Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
TeamViewer
TeamViewer — kompüterlərə və digər cihazlara müdaxiləni təmin edən uzaqdan giriş və uzaqdan idarəetmə proqramıdır. İlk dəfə 2005-ci ildə bazara daxil oldu və funksionallığı addım-addım genişlənməyə başladı. TeamViewer mülkiyyət proqramıdır, lakin qeydiyyat tələb etmir və kommersiya məqsədi güdülməyən istifadə üçün ödənişsizdir. İki milyarddan çox cihazda quraşdırılmışdır. TeamViewer, Göppingen mərkəzli eyni adlı şirkətin əsas məhsuludur. Rossmanith GmbH, TeamViewer proqramının ilk versiyasını 2005-ci ildə bazara daxil etdi, amma həmin dövrdə proqram hələ VNC proyektinə əsaslanırdı. Bir İT xidmət provayderi müştərilərin lazımsız səyahətlərdən çəkinmələrini və proqramı uzaqdan yükləmək kimi tapşırıqları reallaşdırmaq istədi. Daha sonra startap çox uğurlu oldu ve bu gün TeamViewer Germany GmbH olaraq fəaliyyət göstərən və TeamViewer AG-nin bir parçası olan TeamViewer GmbH-nin ərsəyə gəlməsinə səbəb oldu. TeamViewer, Microsoft Windows, Windows Server və Apple-ın macOS-u da daxil olmaqla ümumi əməliyyat sistemlərinə sahib olan bütün masa üstü kompüterlərdə istifadə oluna bilər. Həmçinin bir neçə Linux paylamaları və törəmələri üçün də paketlər də var: Debian, Ubuntu, Red Hat, və Fedora Linux.