Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taybey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Taybey 101
Taybey-101 — göydələn, müasir arxitektur texnoloji nailiyyətlərə əsaslanan tikilidir. Çin Xalq Respublikasının Tayvan adasında, Taybey şəhərində yerləşir. Bürc Xəlifə və Əbrəc Əlbeyt Qüllələrindən sonra hündürlüyünə görə dünyada üçüncü yer tutur. 2003-cü ildə tikilən bu bina 6 il ərzində dünyanın ən hündür binası hesab edilmişdi. Binada çox sayda restoranlar, butiklər, fitnes-klublar, əyləncə mərkəzləri və s. fəaliyyət göstərir. == Tarixi == Lahiyyəsi 1997- ci ildə hazırlanmış və 1999-cu ildə tikintisinə başlanılmışdır. 2004-cü ildə yeni il gecəsi binanın açılış mərasimi keçirilmişdir. Hal-hazırda bina ticarət mərkəzi funksiyası daşıyır. Binanın tikintisi zamanı yerləşdiyi ərazidə 3 bal gücündə iki zəlzələ qeydə alınıb.
Taybad
Taybad və ya Təyyibat-İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Taybad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,228 nəfər və 10,230 ailədən ibarət idi.
Aybək
İzzəddin Aybək (ö. 1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü. == Həyatı == Dövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir. Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar. === Üsyan === 1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır.
Təbəs
Təbəs-İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Təbəs şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,681 nəfər və 7,962 ailədən ibarət idi.
Tayabas bərzəxi
Tayabas bərzəxi — Filippin dövlətinin ərazisində Sakit okean akvatoriyasında yerləşir. Luzon adasında yerləşən Bikol yarımadası adanın əsas hissəsi ilə birləşdirir. Tayabas körfəzi ilə Ragay körfəzinin birləşməsini əngəlləyir.
Taybad şəhristanı
Taybad şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Taybad şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 103,129 nəfər və 22,267 ailədən ibarət idi.
Aşqabad (Təbəs)
Eşqabad — İranın Cənubi Xorasan ostanının Təbəs şəhristanının Dəstgirdan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,474 nəfər və 1,231 ailədən ibarət idi.
Eşqabad (Təbəs)
Eşqabad — İranın Cənubi Xorasan ostanının Təbəs şəhristanının Dəstgirdan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,474 nəfər və 1,231 ailədən ibarət idi.
Musa Aybək
Musa Aybək(özb. Muso Toshmuhammad; 28 dekabr 1904 (10 yanvar 1905) və ya 10 yanvar 1905, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 1 iyul 1968, Daşkənd) — Özbək şair və yazıçısı, Stalin mükafatı laureatı (1946).. == Həyatı == Musa Aybək müasir özbək ədəbiyyatının qüdrətli şair və nasiri hesab olunur. O, 1905-ci ilin yanvarın 10-da Daşkənddə zəhmətkeş ailəsində dünyaya gəlmişdir. Musa Aybək ilk təhsilini əski tipli məktəbdə almışdır, lakin sonradan yeni tipli məktəbdə təhsilini davam etdirib başa vurmuşdur. Ədibin atası Daşməhəmməd Xumsan və Yenibazar qışlaqlarında baqqallıq etmişdir. Özünün qeydlərindən belə aydın olur ki, onun anası cismən zəif olsa da, ağıllı, zirək və rəhmli qadın olmuşdur. Hətta işinin çox olmasına baxmayaraq, asudə vaxt tapan kimi oxumaqla məşğul olmuşdur. M. Aybək 1930-cu ildə Orta Asiya Dövlət darülfününun ictimai fənlər fakültəsinə daxil olmuşdur. 1935-ci ildə buranı bitirib Dövlət darülfünündə siyasi iqtisaddan dərs demişdir.
Neoseiulus tabis
Neoseiulus tabis (lat. Neoseiulus tabis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Tayms-skver
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır.
