Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır.Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.