CANLILIQ

is.
1. Canlı şeyin halı.
[Arvadın] gözlərində, üzündə, bütün hərəkətlərində qeyri-adi bir canlılıq vardı… M.İbrahimov.

2. Təsir, qüvvə. Hisslərin canlılığı. İlk təəssüratın canlılığı.
// Aydınlıq, parlaqlıq, barizlik.
Canlılıq və həyatilik etibarilə Səməd Vurğunun obrazları xüsusi bir qüvvəyə malikdir. Mir Cəlal.

// məc. Həyat, dirçəliş, şənlik, şən əhvali-ruhiyyə.
Züleyxa… kitabxanaya nə isə qeyri-adi bir canlılıq və həyat gətirmişdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CANLILIQ güclülük — qüvvətlilik
  • CANLILIQ sağlamlıq — gümrahlıq — qıvraqlıq
  • CANLILIQ dirilik — sağlıq
  • CANLILIQ həyatilik
  • CANLILIQ köklülük — yoğunluq
CANLIQ
CANSAĞLIĞI

Digər lüğətlərdə