Tayms meydanı
Tayms-skver (ing. Times square) — Nyu-Yorkda Vest 42-ci prospekt, Brodvey küçəsi və Yeddinci avenyu ilə kəsişdiyi qovşaq və ətrafındakı sahə. Dəqiq sərhədi yoxdur, lakin şərqdə Altıncı avenyu, qərbdə Səkkizinci avenyu, cənubda 40-cı prospekt və şimalda 53-cü prospektə qədər uzanan bir sahə olub Manhettenin Midtovn bölgəsinin qərb tərəfinə qədər uzanır. 1904-cü ilin yeni il axşamı, Tayms-skverə adını verən Nyu-York Taymsın meydandakı yeni binalarına köçməsinin atəşfəşanlıqla qeyd olunması ilə yeni bir ənənə başladı və hər il yeni il bu meydanda atəşfəşanlıqla qeyd olunmağa başlandı. Bu ənənə hələ də davam edir. Hər il meydanda minlərlə insan yeni ili göstərən məşhur işıqlı topun enişini izləyər. Tayms-skver sıx nəqliyyatı ilə məşhur olduğu kimi taksiləri ilə də məşhur bir meydandır.
Təbəs Məsina
Təbəs Məsina — İranın Cənubi Xorasan ostanının Dərmiyan şəhristanının Gəzik bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,776 nəfər və 779 ailədən ibarət idi.
Təbəs şəhristanı
Təbəs şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Təbəs şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 63,047 nəfər və 16,845 ailədən ibarət idi.
Abdulla Battal Taymas
Abdulla Battal Taymas (1883-1969) — Kazan türklərinin liderlərindəndir. 1925-ci ildə Türkiyəyə gedib. 1927-ci ildə Mətbuat Ümumi müdirliyində rusca tərcüməçi olaraq çalışıb. Qəzet və jurnallarda Kazan Türkləri və digər tarixi mövzularda çoxlu sayda məqalələr, əsərlər yazıb çap etdirb. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətində olub.
Taybad Abbasabad Kompleksi
Abbasabad Kompleksi (fars. مجموعه عباس‌آباد‎) — Teymurilər və Qacarlar dövrünə aid saray kompleksi. Bu kompleks Taybaddan 34 kilometr şimalda yerləşir.
Nyu-York Tayms
"Nyu-York Tayms" (ing. The New York Times (Nyu-York vaxtı)) — ABŞ-də gündəlik qəzet. 1851-ci ildən Nyu-Yorkda "Nyu-York tayms şirkəti" tərəfindən nəşr edilir. Latın Amerikası və Avropa nəşrləri müvafıq olaraq Limada (Peru) və Parisdə (Fransa) çıxır. Tirajı 1 milyondan çoxdur. == Tarixi == Qəzetin nüfuzu 1870–1871-ci illərdə New York City Hall Tweed Rings-in hökmranlığının sona çatmasına səbəb olan, Tammany Hall kimi şəhərdə tanınan şəhərin Demokratik Partiyasının rəhbəri William Tweed'i ifşa edən bir sıra məqalələr dərc edərkən artırdı. 1880-ci illərdə New York Times tədricən GOP adaylarının redaksiya dəstəyindən daha siyasi müstəqil və analitik bir qəzet olmaq üçün uzaqlaşdı; 1884-cü ildə Demokrat Qrover Klivlend (əvvəllər Buffalo meri və Nyu-Yorkun qubernatoru) ilk prezidentlik kampaniyasında qəzeti dəstəklədi. Bu keçid The New York Times qəzetinə mühafizəkarlar, biznes yönümlü oxucular, yüksək təbəqələrin oxucuları da daxil olmaqla oxucuların itkisi olsa da, qəzet bir neçə il ərzində oxucuların sayını bərpa etdi və yavaş-yavaş ədalətli və qərəzsiz bir qəzet kimi tanındı, xüsusilə də 1890-cı illərdə yeni bir sahibi, yayıncı, Chattanooga, Tennessee'dən Adolf Oks liderliyində.
