Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təsisçi
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — epik növün ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Cəmşidci Tata
Cəmşidci Nuşervanci Tata (Qucaratca:જમ્શેત્જી નુંસ્સેર્વાનજી ટાટા; 3 mart 1839 – 19 may 1904, Bad-Nauhaym[d], Hessen) — Hind sənayeçisi. Tata Qrupu şirkətlərinin yaradıcısı. Hindistan sənayesində gördüyü işlərə görə hind sənayesinin atası adlandırılmışdır".. Ailəsi əslən Parsi mənşəlidir. == Həyatı və fəaliyyəti == Cəmçidci Tata 20 yaşında Çinə getmişdir. Çindən Hindistana müxtəlif növ əmtəə ixracı ilə məşğul olmuş və qısa zaman ərzində varlanmışdır. Hindistana qayıtdıqdan sonra ixracatla məşğul olan şirkət yaratmışdır. Şirkətin Pekin, Tokio, Paris, London və Nyu-York kimi şəhərlərdə mərkəzləri açılmışdır. 1874-cü ildə Mumbay və Nagbur şəhərlərində iki fabrika açmışdır. XX əsrin sonlarına yaxın Tata Hindistanın yeraltı sərvətlərindən əlverişli istifadə edilməsi üçün plan hazırladı.
Axşam təhsili
Axşam təhsili — təhsillə işi bir arada əlaqələndirən şəxslər üçün təhsil formasının təşkili, fasiləsiz təhsilin tərkib hissəsi. Müəllimin təhsil qrupları ilə təhsil alanlara rahat olan, əsasən axşam saatlarında mütəmadi dərslərin keçirilməsi daimi təhsil prosesinin təşkilini nəzərdə tutur.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Civanci Cəmşidci Modi
Ser Ərvad Civanci Cəmşidci Modi (1854-1933) — Şəms-ül-üləma tituluna sahib, Zərdüşti dini lideri. 70-dən çox kitabın, 120-dən çox elmi əsərin müəllifidir. Hindistan Parsi cəmiyyətinin ən öndə gələn şəxslərindən sayılırdı. 1925-ci ildə Atəşgahı ziyarət etmiş, bu məbədin əslində zərdüşt yox, hindu məbədi olduğunu dəqiqləşdirmişdir.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
Azərbaycan Xalq Təhsili Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub.
Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı
== Peşə Liseyləri ==
Peşə Təhsili üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ― peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.[1] == Tarixi == Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmışdır. == Rəhbərlik == Agentliyin direktoru Ceyhun Kərəmovdur. == Fəaliyyət istiqamətləri == Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir; peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir; peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür; peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir; qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir; peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.
Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı
== Dövlet == == Özəl == == Ləğv edilən == == Həmçinin bax == Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı == Mənbə == e-qanun.az: ""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli, 182 nömrəli Qərarı. (az.) e-qanun.az: ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (az.) e-qanun.az: "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı.
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (ing. Unrepresented Nations and Peoples Organization; UNPO) - 1991-ci ildə yaradılmış beynəlxalq təşkilat. UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar.UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Ermənistan, Estoniya, Latviya Gürcüstan, Palau və Şərqi Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular. 2009-cu ilin 1 fevral tarixində Cənubi Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Cənubi Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.
Azərbaycan ilk peşə-ixtisas təhsili müəssisələrinin siyahısı
== Peşə Liseyləri ==
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar — 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılır. Buna uyğun olaraq Azərbaycan türklərinə 4 yer ayrılır. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan Gürcüstan Müsəlmanlarının Milli Şurası Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov, Mirzə Hüseyn Həsənzadə və Əliheydər Qarayevə parlamentdə təmsilçilik mandatını verir. == Parlamentin yaradılması və fəaliyyəti == 26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası mövcud olduğu 33 aylıq dövr ərzində milli dövlət quruculuğu prosesinə böyük önəm verərək bu istiqamətdə bir sıra mühüm islahatlara imza atmışdır. Bu islahatlar çərçivəsində demokratik təsisatların yaradılmasına xüsusi diqqət ayrılmış, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində ali qanunverici orqan – Müəssislər Məclisi və yerli özünüidarəetmə orqanları — "eroba"lar formalaşdırılmışdır. Gürcüstanda ali qanunverici orqan rolunu oynayacaq Müəssislər Məclisinin çağırılması barədə ilk təşəbbüs 1917-ci ilin sonlarında, hakimiyyətdə və idarəetmədə boşluq yarananda irəli sürülsə də, bəzi səbəblərə görə təxirə salınmışdı. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra bu məsələ yenidən aktuallaşaraq ölkə gündəminə daşınan ilk mövzulardan biri olur. Gürcüstan Milli Şurası 1918-ci ilin yayında Müəssislər Məclisi seçimi qaydaları və seçki əsasnaməsinin hazırlanması üzərində işləməyə başlayır. 22 noyabr 1918-ci il tarixində o zaman artıq parlament adlanan Milli Şura 10 bənddən və 119 maddədən ibarət "Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə"ni təsdiq edir.
Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri
Azərbaycan elm və təhsil nazirlərinin siyahısı — 28 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın elm və təhsil nazirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın elm və təhsil nazirləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.
Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)
Ali neft, qaz və neft-kimya təhsili qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1978-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur. == Məzmun == Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi
== Haqqında == Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi 3 korpusdan ibarətdir. Mərkəzin ərazisi 50426 kv.metrdir.