraqları
Tanrının yaraqları (çin. 龍兄虎弟; ing. Armour of God) — Ceki Çanın 1986-cı ildə çəkdiyi komediya-döyüş filmi. == Məzmunu == Ceki (Ceki Çan) — macəra axtarıcısı, "Asiya şahini" ləqəbli xəzinə ovçusudur. O, Afrikadan qiymətli qılıncı qaçırır və onu Avropada hərraca qoyur. Yalnız beş predmeti saxlanılmış qılınc qədim Tanrının yaraqlarındandır. Əfsanəyə görə, Tanrının yaraqlarının məhv edilməsi Yer üzündə şər qüvvələrin hakimiyyətinə səbəb olacaqdır... == Rollarda == Ceki Çan — Ceki Alan Tam — Alan Lola Forner — May Bannon Rosamund Kuan — Loreley Božidar Smiljanić — Kount Bannon Ken Boyle — Qrand Uizard Con Ladalski — Lama Robert O'Brien Boris Gregoric Kenni Bii Karina Lau Anthoni Çan == Xarici keçidlər == Tanrının yaraqları filmi — azərbaycanca Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine YouTubedə Rəsmi treyler «Tanrının yaraqları» — Internet Movie Database saytında. « Tanrının yaraqları» (ing.) hkmdb.com saytında Tanrının yaraqları AllMovie saytında Tanrının yaraqları Rotten Tomatoes saytında (ing.) == Biblioqrafiya == Charles, John. The Hong Kong Filmography , 1977-1997.
Ayrılıq imiş
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Tanrının Müqavimət Ordusu
Tanrının Müqavimət Ordusu (ing. Lord's Resistance Army - LRA) — həmçinin Tanrının Müqavimət Hərəkatı kimi də tanınan, bir militant qrup. Şimali Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərir. Geniş insan hüquqları pozuntuları o cümlədən qətl, oğurlama, uşaq cinsi köləliyi, uşaqları hərbi əməliyyatlarda iştirak etməyə məcbur etməyə ittiham edilmişdir. Əvvəlcə onlar cənubi Uqandalı təcrid hiss edən etnik qruplarının hesabına Uqandanın mərkəzi hökumətinə qarşı bəzi Açolilər tərəfindən icra edilən böyük bir silahlı müqavimət hərəkatının nəticəsi və davamı idi. İdeoloji cəhətdən,qrup Açoli millətçiliyi, Afrika mistisizm və xristian fundamentalizminin qarışığıdır.
Tanrının dili (kitab)
Tanrının dili — Amerikalı bioloq Frensis Kollinsin bestseller kitabı. == Kitab == Adətən inancı qeyri-müəyyənlikdə, elmi də insanı maddi tərəfindən başqa, heç bir mənası olmayan həyatla məhdudlaşdırmaqda ittiham edirlər. Beləliklə, iki əks qütb kimi təqdim olunan elm və mənəviyyat arasında barışmaz "müharibə" yaranır. “Tanrının dili” kitabında elm və din arasındakı düşmənçiliyin yorğun stereotiplərini inkar edən Frensis Kollins oxucularını həm inancı, həm də rasionallığı əhatə edən biliyin vəhdətini tapmağa çağırır. Həm inanclı, həm aqnostik, həm də ateist üçün yazılmış bu kitab sübut edir ki, ağrı və əzabların ortasında qərar tapmış insan, məntiqi addımlardan yayınmadan iman gücünə istinad etməklə sıxıntılardan qurtula bilər. Kollinsin inanc yolundakı şübhələrlə mübarizədən bəhs edən şəxsi hekayəsi də xüsusi maraq doğurur. Bizi əhatə edən dünyaya baxışımızı formalaşdıracaq çoxsaylı yaradılış möcüzələri ilə tanış olmaq istəyirsinizsə, bu kitab mükəmməl seçimdir. == Müəllif == Amerikanın tanınmış genetika alimi, fəlsəfə doktoru Frensis Kollins ˝Tanrının dili˝ əsərində bütün subyektiv yanaşmaları bir kənara qoyaraq ˝bir alim inanclı ola bilərmi?˝ və ya ˝inanclı insanın elmi qəbul etməsi etiqadı ilə ziddiyyət təşkil edirmi?˝ suallarına səmimiyyətlə cavab verməyə çalışır. ABŞ Milli Səhiyyə İnstitutlarının rəhbəri, Amerikanın iki ən yüksək təltifindən biri olan Prezident Azadlıq medalı, Templeton mükafatı da daxil olmaqla bir çox medal və mükafatların, fəxri adların sahibi, dəyərli elmi əsərlərin müəllifindən elm və inancın sazişi barəsində əsər, sözsüz ki, xüsusi çəkiyə sahibdir. Əsərin daha bir özəlliyi müəllifin uzun və keşməkeşli yollar qət etdikdən sonra bu kitabı qələmə almasıdır.