Sultan Qütbəddin Aybək
Sultan Qütbəddin Aybək (XII əsr-1210)— Dehli Türk sultanlığının qurucusu və ilk hökmdarı. == Həyatı == Türk kökənli olan Aybək əsir edilib Nişapur qazısına satıldı və burada mükəmməl bir təhsil aldı. Qazı ölüncə Qurlu sultanı Məhəmməd Quriyə qulam kimi satıldı və sultanın Dehlini yaxıb-yıxdığı 1193-cü il səfərinə qatıldı. Qurinin ən güvəndiyi sərkərdə mərtəbəsinə yüksələn Aybək, 1206-cı ildə ağasının ölümüylə bütün Əfqanıstan, Pakistan və şimali Hindistan torpaqlarına hakim oldu. 1210-ci ildə çövkan oynarkən atdan yıxılaraq öldü və yerini Sultan Şəmsəddin El-Tutmuş aldı. Dehlidəki ilk İslam memarlığı örnəklərinəen biri olan Qüvvət-ül İslam Camii və Dünya Mədəniyyət İrsi siyahısında olan Qütb Minarəsi Sultan Qütbəddin Aybək dönəmində inşa edilmişdir.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tayşet
Tayşet (rus. Тайшет) — Rusiya Federasiyasında yerləşən şəhər, İrkutsk vilayətinə daxildir.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Taypey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Bonni Tayler
Bonni Tayler (ing. Bonnie Tyler - 8 iyun 1951) — Uels əsilli müğənni. Əsl adı Geynor Hopkins (Gaynor Hopkins) olan Taylerin yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonni Tayler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır. == Erkən illəri == Geynor Hopkins Uelsin Skuene şəhərində 1951-ci il 8 iyun tarixində anadan olub. Atası Qlindur kömür mədənçisi və anası Elsi evdar qadın idi. Hopkins ailəsi dörd qız və iki oğul böyüdüb, onlar dörd otaqlı evdə yaşayırdılar. Onun böyük bacıları gözəl musiqi zövqlərinə malik idilər və onlar Taylerdə Elvis Presli ,The Beatles kimi ifaçılara maraq oyatdılar. Hopkinslər ailəsi çox dindar protestant idilər. Onun ilk ictimai çıxışı uşaq ikən məhz ibadətgahda olub.
Con Tayler
Con Tayler (ing. John Tyler, 29 mart 1790[…] – 18 yanvar 1862[…], Riçmond, Virciniya, Amerika Konfederativ Ştatları) — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti (1841–1845) və 10-cu vitse-prezidenti (4 mart-4 aprel 1841). Con Tayler seçim yolu ilə deyil, vitse-prezident kimi, özündən əvvəlki prezident Vilyam Henri Harrisonun vəfat etməsindən sonra hakimiyyətə gəlmiş ilk ABŞ prezidentidir. Viqlər partiyasının nümayəndəsi olmasına baxmayaraq, hakimiyyəti dövründə demokratların mövqeyini dəstəkləmiş və hakimiyyətinin sonunadək Konqreslə gərgin münasibətlərdə olmuşdur. Tayler 1841–1845-ci illərdə prezident olmuşdur. 1861-ci ildə ABŞ-də cənub ştatlarının şimaldan ayrılmasına çağırışla bağlı Vətəndaş müharibəsi başlamışdır. Cənublular Taylerin də iştirak etdiyi (o, həmin vaxt Nümayəndələr Palatası Konfederasiyasının üzvü olmuşdur) konfederasiya yaratmışlar. Nəticədə cənubluların digər liderləri ilə yanaşı ona şimallılar tərəfindən dövləti cinayətdə ittiham elan edilmişdir. Tayler 1862-ci ildə (müharibə üç il sonra başa çatmışdır) vəfat etmişdir. == Erkən həyatı == İngilis əsilli əcdadları 200 əvvəl Virciniyada məskunlaşmış Con Tayler 1790-cı il martın 29-da Vilyamsburqda anadan olub.
