Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bosniya və Herseqovinada xristian tatuirovkaları
Bosniya və Herseqovinada xristian tatuları (və ya serb-xorvat dilində sicanje ("siçanye" oxunur) ― Bosniya və Herseqovinada Osmanlı hakimiyyəti dövründə (1463–1878) Roma katolikləri arasında geniş yayılmış və XX əsrə qədər davam edən adət. Katoliklər tatunu uşaqlarını devşirmədən qurtarmaq üçün edirdilərsə, qadınlar əsarətdən qaçmaq ümidi ilə döymə etdirirdilər. Bu adətin nəyin ki slavyanların Balkanlara köç etməsindən, hətta xristanlığın burada yayılmasından öncə mövcud olduğu hesab edilir. Eramızdan əvvəl I əsrdə, yunan tarixçisi Strabon bu ərazidə yaşayan sakinlərin digər İlliriya adət-ənənələri içərisində döymə ənəsinin da adını çəkir. Yunanıstan, Şimali Makedoniya və Herseqovinadan olan vlax qadınları da öz xeyirləri üçün döymələrdən istifadə edirdilər. XIX əsrin sonlarında arxeoloq Çiro Truhelka bu tip tatuları araşdırmağa başladı və onlar haqqında yazan və təsvir edən ilk tədqiqatçılardan biri oldu. Ölkənin bəzi bölgələrindəki Bosniyalı qadınlar qollarını və digər görünən bədən hissələrini (alın, yanaqlar, biləklər və ya boynun alt hissəsi kimi) xristian simvolları və steçak bəzəkləri ilə tatu edirlər. Müasir dövrdə bu ənənə təkçə Bosniya və Herseqovinada deyil, xaricdə yaşayan bosniyalı qadınlar arasında da yayılıb.