Tanrının sidr ağacları
Tanrının sidr ağacları (ərəb. أرز الربّ‎‎‎) — Livan sidr ağaclarının geniş meşələrinin son izlərindən biridir. Qədim zamanlarda Livan dağı üzərində salınmışdır.
Tanrının varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar - metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
İslamda Tanrının adları
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Tanrının oğlu (film)
Tanrının oğlu (ing. Son of God) — 2014-cü ildə, ABŞ-də epik bibliya dramı janrında istehsal olunmuş bədii filmdir. Film Mark Börnett və Roma Dauninin on saatlıq "Bibliya" mini-serialına əsaslanır. Film, serialın qısaldılmış versiyası kimi təqdim olunmaqla yanaşı, həmçinin serialda istifadə edilməmiş səhnələrin də istifadə ediləcəyi gözlənilir. == Sinopsis == Filmdə doğulmasından dirilməsinə kimi İsa Məsihin həyatı təsvir olunur. == Rollarda == Dioqo Morqado — İsa Məsih Darvin Şou — Müqəddəs Pyotr Roma Douni — Məryəm Qreq Hiks — Ponti Pilat Sebastian Knapp — Həvari Yuhənna Amber Rouz Revah — Mariya Maqdalena Adrian Şiller — Kaiafa Andryu Bruk — Antonius Lui Delamere — Ponti Pilatın həyat yoldaşı Said Bey — Həvari Matfey Metyu Qravel — Həvari Foma Simon Kunz — Nicodemus Co Vredden — İuda İskariot Fraser Ayres — Barabbas Pol Mark Devis — Zealotlu Simon Co Koen — Müqəddəs İosif Leya Mimmak — Gənc Məryəm Rik Bekon — Herod Antipas Anas Şerin — Vifaniyalı Lazar == İnkişaf == Filmin "Bibliya" serialının qısa versiyası kimi təqdim ediləcəyi elan edilməklə yanaşı, serialın çəkilişləri zamanı lentə alınmış, lakin sonradan istifadə olunmamış şğsəhnələrin də bu filmdə istifadə ediləcəyi haqqında məlumat verilib. 28 fevral, 2014-cü ildə təqdim ediləcəyi gözlənilən filmin, PG-13 MPAA reytinqi ilə vizyona girəcəyi də təsdiqlənib.
Ayrılıq (film, 1995)
Ayrılıq qısametrajlı bədii filmi rejissor Elçin Cahangirli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Əlfi Qasımovun "Qağayı fəryadı" povestinin motivləri əsasında çəkilib. Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Əsas rolları Nailə Əliyeva və Elçin Cahangirli ifa edirlər. == Məzmun == Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Onlar illər sonra bir toy mərasimində qarşılaşırlar. Vaxtilə bir-birilərini sevən bu gənclər baş verən bəzi hadisələr səbəbindən ayrılırlar. İllər sonra bu təsadüfi görüş hər ikisinin sevgi xatirələrini canlandırır. Ancaq necə deyərlər: Ötən günə gün çatmaz, calasan da günü günə...
Hapi (Nil tanrısı)
Hapi (Nil tanrısı) — Hapi qədim Misir dinində Nil çayının illik daşqınlarının tanrısı idi. Daşqın nəticəsində çayın sahillərində misirlilərə məhsul yetişdirmək imkanı verən zəngin lil (münbit torpaq) əmələ gəlib. Hapi misirlilər arasında geniş qeyd olunurdu. Hapinin bəzi titulları "Balıqların və Bataqlıq quşlarının Rəbbi" və "Bitki gətirən çayın Rəbbi" idi. Hapi adətən böyük qarnı və böyük sallanan sinəsi olan, bel paltarı geyən və təntənəli saxta saqqallı androqin fiqur kimi təsvir edilir. == Mifologiya == Nil çayının illik daşqını bəzən Hapinin gəlişi adlanırdı. Bu daşqın başqa bir səhra ərazisində münbit torpaq təmin etdiyi üçün Hapi məhsuldarlığı simvollaşdırdı. Zəngin və qidalı məhsul gətirdiyi deyildiyi üçün böyük qadın döşləri var idi. Bərəkətli təbiətinə görə o, bəzən “tanrıların atası” hesab olunurdu və kosmosun, dünyanın və ya kainatın tarazlığını qorumağa kömək edən qayğıkeş ata hesab olunurdu. Onun Asvan yaxınlığında Nil çayının ehtimal olunan mənbəyində bir mağarada yaşadığına inanılırdı.