Corc Gaynes
Corc Heyns (ing. George Gaynes; 16 may 1917 və ya 3 (16) may 1917, Helsinki – 15 fevral 2016[…], Nort-Bend[d], Vaşinqton) — ABŞ aktyorudur. Fin, rus, polyak, fransız və holland əsillidir.
Culiya Tayler
Culiya Tayler (ing. Julia Gardiner Tyler; 4 may 1820[…], Lonq-Aylend, Nyu-York ştatı – 10 iyul 1889[…], Riçmond) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı. Doğum tarixi dəqiq məlum deyil (4 may və ya 29 aprel).
Hayber-Paxtunxva
Hayber-Paxtunxva (urdu خیبر پختونخوا; puşt. خیبر پښتونخوا; ing. Khyber Pakhtunkhwa) — Pakistanda əyalət. Əsas əhali Hindukuş vadisindəki puştunlar, hind xalqları təmsil olunur, onların ən böyüyü Kho xalqıdır. 24 may 2018-ci ildə Pakistan Milli Assambleyası Federal Hökumətin Tribal Ərazisini (XPFU) və Hayber Paxtunxvanı (NWFP) birləşdirməyə razı oldu. Mayın 25-də Senat bu məsələyə baxdı. 31 mayda Federal Hökumət qəbilələrinin ərazisi vilayətə birləşdi. Əyalət Əfqanıstan (şimal-qərbdə), Qilgit-Baltistan (şimal-şərqdə), Azad Kəşmir (şərqdə), Qəbilə zonası (qərbdə), İslamabad (cənub-şərqdə) ilə həmsərhəddir. Vilayət inzibati mərkəzi Peşəvardır. Əsasən İran yüksəkliklərində, Avrasiya tektonik plitəsinin Hindu Kuş silsiləsinin yamacları indus hövzəsindəki Hindustan plitəsinin təpələrindən daha aşağı olduğu bir yerdə yerləşir.
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Tayler Hamilton
Tayler Li Hamilton (5 yanvar 1999-cu ildə anadan olub) — Çempionşip təmsilçələrindən olan Hall Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Barkvort səkkiz yaşı olarkən Hall Siti klubuna qəbul olunmuş və 2016-cı ilin iyul ayında klub ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 avqust 2017-ci ildə İngiltərə Liqa Kubokunda Donkaster Rovers klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur.
Tayqer Vuds
=== Tayqer Vuds kimdir? === Peşəkar qolfçu Tayqer Vuds, Sem Snid ilə indiyə qədər ən çox bağlanmış 82 PGA Tour tədbirində və tarixdə ikinci ən böyük çempionat olan 15 böyük çempionatda qalib gəldi. Vuds 21 yaşında ikən 1997-ci ildə Masters yarışını rekord xalla qazanaraq səhnəyə çıxdı və onu ən gənc kişi və titul qazanan ilk afroamerikalı etdi. Sonrakı 12 il ərzində Vuds daha 13 mükafat qazandı və 10 dəfə İlin PGA Oyunçusu seçildi. Nike ilə qazanclı təsdiq müqaviləsi sayəsində o, bütün idman növlərində ən yüksək maaş alan idmançılardan birinə çevrildi və 21-ci əsrin ən məşhur idmançılarından biri hesab olunur. Bununla belə, Vuds 2009-cu ildə ortaya çıxan bir sıra şəxsi problemləri və sonrakı sıra zədələrdən sonra ən yaxşı formasını bərpa etmək üçün mübarizə apardı. 2021-ci ildə Kaliforniya'da baş verən avtomobil qəzasından sonra peşəkar karyerasını başa vurdu, lakin o, seçilmiş turnirlərdə yarışmağa davam edir. == Erkən Həyat və Valideynlər == Tayqer Vuds kimi tanınan Eldrick Tont Vuds 30 dekabr 1975-ci ildə Kaliforniya ştatı'nın Kipres şəhərində qaradərili ata və taylandlı ananın yeganə övladı olaraq anadan olub. Atası Örl orduda zabit idi və anası Kultida ilə Vyetnam müharibəsi zamanı Tailand'da olarkən tanış oldu. Uşaqlıq illərində Örl eyni adlı əsgərin və dostunun şərəfinə oğlunu "Pələng" adlandırmağa başladı.
