AYBƏK

Ayın bəyi, əmiri, rəhbəri, gözəl, sevimli.
AYAZƏ
AYBƏY
OBASTAN VİKİ
Aybək
İzzəddin Aybək (ö. 1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü. == Həyatı == Dövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir. Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar. === Üsyan === 1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır.
Musa Aybək
Musa Aybək(özb. Muso Toshmuhammad; 28 dekabr 1904 (10 yanvar 1905) və ya 10 yanvar 1905, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 1 iyul 1968, Daşkənd) — Özbək şair və yazıçısı, Stalin mükafatı laureatı (1946).. Musa Aybək müasir özbək ədəbiyyatının qüdrətli şair və nasiri hesab olunur. O, 1905-ci ilin yanvarın 10-da Daşkənddə zəhmətkeş ailəsində dünyaya gəlmişdir. Musa Aybək ilk təhsilini əski tipli məktəbdə almışdır, lakin sonradan yeni tipli məktəbdə təhsilini davam etdirib başa vurmuşdur. Ədibin atası Daşməhəmməd Xumsan və Yenibazar qışlaqlarında baqqallıq etmişdir. Özünün qeydlərindən belə aydın olur ki, onun anası cismən zəif olsa da, ağıllı, zirək və rəhmli qadın olmuşdur. Hətta işinin çox olmasına baxmayaraq, asudə vaxt tapan kimi oxumaqla məşğul olmuşdur. M. Aybək 1930-cu ildə Orta Asiya Dövlət darülfününun ictimai fənlər fakültəsinə daxil olmuşdur. 1935-ci ildə buranı bitirib Dövlət darülfünündə siyasi iqtisaddan dərs demişdir.
İzzəddin Aybək
İzzəddin Aybək (ö. 1257, Qahirə) — Misir Məmlük dövlətinin qurucusu və ilk sultanı olan Qıpçaq bəzi qaynaqlara görə Türkman kökənli hökmdar. 1250 və 1257-ci illər arasında hökm sürmüşdü. == Həyatı == Dövlətin qurucusu olan Aybək, Əyyubilər dövlətində yaşanan daxili qarışıqlıqlara son qoymaq məqsədilə Misirə gəlmiş və Əyyubilər dövlətini yıxaraq Məmlüklər dövlətini qurmuşdur. Bu dönəmdə Misirdə yaşanan Şiə məzhəbli Ərəb üsyanları məğlub edilmiş və Suriya Əyyubilərinə son verilmişdir. Məmlüklər 1250-ci ildən 1382-ci ilə qədər Bəhri Məmlüklər (Türk kökənli), 1382-ci ildən 1517-ci ilə qədər isə Bürci Məmlüklar (Çərkəz kökənli) olaraq adlandırılmışdılar. === Üsyan === 1253-cü ildə Misirdə Bəhri məmlüklərinə qarşı bədəvi üsyanı baş vermişdir. İştirakçıları Şimali Afrikada yaşayan köçəri ərəblər, əsasən, bədəvilər olmuşdur. Yuxarı Misirin 12 min süvaridən və çoxlu piyadadan ibarət üsyançı qoşunu şimala doğru hərəkət etmişdir. Lakin Sultan Aybəkin qoşunları üsyanı yatırmışdır.
Sultan Qütbəddin Aybək
Sultan Qütbəddin Aybək (XII əsr-1210)— Dehli Türk sultanlığının qurucusu və ilk hökmdarı. Türk kökənli olan Aybək əsir edilib Nişapur qazısına satıldı və burada mükəmməl bir təhsil aldı. Qazı ölüncə Qurlu sultanı Məhəmməd Quriyə qulam kimi satıldı və sultanın Dehlini yaxıb-yıxdığı 1193-cü il səfərinə qatıldı. Qurinin ən güvəndiyi sərkərdə mərtəbəsinə yüksələn Aybək, 1206-cı ildə ağasının ölümüylə bütün Əfqanıstan, Pakistan və şimali Hindistan torpaqlarına hakim oldu. 1210-ci ildə çövkan oynarkən atdan yıxılaraq öldü və yerini Sultan Şəmsəddin El-Tutmuş aldı. Dehlidəki ilk İslam memarlığı örnəklərinəen biri olan Qüvvət-ül İslam Camii və Dünya Mədəniyyət İrsi siyahısında olan Qütb Minarəsi Sultan Qütbəddin Aybək dönəmində inşa edilmişdir.