Milçəklər tanrısı (roman)
Milçəklər tanrısı və ya bəzən Milçəklər kralı — Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan alleqorik roman. == Haqqında == Kitabda baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Vilyam Qoldinq bu kitabı İkinci Dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır. == Mövzu == Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır. Daha sonra katolik məktəbin uşaqlarından ibarət qrupda bu qrupa qoşulur və liderlik problemi böyüyür.
Tanrının oğlu (film, 2014)
Tanrının oğlu (ing. Son of God) — 2014-cü ildə, ABŞ-də epik bibliya dramı janrında istehsal olunmuş bədii filmdir. Film Mark Börnett və Roma Dauninin on saatlıq "Bibliya" mini-serialına əsaslanır. Film, serialın qısaldılmış versiyası kimi təqdim olunmaqla yanaşı, həmçinin serialda istifadə edilməmiş səhnələrin də istifadə ediləcəyi gözlənilir. == Sinopsis == Filmdə doğulmasından dirilməsinə kimi İsa Məsihin həyatı təsvir olunur. == Rollarda == Dioqo Morqado — İsa Məsih Darvin Şou — Müqəddəs Pyotr Roma Douni — Məryəm Qreq Hiks — Ponti Pilat Sebastian Knapp — Həvari Yuhənna Amber Rouz Revah — Mariya Maqdalena Adrian Şiller — Kaiafa Andryu Bruk — Antonius Lui Delamere — Ponti Pilatın həyat yoldaşı Said Bey — Həvari Matfey Metyu Qravel — Həvari Foma Simon Kunz — Nicodemus Co Vredden — İuda İskariot Fraser Ayres — Barabbas Pol Mark Devis — Zealotlu Simon Co Koen — Müqəddəs İosif Leya Mimmak — Gənc Məryəm Rik Bekon — Herod Antipas Anas Şerin — Vifaniyalı Lazar == İnkişaf == Filmin "Bibliya" serialının qısa versiyası kimi təqdim ediləcəyi elan edilməklə yanaşı, serialın çəkilişləri zamanı lentə alınmış, lakin sonradan istifadə olunmamış şğsəhnələrin də bu filmdə istifadə ediləcəyi haqqında məlumat verilib. 28 fevral, 2014-cü ildə təqdim ediləcəyi gözlənilən filmin, PG-13 MPAA reytinqi ilə vizyona girəcəyi də təsdiqlənib.
Tanrının yaraqları (film, 1986)
Tanrının yaraqları (çin. 龍兄虎弟; ing. Armour of God) — Ceki Çanın 1986-cı ildə çəkdiyi komediya-döyüş filmi. == Məzmunu == Ceki (Ceki Çan) — macəra axtarıcısı, "Asiya şahini" ləqəbli xəzinə ovçusudur. O, Afrikadan qiymətli qılıncı qaçırır və onu Avropada hərraca qoyur. Yalnız beş predmeti saxlanılmış qılınc qədim Tanrının yaraqlarındandır. Əfsanəyə görə, Tanrının yaraqlarının məhv edilməsi Yer üzündə şər qüvvələrin hakimiyyətinə səbəb olacaqdır... == Rollarda == Ceki Çan — Ceki Alan Tam — Alan Lola Forner — May Bannon Rosamund Kuan — Loreley Božidar Smiljanić — Kount Bannon Ken Boyle — Qrand Uizard Con Ladalski — Lama Robert O'Brien Boris Gregoric Kenni Bii Karina Lau Anthoni Çan == Xarici keçidlər == Tanrının yaraqları filmi — azərbaycanca Arxivləşdirilib 2018-04-03 at the Wayback Machine YouTubedə Rəsmi treyler «Tanrının yaraqları» — Internet Movie Database saytında. « Tanrının yaraqları» (ing.) hkmdb.com saytında Tanrının yaraqları AllMovie saytında Tanrının yaraqları Rotten Tomatoes saytında (ing.) == Biblioqrafiya == Charles, John. The Hong Kong Filmography , 1977-1997.
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. == Məzmun == Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.