Tayşen sülaləsi
Teyşon sülaləsi (vyet. Nhà Tây Sơn, tı-nom 家西山), həmçinin bəzən Tayşon dövrü də adlanır — Vyetnam tarixinin 1778-1802-ci illər kəndli üsyanları və mərkəzsizləşdirmə dövrü; == Tarixi == === Çin və Nquen ailələrinin hakimiyyətinin devrilməsi === XVIII əsrin axırlarında Vyetnamda istismara qarşı şüurlu müqavimət hərəkatı formalaşmaqda idi. Ölkədə daha da təkmilləşmiş formada üsyana hazırlıq işləri gedirdi və nəhayət,1771-ci ildə güclü xalq üsyanı baş verdi. Bu üsyan teyşonlər üsyanı adı ilə məşhurdur (Tay-şen - "Qərb dağları" mərkəzi Vyetnamda, Kontum şəhərinin yaxınlığında yerləşən kəndin adıdır). 1771-ci ilin ortalarında başlanan bu üsyan uzun müddət idi ki, hazırlanırdı. Xalq elçiləri, xüsusilə xalqın dərd-sərini bilən ziyalılar "Xalqın səsi" adlanan klublarda izahat işləri aparırıdılar. Üsyan demək olar bütün ölkəni bürüdü və 30 il davam etdi. Öz xarakteri etibarilə bu üsyan antifeodal hərəkatı xarakteri daşıyırdı. Əsas hərəkətverici qüvvə isə kəndlilər idi. Şəhər sakinləri, sənətkarlar və bəzi müflisləşmiş tacirlər də üsyana qoşulmuşdular.
Uot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. == Həyatı == Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. == 1381-ci il üsyanın başlanması == XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Vot Tayler
Vot Tayler(ing. Walter "Wat" Tyler; 4 yanvar 1341 — 15 iyun 1381) — 1381-ci ildə orta əsr İngiltərəsində baş verən böyük kəndli üsyanının başçısı. == Həyatı == Vot Tayler 4 yanvar 1341-ci ildə Kent qraflığında anadan olmuşdu. Dəmirçi idi. Onun gənclik həyatı «Life and Adventures of Wat Tyler, the Brave and Good» (1851) kitabın müəllifi tərəfindən əks olunub. Vot Tayler 15 iyun 1381-ci ildə öldürüldü. == 1381-ci il üsyanın başlanması == XIV əsrin sonlarında Qərbi Avropa ölkələrini taun xəstəliyi bürüdü. Xalq bunu «qara ölüm» xəstəliyi adlandırırdı. Əhalinin üçdə biri qırıldı. Parlament yoxsulları az miqdarda əmək haqqı ilə işləməyə məcbur edirdi, boyun qaçıranlara ağır cəza verilirdi.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.
Tayler Parkford
Tayler Parkford (ing. Tyler Parkford; 1 mart 1985, Lonq-Biç, Kaliforniya) — amerikalı musiqiçi. Los-Ancelesdə qurulmuş Mini Mansions qrupunun vokalisti və klaviatura ifaçısıdır. O, həmçinin launj pop dueti Mister Goodnite-ın üzvüdür. Parkford Arctic Monkeys və The Last Shadow Puppets qrupunun konsertlərində çıxış edir. == Həyatı == Parkford Kaliforniyanın Lonq-Biç şəhərində böyüyüb. Uşaq ikən klassik fortepiano təhsili alıb və sonra gitara çalmağı öyrənib. Santa Cruz, Kaliforniya Universitetində kino məktəbində daxil olub. Məhz orada gələcək qrup yoldaşı Zak Daues ilə tanış olmuşdur. Üçlük 2009-cu ildə Queens of the Stone Age qrupunun basçısı Maykl Şumen ilə birlikdə Mini Mansions qrupunu yaratmışdır.