Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Termocüt
Termocüt — bir və ya bir neçə eynicinsli olmayan naqillərin (termoelektrodların) bir-birləri ilə birləşməsindən əmələ gələn elektrik qurğusu. Termocüt termoelektrik effekti nəticəsində temperaturdan asılı gərginlik hasil edir və bu gərginlik temperaturun ölçülməsində istifadə olunur. Termocütlər temperatur sensorlarının geniş istifadə olunan növlərindən biridir. Termocütlər ucuz, bir-birini əvəz edə bilən, standart girişlə təmin olunmuş və temperaturu geniş həddə ölçmə qabiliyyətinə malik qurğulardır. Temperaturun ölçülməsində digər metodlardan fərqli olaraq, termocütlər özü qidalanır və xarici qida mənbəyinin olmasını tələb etmir. Termocütlərin əsas məhdudiyyəti onların dəqiqliyidir. Bir dərəcə selsidən (°C) daha az xətalı sistemləri hazırlamaq , çətin başa gəlir. Termocütlər sənayedə geniş istifadə olunur. Termocütün tətbiq olunduğu sahələrə sobalar, qaz turbinlərində işlənmiş qazı çıxarmaq üçün borular, dizel mühərrikləri və digər sənaye proseslərini misal göstərmək olar. Termocütlər termostatlarda temperatur sensorları kimi yaşayış binaları, idarə və müəssisələrdə də istifadə edilir.
Tərnöyüt
Tərnəyüt — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. 1751–1752-ci illərdə Pənah xanın "Şahbulağı " adlı yerdə tikdirdiyi qala adı Tərnəvüt adlanırdı. XIX əsrdə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda Tarnalu, Tarnavuş, Şuşa qəzasında Tarnavar və Tərnaut kənd adları ilə mənşəcə eynidir. Şimali Qafqazla bağlı toponim olduğu düşünülür. XVII əsrdə İrəvan əyalətində Tərnəvit və Tərnəqut adlı kəndlər vardı.