Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Teleriq xan
Teleriq xan (bolq. Телериг; 706 – 777, Konstantinopol) — Bulqar xanı. 768-777ci illərdə hakimiyyətdə olmuşdur. == Hakimiyyəti == Paqan xandan sonra taxta keçmişdir. 774-ci ilin oktyabrında V Konstantinə məğlub olmuşdu. Müharibə imperatorun sonrakı il ölməsi ilə səngimiş, imperator IV Leo Xəzərin yanına qaçmış, xristian dininə keçib 776-cı ildə imperatriça Afinalı İrenenin əmisi qızı ilə evlənmiş, patrisiata qəbul olunmuşdu.
Alla Teterina
Alla Teterina (d. 24 fevral 1962) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Teterina, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Karyerası == Alla Teterina, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu.
Aleksey Temerin
Aleksey Temerin — SSRİ operatoru. == Həyatı == Aleksey Temerin 1 oktyabr 1923-cü ildə anadan olub. Aktyor və operator kimi çalışıb.
Lotay Tserinq
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi. == Həyatı == Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb. İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı.
Orqyen Tşerinq
Orqyen Vanqçuk Tşerinq (14 sentyabr 1999-cu ildə anadan olub) — Butan Milli Liqası təmsilçilərindən olan Timpxu Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Butan futbolçusudur. == Milli karyerası == Tşerinq Butan milli futbol komandasında debütünü 13 iyun 2017-ci ildə 2019 Asiya Kubokunun təsnifat mərhələsinin üçüncü turunda Maldiv adaları millisinə qarşı oyunda etmişdir. Həmin görüşdə Butan rəqibinə 2-0 hesabı ilə məğlub olmuşdur.
Tələbin elastikliyi
Tələbin elastikliyi—Hər hansı bir əmtəənin qiyməti aşağı düşdükdə, istehlakçıların gəlirləri artdıqca, əvəzedici əmtəələrin qiyməti qalxdıqda və ya tamamlayıcı əmtəələrin qiyməti azaldıqda istehlakçılar bu əmtəədən daha çox alırlar. Qeyd olunan dəyişənlərin dəyişməsinə istehlakçıların kəmiyyət etibarı ilə necə cavab verəcəyini ölçmək üçün iqtisadçılar elastiklik anlayışını istifadə edirlər. == Tələbin qiymət elastikliyi və onu müəyyən edən amillər == Tələb qanuna görə hər hansı əmtəənin qiyməti artdıqda ona olan tələbin həcmi artır. Tələbin qiymət elastikliyi tələbin həcminin qiymət dəyişməsinə hansı miqdarda cavab verdiyini ölçür. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi çox dəyişərsə, bu əmtəəyə olan tələbin elastik olduğu deyilir. Əgər qiymət dəyişməsinə cavab olaraq tələbin həcmi az dəyişərsə, bu əmtəəyə olan tələbin qeyri-elastik olduğu deyilir.Hər hansı bir əmtəəyə olan tələbin qiymət elastikliyi, bu əmtəənin qiyməti qalxdıqca istehlakçıların bu əmtəədən imtina etməyə nə qədər həvəsli olduqlarını ölçür. Beləliklə, elastiklik istehlakçıların zövqünü müəyyən edən bir çox iqtisadi, sosial və psixoloji amilləri əks etdirir. Lakin təcrübəyə əsaslanaraq biz tələbin qiymət elastikliyinə təsir edən amillər haqqında bəzi ümumi qaydalara nəzər salaq. === Yaxın əvəzedici əmtəələrin mövcudluğu === İstehlakçılar üçün əvəzedici əmtəələrin birindən digərinə keçmək asan olduğundan, yaxın əvəzediciləri olan əmtəələrin tələb elastikliyi daha çox olur. Məsələn, kərə yağı və marqarin asanlıqla əvəz oluna bilər.
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
Tələbin qiymət elastikliyi
Tələbin qiymət elastikliyi (ing. price elasticity of demand) – qiymətin dəyişməsi nəticəsində mal və ya xidmətə olan tələbin faiz dəyişməsinin ölçüsü. == Tərifi == Tələbin qiymət elastikliyi — həssaslıq dərəcəsinin göstəricisidir, məhsulun qiymətinin dəyişməsi nəticəsində məhsul və ya xidmətə tələbin faizlə dəyişməsidir. === Qiymətə münasibətdə tələbin nöqtə elastikliyi === Tələbin qiymət elastikliyinin E P D {\displaystyle E_{P}^{D}} göstəricisi məhsula X {\displaystyle X} tələbin həcminin nisbi dəyişməsinin qiymətlərin nisbi dəyişməsinə nisbəti ilə müəyyən edilir və belə hesablanır: E P D = Δ Q X / Q X Δ P / P = Δ Q X Δ P P Q X {\displaystyle E_{P}^{D}={\frac {\Delta Q_{X}/Q_{X}}{\Delta P/P}}={\frac {\Delta Q_{X}}{\Delta P}}{\frac {P}{Q_{X}}}} , burada D {\displaystyle D} — yuxarı tələb indeksidir, Q X {\displaystyle Q_{X}} — satılan malların miqdarı X {\displaystyle X} , P {\displaystyle P} — məhsulun qiyməti. === Tələbin qövs qiymət elastikliyi === Tələbin qövs elastikliyi tələbin qiymət, gəlir və digər amillərdəki dəyişikliklərə reaksiya dərəcəsidir. İki nöqtəni birləşdirən seqmentin ortasındakı elastikliyi təyin edən tələbin E P D {\displaystyle E_{P}^{D}} elastikliyi indeksi belə hesablanır : E P D = Q 2 − Q 1 P 2 − P 1 ( P 1 + P 2 ) / 2 ( Q 1 + Q 2 ) / 2 = Δ Q Δ P P 1 + P 2 Q 1 + Q 2 {\displaystyle E_{P}^{D}={\frac {Q_{2}-Q_{1}}{P_{2}-P_{1}}}{\frac {(P_{1}+P_{2})/2}{(Q_{1}+Q_{2})/2}}={\frac {\Delta Q}{\Delta P}}{\frac {P_{1}+P_{2}}{Q_{1}+Q_{2}}}} , burada D {\displaystyle D} — tələbdir, Q 1 {\displaystyle Q_{1}} — satılan malların ilkin miqdarıdır, Q 2 {\displaystyle Q_{2}} — yeni tələb olunan miqdardır, P 1 {\displaystyle P_{1}} — malın ilkin qiymətidir, P 2 {\displaystyle P_{2}} — yeni məhsulun qiyməti, Δ Q = Q 2 − Q 1 {\displaystyle \Delta Q=Q_{2}-Q_{1}} , Δ P = P 2 − P 1 {\displaystyle \Delta P=P_{2}-P_{1}} — tələbin və qiymətin dəyişməsi.
Nəqliyyatda tələbin idarə edilməsi
Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir. == Nəqliyyatda tələbin idarə edilməsi == Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ing. ing.Induced demand ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirir. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunur. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.